Bölgə xəbərləri

Ermənilər Kəlbəcərə silahlı hücum etdi – Gərginlik artmaqdadır

10 fevral / 11:33 1 dəq
A9428fc5 56f5 3d48 a4eb 9f9a5599ebb5
10 fevral / 11:33
Burada sizin reklamınız ola bilər

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda qeyd edilib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər