Hadisə

Əsgərimiz həlak oldu

4 mart / 10:35 1 dəq
E9df73f7 bf43 3e78 b94c 7b77856db54e
4 mart / 10:35
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun əsgəri avtomobil qəzasında həlak olub.

“Qərb Xəbər” məlumat verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda qeyd edilib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər