Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır

Almanya bundestaq

Almaniya Federal Nazirlər Kabineti Kanslerin sədrliyi altında fəaliyyət göstərəcək Milli Təhlükəsizlik Şurasının yaradılmasını təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin məlumatında deyilir. Yeni qurum daxili, xarici, iqtisadi və rəqəmsal təhlükəsizlik sahəsində təcrübə və bilikləri birləşdirərək daha səmərəli koordinasiya və qərar qəbulunu təmin etməlidir.

Qazaxıstan klubu tarixində ilk dəfə liqa mərhələsinə yüksəldi

Gobxe3e3vsakphqclgrqdcypatnjq8amqtirho2c 1200

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına start verilib. Qerbxeber.com xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib. Qeydə alınmış nəticələri təqdim edirik: “Kayrat” – “Seltik” – 0:0 (penaltilərdə – 3:2) (ilk oyun – 0:0); “Pafos” – “Srvena Zvezda” – 1:1 (2:1); “Şturm Qraz” – “Budyo Qlimt” – 2:1 (0:5). Qeyd edək ki, Qazaxıstanın “Kayrat” … Read more

Rus ordusu bu istiqamətlərdə irəlilədi

Rusiya Donbas Ordu

Rusiya qoşunları Liman, Pokrovsk və Zaporojyenin qərbində mövqelərini genişləndirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Deep State” analitik platforması məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya ordusu Donetsk vilayətində yerləşən Liman və Pokrovsk istiqamətində, həmçinin Zaporojyenin qərbində irəliləyiş əldə edib

Ermənistan ABŞ-a yeni səfir təyin edib

68aefcad82c1168aefcad82c12175629841368aefcad82c0f68aefcad82c10

Lilit Makunts Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Qerbxeber.com Ermənistan mediasına istinadən xəbər verir ki, Narek Mkrtçyan Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib. Narek Mkrtçyan Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb. Onun yerinə isə sabiq səhiyyə naziri Arsen Torosyan təyin edilib.

Universitetlərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Dim

Sabah ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır. Bu barədə Dövlət İmtahan Mərkəzindən Məlumat verilib. Bildirilib ki, həmin ixtisaslara seçim avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili … Read more

Almanya Kansleri :Putin Zelenski ilə görüşməmək üçün ağlasığmaz şərtlər irəli sürür

Mertz

 Ukraynada sülh yolu ilə nizamlanma ilə bağlı Moskva Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüşə razılıq vermək üçün müəyyən ilkin şərtlər qoşmaqla gecikdirmə strategiyasına əl atır”. Bunu Almaniya Kansleri Fridrix Merz deyib. Almaniya hökumətinin başçısı Putinin Ukrayna Prezidenti ilə görüşdən yayınmaq üçün müxtəlif bəhanələrlə vaxtı uzatdığını bildirib. “Putin hesab edir ki, bu … Read more

Prezident Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibə verib-TAM VERSİYA

Aliyev musahibə

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Qerbxeber.com xəbər verir ki, Azərbaycan Prezidenti müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müsahibəni təqdim edirik. Müxbir: “Əl-Ərəbiyyə” kanalının hörmətli tamaşaçıları, Sizi Azərbaycan Respublikasının paytaxtından, gözəl Bakı şəhərindən salamlamaq istəyirik. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevdən xüsusi müsahibə götürəcəyəm. Əlbəttə, bu görüş ABŞ Prezidenti Donald … Read more

Tramp: Rusiya ilə iqtisadi müharibəyə hazıram

Trump Tramp

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həll olunmayacağı təqdirdə Rusiya ilə iqtisadi müharibəyə hazır olduğunu bildirib. Qerbxeber.com bildirir ki, o bu haqda Ağ Evdə keçirilən iclas zamanı danışıb. “Mən bunun dayandırılmasını istəyirəm və bu, dünya müharibəsi olmayacaq. Amma bu, iqtisadi müharibə olacaq və bu iqtisadi müharibə çox pis olacaq. Rusiya üçün pis olacaq və mən … Read more

ABŞ Polşaya F-35 satacaq

F 35

ABŞ Dövlət Departamenti Polşaya F-35 döyüş təyyarəsi ilə bağlı 1,85 milyard dollar dəyərində logistika və proqram dəstəyinin satışını təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb. “Dövlət Departamenti Polşa hökumətinə F-35 döyüş təyyarəsi ilə bağlı təxmini dəyəri 1,85 milyard dollar olan logistika və proqram dəstəyinin Xarici Hərbi … Read more

Abbas Əraqçı: İsraillə yenidən qarşıdurma ola bilər

Araqçı

İran etiraf edir ki, İsraillə silahlı toqquşma təkrarlana bilər, lakin onun ölkəsi, regionda baş verəcək hər hansı eskalasiyaya  hazırdır. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu “Al-Sharq Al-Awsat” qəzetinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Hər şey mümkündür, lakin biz istənilən şəraitə hazırıq. 12 günlük müharibədə İsrail və ABŞ öz məqsədlərinə çata bilmədilər, … Read more

Xəzər dənizində zəlzələ oldu-Bakı həyacanlandı

Zəlzələ

Xəzər dənizində zəlzələ olub. Qerbxeber.com xəbər verir ki, bu haqda Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ Qusar stansiyasından 94 km şimalda, Dağıstan Respublikası ərazisində, 64 km dərinlikdə qeydə alınıb. Yerli vaxtla saat 00:33-də baş verən zəlzələnin 5.4 bal gücündə olduğu bildirilir. Zəlzələ Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir çox ərazilərində o cümlədən Quba, … Read more

Metro paliteni “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək

Sabah “Bakı Metropoliteni” QSC “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. … Read more

Azərbaycan-Ermənistan sülhü İsrailin marağındadır

68adcdb316cbf68adcdb316cc0175622085168adcdb316cbd68adcdb316cbe

“Məncə, Azərbaycanla Ermənistanın sülh sazişini paraflaması gələcəyə doğru qocaman və müsbət bir addımdır. Bu addım regiona rifah və stabillik gətirəcək. Həmçinin, tərəflər arasında etimad yaradılmasına öz töhfəsini verəcək”. Qerbxeber.com xəbər verir ki,Bunu İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun APA-ya müsahibəsində deyib. Səfir xatırladıb ki, həm İsrail Baş naziri Benyamin Netanyahu, həm … Read more

“Qarabağ” yeni transferini açıqladı

Img 5226

“Qarabağ” yeni transferini rəsmiləşdirib. Qerbxeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı futbolçu Kamilo Duranı heyətinə qatıb. 23 yaşlı cinah yarımmüdafiəçisi son olaraq Portuqaliyanın “Portimonense” komandasında çıxış edib.

57 236 abituryent universitetə qəbul olub-DİM

Dim dovlet imtahan merkezi

Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Qerbxeber.com xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 57 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla … Read more

Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır

C6747ede 8370 3ece a0be 4f5476c08f9c 850

Laçında bərpa işləri ardıcıl olaraq Dövlət Proqramı əsasında davam edir. Qerbxeber.com “Report”a istinadən xəbər verir ki, bu fikirləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Laçın şəhərinin bərpasının birinci mərhələsi başa çatıb. “2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlayırıq. Buna uyğun olaraq, Laçın rayonu ərazisində … Read more

Biz onlara silah tədarükünü artıracağıq

Tramp yeni

ABŞ administrasiyası Ukraynaya hərbi yardım göstərən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz Ukraynada müharibəni və insan ölümlərini dayandırmağa çalışırıq. Biz NATO-ya milyardlarla dollar dəyərində raketlər və hərbi texnika satırıq. Onlar müharibəni tam şəkildə maliyyələşdirirlər. … Read more

Zelenski və Putin Türkiyədə görüşə bilər

Ukrayna rusiya

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin arasında görüş Türkiyədə keçirilə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna lideri axşam müraciətində bildirib. O, həmçinin görüşün Fars körfəzi və ya Avropa ölkələrindən birində keçirilə biləcəyini əlavə edib.

Dollar əsas valyutalar qarşısında ucuzlaşdı

Dollar usa

Dollar əsas valyutalar qarşısında ucuzlaşıb. Qerbxeber.com xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sistemi (FED) İdarə Heyətinin üzvü Liza Kuku vəzifədən azad etməsi olub. Trampın qərarı bazarda Mərkəzi Bankın müstəqilliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Avro dollara qarşı 0,37% bahalaşaraq 1,1664 dollara, funt-sterlinq isə 0,24% artaraq 1,3486 dollara yüksəlib. ABŞ … Read more

Belçika gələn ay Ukraynaya F-16-lar verəcək

F 16 lar

Belçika sentyabrda F-16 qırıcılarını Ukraynaya təhvil verəcək. Qerbxeber.com xəbər verir ki,bu barədə Odessada Ukrayna ilə Benilüks ölkələri  arasında keçirilən görüşdən sonra Belçikanın xarici işlər naziri Maksim Prevo deyib. “Biz sizə gələn ayın əvvəlində bir neçə F-16 təqdim edəcəyik”, – deyə Prevo bildirib. O, nə qədər təyyarənin göndəriləcəyini söyləməyib.