İdman

Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti görüşünü keçirəcək

8 sentyabr / 13:08 1 dəq
2018 01 24
8 sentyabr / 13:08
Burada sizin reklamınız ola bilər

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Qərbxəbər.com un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.

UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya – Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.

Paylaş
Burada sizin reklamınız ola bilər