Kateqoriyasız

Azərbaycan millisi Gürcüstanı məğlub edib

12 iyun / 19:46 2 dəq
4e949ee2 82be 444c bb6b c243db1df9ce
12 iyun / 19:46
Burada sizin reklamınız ola bilər

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında V turun oyununu keçirib.

Fərid Cəlalovun baş məşqçilik etdiyi kollektiv evdə Gürcüstanla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki set yığmanın aşkar üstünlüyü ilə bitib. Üçüncü setdə rəqib müqavimət göstərməyə çalışsa da, istəyinə nail ola bilməyib.

Bu nəticədən sonra Azərbaycan millisi ikinci qələbəsini qazanmaqla xallarının sayını 6-ya yüksəldib. Gürcüstan isə xalsız qalıb. B qrupunun digər görüşündə isə Danimarka və Rumıniya yığmaları üz-üzə gələcək. Rumıniya 4 oyundan 12 xalla qrup qalibi kimi növbəti mərhələni təmin edib. 9 xala malik Danimarka bu görüşdə 2:3 hesabı ilə uduzsa belə, Azərbaycan növbəti mərhələ şansını tamamilə itirəcək.

Gümüş Avropa Liqası

B qrupu

V tur

Azərbaycan – Gürcüstan – 3:0 (25:17, 25:8, 25,22) 

Hakimlər: Uladzimir Kukaşinov (Belarus), Fuad Ağayev (Azərbaycan)

Bakı. Voleybol Mərkəzi.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu evdə Danimarkaya qarşı keçirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər