İqtisadiyyat

Azərbaycan avtomobil idxalını 2 dəfəyə yaxın artırıb

16 iyul / 12:06 1 dəq
Cb7e9141 c205 467f 91df 91db712041ac
16 iyul / 12:06
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 18 740 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95% və yaxud, təxminən, 2 dəfə çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 68,3% artaraq 101 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 16 965 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 62,9% artaraq 1 593 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,6% artaraq 81 ədəd olub.

Paylaş
Burada sizin reklamınız ola bilər