Dünya

“Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi Avstriya olub

18 may / 11:19 1 dəq
6828dd4b5552e6828dd4b5552f17475085556828dd4b5552c6828dd4b5552d
18 may / 11:19
Burada sizin reklamınız ola bilər

Avstriya 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.

Qerbxeber.com xəbər verir ki, İsveçrədəki “Arena Plus” mərkəzində keçirilən yarışda ölkə təmsilçisi “Wasted Love” mahnısını səsləndirib.

Avstriya təmsilçisi 436 xal toplayıb. Yarışmada İsrail 357 xalla 2-ci, Estoniya isə 356 xalla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-də, ikinci yarımfinalı isə 15-də keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər