Azərbaycan Avropa Birliyi ilə ikitərəfli anlaşma imzalayacaq – Rəsmi Bakıdan daha bir həmlə
Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.
“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək.
Xatırladaq ki, fevralın 21-i Bakıda səfərdə olan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu bildirmişdi.
Dövlət başçısı İlham Əliyev isə öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini qeyd etmişdi.




