Xəbər

Azərbaycan Aİ əməkdaşlığı genişləndirilir

12 may / 14:16 1 dəq
8881dd84 27b5 3664 bc25 1907f59c82c0 850
12 may / 14:16
Burada sizin reklamınız ola bilər

Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi müzakirə edilib.

Qerbxeber.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşdə aparılıb.

“Gert Yan Koopman ilə görüşmək xoş oldu. Azərbaycan-Aİ əməkdaşlığının “yaşıl enerji”, rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”, – M. Cabbarov bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər