Dünya

Avetik Kerobyan: Ermənistan ordusu sərhəddən geri çəkilir

14 aprel / 14:46 1 dəq
Indir 2025 04 14t144327.373
14 aprel / 14:46
Burada sizin reklamınız ola bilər

Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir.

Qerbxeber.com xəbər verir ki, “Hayekve” vətəndaş assosiasiyasının üzvü, siyasi ekspert Avetik Kerobyan orduya sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edir.

Onun iddiasına görə, Tavuşda hərbçilərə mövqelərindən enmək tapşırığı verilib.

“Onlara deyilib ki, “bu əraziləri tərk edin”. Çünki həmin istiqamətdə sərhədin delimitasiyası aparılacaq və müəyyən ərazilər Azərbaycana təhvil veriləcək. Yaxın gələcəkdə Azərbaycan ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər