İstanbulda zəlzələ baş verib

Zəlzələ

Türkiyənin İstanbul şəhərində 6,1 bal gücündə zəlzələ olub. Qerbxeber.com xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb. Zəlzələnin episentri Balikesir qəsəbəsində qeydə alınıb. Yeraltı təkanlar Mərmərə və Ege bölgələrində də hiss olunub. İtkilər barədə məlumat verilmir.

“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə…

Aliyev tramp paşinyan

Dünən Vaşınqtonda baş verən hadisə dünya mediasının başlıca müzakirə mövzularından biridir, sevinən də yazır, yasa batan da… Şübhəsiz, hələ çox yazılacaq, çox təhlillər aparılacaq. Ermənistanın işğalçılıq müharibəsinin alovunda isinənlər, ağlasığmaz xəyallar quranlar, bizim müqavimət gücümüzün tükəndiyinə sevinənlər çox oldu. 35 il dünya özünü kar-kor kimi apardı, axan qanımızı, yerindən-yurdundan qoparılan insanlarımızın faciəsini, dağılan yurdlarımızın fəryadını … Read more

Zelenski İlham Əliyevə zəng edib

əliyev zelenski telefon

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qerbxeber.com xəbər verir ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb. Dövlət başçısı təbriklərə görə … Read more

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib

0f77360a 0e0a 3f6d 9e80 091d44365e44 850

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib. Qerbxeber.com xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizin başçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb. … Read more

Bügün üçün hava 39 dərəcə qeydə alınıb

Hava

Avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da … Read more

Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Dim dovlet imtahan merkezi

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. Namizəd imtahana gələrkən … Read more

Rusiyada əcnəbilər üçün dövlət rüsumları artırılır

Moskva

Sentyabrın 1-dən Rusiyada əcnəbilərin qeydiyyatı, miqrasiya uçotu və iş icazələrinin rəsmiləşdirilməsi üzrə dövlət rüsumları dəyişəcək. Qerbxeber.com-un xəbərinə görə, bu barədə Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarov məlumat verib. Yeni rüsumlar belə olacaq: Müvəqqəti qeydiyyat – 500 rubl (hazırda pulsuzdur) Viza müddətinə bağlı olmayan qalma müddətinin uzadılması – 1 000 rubl İş icazəsi və ya patentin … Read more

Beynəlxalq media İlham Əliyevin mövqeyini təriflədi

Tramp eliyev ilham yeni

Beynəlxalq media ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tarixi zirvəyə geniş yer ayırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Şəfa Kaymak bildirib. “İngiltərənin aparıcı yayım qurumu BBC zirvəni “tarixi hadisə” kimi qiymətləndirib. Xəbərdə Prezident İlham Əliyevin “Bu gün Qafqazda sülhü təmin edirik” sözlərinə yer verilib və Azərbaycanın möhkəm mövqeyi təriflənib. İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti … Read more

Reuters: Tramp Rusiya və Ukrayna ilə mümkün sammitə açıqdır

Tramp yeni1

ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya və Ukrayna ilə üçtərəfli sammitin keçirilməsi ideyasına açıqdır. Bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. Bununla belə, Ağ Evdəki mənbənin agentliyə verdiyi məlumata görə, Amerika tərəfi hazırda Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazırlaşır.

8 avqustda Vaşinqtonda keçirilən sammiti dünya mediasının diqqət mərkəzindədir

6ef5cf4c 349d 36fa ad17 829a5a5fcbd9 850

Son günlər dünya mediasının diqqəti Vaşinqtona yönəlib. Burada Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində tarixi sənədlər imzalanıb. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammiti mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Münasibətlərin normallaşmasına atılan bu kimi addımlar xarici KİV-lər tərəfindən bütün regionu dəyişdirə biləcək qlobal hadisə kimi dəyərləndirilir. Belə ki, “The Jerusalem Post” qəzeti qeyd edir: “Sülh sazişi, enerji … Read more

Rusya alınan razılığa belə reaksiya verdi…

Zaxarova (2)

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı və mərkəzi rolu ilə 2020-ci il noyabrın 10-da ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarla bağlı şərhində deyilir. “Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının … Read more

Gürcüstan parlamentinin sədri qonşularını təbrik etdi

Shalva papuashvili

“Ermənistan və Azərbaycanı ABŞ-də əlamətdar sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm”. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında yazıb. Spiker sənədin imzalanmasını tarixi addım adlandırıb. “Bu, regional sülhə və firavanlığa böyük ziyan vuran onilliklər ərzində davam edən münaqişəyə son qoyacaq barışıq yolunda tarixi bir addımdır. Prezident Trampın vasitəçiliyi … Read more

Kiprdən sülhə reaksiya gecikmədi

Aliyev tramp paşinyan

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi sülh müqaviləsinin paraflanmasını alqışlayırıq. Qerbxeber.com xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb. “Bu tarixi razılaşma Ermənistan və Azərbaycan arasında suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması prosesinə tam … Read more

İlham Əliyev Özbəkistanlı həmkarına zəng edib

A2c10545 2644 34c2 b6af 7bbe1507edb9 850

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan … Read more

Ərdoğan İlham Əliyevi təbrik edib

Ərdoğan Əliyev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevi təbrik edib. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə dövlət başçısı avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

“Qarabağ” ÇL-də mərhələ adlasa…

Qarabag

“Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə Azərbaycan çempionatının ilk turundakı matçı təxirə salınacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də “Bank Respublika Arena”da baş tutmalı olan “Sabah” … Read more

“Böyük görüş”-ün tarixi açıqlandı

Tramp putin

ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin arasında baş tutacaq görüşün tarixi açıqlanıb. Qerbxeber.com xəbər verir ki, bu haqda Tramp “Truth Social”da yazıb. “Mənimlə Rusiya Prezidenti Vladimir Putin arasında çox gözlənilən görüş gələn cümə günü, 15 avqust 2025-ci il tarixində Böyük Alyaska ştatında baş tutacaq”.

Paşinyan: Bu əraziləri Azərbaycana qaytarmalıyıq

Pasinyan 1

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi davam edəcək, ölkələrin sərhədləri bərpa edilməlidir”. Qerbxeber.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib. Baş nazir anklavlarla bağlı da danışıb: “Bizə məxsus olan, amma Azərbaycanın nəzarətində olan ərazilər var, Azərbaycana məxsus, amma bizim nəzarətimizdə olan ərazilər də var. Delimitasiya prosesi davam etməlidir. Harada … Read more

İtaliya XİN Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları tarixi adlandırıb

Images (8)

İtaliya Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində atdığı addımları dəstəkləyir. Qerbxeber.com xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. “İtaliya suverenlik və ərazi bütövlüyü əsasında normallaşmaya doğru atılan tarixi razılaşmanı alqışlayır. Vasitəçiliyə və regionda sülh, sabitlik və inkişaf üçün imkanlar yaratdığına görə ABŞ-yə təşəkkür edirik”, – nazirlikdən qeyd olunub. … Read more