İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

16 may / 00:59 1 dəq
2a4ad62d 0756 4530 ae13 79f292d36502
16 may / 00:59
Burada sizin reklamınız ola bilər

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 74,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur. Bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,44 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 72,65 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər