Azərbaycan quru sərhədlərini açır – Mühüm açıqlama
Azərbaycanda quru sərhədlərinin açılmamasının səbəbi məlum olub.
“Qərb Xəbər”Milli.Az istinadən xəbər verir ki, bu barədə modern.az-a müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov danışıb.
Onun sözlərinə görə, pandemiyanın səngiməsinə baxmayaraq, quru sərhədlərinin bağlı qalmasının bir sıra səbəbləri var. Bununla belə deputat sərhədlərin açılmasının anonsunu verib.
Yenə də qeyd edirəm ki, Azərbaycan özü sərhədlərin açılmasında maraqlıdır. Sərhədlər açılacaq, buna şübhə yoxdur. Bu gün biz görürük ki, Çində də yoluxma artıb. Yenidən hər hansı məhdudiyyətin tətbiq olunması insanlarda qıcıq yaradır. Ona görə də məhdudiyyətlərin ləğv edilib, yenidən bərpası düzgün olmazdı. Sərhədlərin açılmamasının səbəbi dünyada və regionda gedən geosiyasi vəziyyət, eyni zamanda pandemiyadır. Ümid edirik ki, bu vəziyyət tezliklə dəyişəcək və sərhədlərimiz açılacaq”, – deyə deputat vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın quru sərhədləri pandemiya səbəbindən 2020-ci ilin mart ayında bağlanıb. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.




