Azərbaycan minifutbol millisi yarımfinalda
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilir.
Qerbxeber.com xəbər verir ki, 8 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparır.
Azərbaycan millisi İngiltərə yığması ilə üz-üzə gəlib. Yığmamız rəqibini 2:1 hesabı ilə məğlub edərək adını yarımfinal mərhələsinə yazdırıb.




