Avropa

Avropada təbii qazın qiyməti kəskin ucuzlaşdı

Bu gün / 15:22 1 dəq
Neft qaz
Bu gün / 15:22
Burada sizin reklamınız ola bilər

ABŞ və İran arasında müvəqqəti atəşkəs elan edildikdən sonra Avropada qaz qiymətləri çərşənbə günü ticarəti başlayandan 18,5% azalaraq min kubmetr üçün 518,6 dollara düşüb.

 Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “London ICE” birjası məlumat yayıb.

Məlumata görə, may (ən yaxın) TTF indeks fyuçersləri Bakı vaxtı ilə saat 10:00-da 518,6 dollardan (-18,5%) ticarətə başlayıb:

“Bakı vaxtı ilə saat 10:15-ə olan məlumatda bu rəqəm 529,3 dollar (-16,8%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün min kubmetr üçün 597,6 dollar hesablanmış qiymətindən götürülüb”.

Paylaş
Burada sizin reklamınız ola bilər