Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur

ərdoğan erdoğan erdogan

Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq. “Azərbaycan Prezidenti İlham Əliyevlə  ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. … Read more

Putin və Zelenski şəxsi görüşə hazır deyil

ərdoğannnnnn

Çində danışıqlar zamanı Rusiya prezidenti ilə Ukraynada hərbi əməliyyatların dayandırılması yollarını müzakirə etdik, Ukrayna prezidenti ilə telefonla danışdıq, lakin tərəflər hələ görüşə hazır deyil. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyə sülh ümidlərini konkret nəticələrə çevirmək üçün danışıqların səviyyəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıdır. Hər hansı bir təşəbbüsə son nəticədə rəhbərlik … Read more

Rusiya ordusu bu əraziləri işğal etdi

Rusiya Donbas Ordu

Rus ordusu Dnepropetrovsk vilayətində Maliyevka yaxınlığında irəliləyərək Voskresenka kəndini, həmçinin Donetsk vilayətinin Fedorovka yaşayış məntəqəsini ələ keçirib Qerbxeber.com xəbər verir ki, bu barədə “Deep State” analitik platforması məlumat yayıb. Qeyd olunub ki, Rusiya ordusu həmçinin Xarkov vilayətinin şimalında, Rusiya ilə sərhəd yaxınlığında da mövqelərini genişləndirib. Hazırda döyüşlər bu istiqamətlərdə davam edir.

Bakıda ilk dəfə İƏT Mədəniyyət Festivalı keçiriləcək

Cizodwopyucbkyliiu5gqtba1lszstlcjlajqyht 825

Bakıda oktyabrın 6-12-də ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm … Read more

Daha bir avropa ölkəsi Fələstin dövlətini tanıyacağını açıqladı

fələstin

Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyır. Qerbxeber.com xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevost deyib. O bildirib ki, bu qərar Fələstində, xüsusən də Qəzzada baş verən humanitar faciə fonunda və İsrailin beynəlxalq hüquqa zidd olaraq törətdiyi zorakılığa cavab olaraq qəbul edilib: “Belçika Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birgə diplomatik təşəbbüs … Read more

Putin: Rusiya Avropaya hücum etmək niyyətində deyil

Putin (1)

Rusiya Avropaya hücum etmək niyyətində deyil, bu mövzuda mühakimələr təxribat və ya səriştəsizliyin təzahürüdür. Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Rusiyanın Avropa ilə bağlı təcavüzkar planlarına gəlincə, bir daha vurğulamaq istəyirəm ki, bu, tamamilə cəfəngiyyatdır və heç bir əsası yoxdur”, – o vurğulayıb.

Zakir Həsənov Vyetnamda səfərdədir

G1hy0obn1dbxb9udhehpmpz9xtffhuinbjdta5de 825

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 2-də general-polkovnik Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirak edib. Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba … Read more

Sabahın hava proqnozu açıqlandı

Hava durumu azeuo 1

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 30-35% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi … Read more

Zəngəzur dəhlizindən maraqlı tərəflərin pay almaq cəhdləri güclənəcək-ASİF NƏRİMANLININ təhlili

Asif nerimanlı

Zəngəzur dəhlizi Vaşinqtonda “Tramp yolu” (TRİPP) olaraq razılaşdırılsa da, layihənin praktiki icrası zaman alacaq və bu müddətdə müdaxilələrin, maraqlı tərəflərin pay almaq cəhdlərinin olacağı bəllidir. Burada üç əsas maraqlı tərəf var: İran, Rusiya və Çin. Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil. Birincisi, Tehran regional müstəvidə ən çox itirən tərəfdir; İkincisi, İran siyasi … Read more

NATO Rusiya sərhədləri yaxınlığında yeni qərargah açıb

Natooo

Sentyabrın 1-dən Finlandiyanın Mikkeli şəhərində NATO-nun quru komandanlığının regional qərargahı fəaliyyətə başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb. Şəhər Rusiya sərhədindən cəmi 140 km, Sankt-Peterburqdan isə 304 km məsafədə yerləşir. İlkin mərhələdə qərargahda 10-a yaxın mütəxəssis çalışacaq, lakin yaxın illərdə onların sayının 50-yə çatdırılması planlaşdırılır. Komandanlıq heyəti NATO-ya üzv ölkələrin, … Read more

“Liverpul” “Arsenal”a qalib gəldi

1e978590 868e 11f0 b391 6936825093bd

İngiltərə Premyer Liqasında III turun mərkəzi oyunu keçirilib. Qerbxeber.com xəbər verir ki, son çempion “Liverpul” doğma meydanda “Arsenal”ı qəbul edib. Görüş Mersisayd təmsilçisinin 1:0 qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 83-cü dəqiqədə Dominik Soboslay vurub. Hazırda Arne Slotun komandası 9 xalla turnir cədvəlinin vahid lideridir. London klubu 6 xalla üçüncü pillədə qərarlaşıb.

Trampdan ölümü barədə açıqlama..

Tramp yeni1

Həyatımda özümü bu qədər yaxşı hiss etməmişdim. Bu sözləri ABŞ Prezidenti Donald Tramp ölümü haqda yayılan şayiələrə cavab olaraq sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, 2 gün öncə Qərb sosial şəbəkələrində Amerika liderinin mümkün ölümü ilə bağlı şayiələr yayılıb. Səbəb 79 yaşlı prezidentlə bağlı gözlənilməz hallar yaranarsa, dövlət başçısının vəzifələrini öz üzərinə götürməyə hazır … Read more

Sergey Lavrov: Qərb ölkələri birbaşa şantaj əl atır

Lavrov

Qərb ölkələri çoxqütblü dünyanın formalaşmasının qarşısını almaq üçün birbaşa şantaja əl atır. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib . “Qərb ölkələri çoxqütblü dünyanın formalaşmasının qarşısını almağa çalışırlar. Onlar danışıqlara, ədalətli rəqabət metodlarına deyil, birbaşa şantaj, təzyiq, sanksiyalara əl ataraq, öz dominantlıqlarını qorumağa çalışırlar”, – … Read more

Baş nazir: Gürcüstanla bağlı ABŞ-ın passivliyi təəcüblüdür

Kobaxidze

Biz ABŞ ilə strateji tərəfdaşlığın bərpasına ümidimizi saxlayırıq. Hesab edirəm ki, “dərin dövlət” üstün gəlməsə, Gürcüstanla ABŞ arasında münasibətlərin bərpasına heç nə mane ola bilməyəcək”. Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Vaşinqtonun Gürcüstanla bağlı passivliyi təəccüb doğurur: “Bu passivliyin başqa rejimə, aktiv … Read more

Ərdoğan: Cənubi Qafqazda sülhün bərqərar olması məmnunluq yaradır

ərdoğan erdoğan erdogan

“Cənubi Qafqazda və Mərkəzi Asiyada qalıcı sülhün, sabitliyin və rifahın təmin olunması üçün son dövrlərdə atılan addımlar məmnunluq doğurur”. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” platformasında Şanxay Əməkdaşlıq Təşkilatında müzakirə edilən mövzularla bağlı paylaşımında bildirib. “Xəzərdən keçən Şərq-Qərb, Orta Dəhliz təşəbbüsləri ilə tarixi İpək Yolunu bərpa etməyi hədəfləyirik, digər tərəfdən isə … Read more

ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verildi

AtƏt

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qerbxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş … Read more

Ərdoğan və Pezeşkian Çində görüşüb

68b590b8e734f68b590b8e7350175672952868b590b8e734d68b590b8e734e

Türkiyə nüvə danışıqlarında İrana dəstək nümayiş etdirir. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə görüşdə bildirib. Ərdoğan İranın nüvə danışıqlarını aparmasının faydalı olduğunu vurğulayıb və Türkiyənin bu mövzuda İrana dəstəyini davam etdirəcəyini bildirib. Görüşdə, eyni zamanda, Türkiyə və İran arasında enerji sahəsi başda olmaqla bir … Read more

Putin və Tramp Zelenski ilə görüşə razılaşmadı

Tramp zel putin

Hazırda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə mümkün görüşlə bağlı razılaşma yoxdur. Qerbeber.com  xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib. Kreml nümayəndəsi qeyd edib ki, belə bir təmas formatı hələ müzakirə olunmayıb və tərəflər arasında görüşün keçirilməsi üçün konkret tarix və … Read more

İlham Əliyev Paşinyanla görüşdü

Pashinyan eliyev chin

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb. Qerbxeber.com xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı … Read more