Kateqoriyasız

Avqustun havası necə olacaq?-Coğrafiya İnstitutu

31 iyul / 12:05 1 dəq
598581e491b1d hava
31 iyul / 12:05
Burada sizin reklamınız ola bilər

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.

Qerbxeber.com-bildirir ki, bunu Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

“Avqustun 3-cü ongünlüyü isə keçid dövrünə yaxın olduğu üçün dəyişkən hava kütlələri üstünlük təşkil edəcək. Meridianal proseslər, şimaldan daxil olan hava kütlələri üstünlük təşkil edərsə, yağıntı müşahidə olunacaq. Bu zaman dağlıq və dağ ətəyi zonalarda sel hadisələri və daşqın nəticəsində çaylarda suyun səviyyəsi arta bilər”, – o qeyd edib

Paylaş
Burada sizin reklamınız ola bilər