Kateqoriyasız

Azərbaycan Ordusunun əsgəri şəhid olub

11 yanvar / 16:38 1 dəq
30AA3E5C 13AF 4D3E A3BF DF73ADB717A0
11 yanvar / 16:38
Burada sizin reklamınız ola bilər

“Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

“Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Müdafiə Nazirliyindən bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər