Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizinin açılması qaçılmazdır”
“Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Nə qədər tez olsa, bir o qədər yaxşıdır”.
Bunu Prezident İlham Əliyev Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibdə görüşdən sonra mətbuata verilən birgə bəyanatda bildirib.
“Biz Zəngəzur dəhlizi haqqında da fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq və dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə iş birliyi məsələlərinə müsbət təsir göstərəcək”, – deyə o qeyd edib.




