Bölgə xəbərləri

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir

15 avqust / 10:19 2 dəq
Merkezi bank
15 avqust / 10:19
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 30 il keçir.

“Qərb Xəbər”un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.

1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

 

8f48078e-9e38-3613-bed2-0c4b2e46ea15 03e78bce-6337-3b78-b706-860ada2136fe5a50505a-3714-32e0-8cdf-ce584e3c52156b001794-ada7-3654-819c-813d351a5497_2906d7bb22a-5e3d-3360-ad4e-95d6f17311d7_290

Paylaş
Burada sizin reklamınız ola bilər