Dünya

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər

28 fevral / 08:58 1 dəq
67c078fa53c9f67c078fa53ca0174066713067c078fa53c9d67c078fa53c9e
28 fevral / 08:58
Burada sizin reklamınız ola bilər

“Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində delimitasiyası davam etdirildiyi bir vaxtda Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclasının mart ayında keçiriləcəyi gözlənilir”.

Qerbxeber.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyərək, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib.

Bununla yanaşı, M. Qriqoryan dövlət sərhədinin Cermuk istiqamətinədək olan hissəsində delimitasiya prosesinin bu il keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandırmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər