Kateqoriyasız

Avropa İttifaqından Rüstəm Muradova pis xəbər – Rəsmi Moskva çıxılmaz vəziyyətdə

1 mart / 13:57 1 dəq
Rustam murad
1 mart / 13:57
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı sanksiya siyahısına daha 26 fiziki şəxs və bir şirkəti daxil edib.

 

“Qərb Xəbər” məlumat verir ki, yeni açıqlama sənədi Aİ-nin rəsmi saytında dərc olunub. Siyahıya daxildir:

Rusiya baş nazirinin müavini Dmitri Çernışenko, prezidentin mətbuat katibi Dmitri Peskov, Tikinti Nazirliyinin rəhbəri İrek Fayzulin, nəqliyyat naziri Vitali Savelyev və Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak;

Biznes nümayəndələri: Rosneft rəhbəri İqor Seçin, Transneft rəhbəri Nikolay Tokarev, iş adamları Əlişir Usmanov, Pyotr Aven, Mixail Fridman, Gennadi Timçenko, Aleksey Mordaşev, Pyotr Fradkov və Aleksandr Ponomarenko;

Jurnalistlər: Tiqran Keosayan, Olqa Skabeeva, Modest Kolerov, Roman Babayan, Zaxar Prilepin, Anton Krasovski, Arkadi Mamontov, həmçinin violonçel ifaçısı Sergey Rolduqin.

Onlardan başqa, sənəddə Qara Dəniz Donanması komandanının birinci müavini Sergey Pinçukun, Cənub Hərbi Dairəsinin komandirlərinin müavinləri Aleksey Avdeyev və Rüstəm Muradovun, Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri Andrey Sıçevoyun adları da var.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər