Tramp: Yalnız qələbəyə oynamaq lazımdır

Tramp zelenski 2

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl yalnız qələbəyə oynamaq lazım olduğunu bəyan edib. Qerbxeber.com xəbər verir ki, o, bu fikri “Truth Social” şəbəkəsində yazıb. “Ya qələbəyə oyna, ya da heç oynama”, – o yazıb. Tramp vurğulayıb ki, yarım il ərzində altı münaqişəni həll etməyə nail olub.

Pezeşkian: Onlar bu yolla bölgəyə girmək istəyirlər

Pezeskian 1750529269 full (1)

“İranın qonşu və dost Ermənistanla çoxillik və strateji əlaqələri var”. Bunu İran Prezidenti Məsud Pezeşkian jurnalistlərə deyib. Prezident qeyd edib ki, bu səfər İranın qonşu ölkələrə prioritet səfərlərinə uyğundur: “Əlbəttə, bu, ali rəhbərin (Əli Xamenei) ümumi siyasəti və fikrinə əsaslanaraq, qonşularımızla münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün prioritetdir. İranın qonşu və dost Ermənistanla çoxillik və … Read more

Şəhidlər Xiyabanında nalayiq hərəkət edən ərəb turistlər saxlanıldı

Polis

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib. Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir … Read more

Ağstafada yol nəqliyyat hadisəsi baş verib

Qəza

Ağstafa rayonunda “Mercedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yol qəzasına səbəb olub. Qerbxeber.com Teleqraf-a istinadən  xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb. Yük avtomobili dəmir məhəccərləri sındırıb və yol kənarına çıxıb. Hadisə nəticəsində sürücü Akif Qəhrəmanov xəsarət alaraq yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.

Zelenski:Rusiya Odessada SOCAR-a məxsus obyektlərə qəsdən zərbə endirir

Zelenski yeni

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Zelenski özünün Facebook hesabında fikir bildirib. Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib. Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu  vurğulayıb.

İran Zəngəzur dəhlizi ilə narahatlığını dilə gətirdi

Beqayi

Azərbaycan və Ermənistanın Vaşinqtonda bəyanat imzalaması iki ölkənin suveren qərarı olub. Biz, əvvəlki kimi, iki ölkə arasında Cənubi Qafqazda təhlükəsizliyin və davamlı sabitliyin əsasını təşkil edəcək sülh sazişinin təsdiqlənməsinin tərəfdarıyıq. Qerbxeber.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib. Onun sözlərinə görə, İran blokadanın aradan qaldırılmasını və region ölkələri arasında kommunikasiya … Read more

Polşa XİN müavini:Avropa liderləri Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir edə bilməyəcək

Polşa bayr

“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşdə onun ukraynalı həmkarı Volodimir Zelenskini müşayiət edən bir sıra Avropa ölkələrinin liderləri Ağ Ev rəhbərinin Ukrayna ilə bağlı mövqeyinə heç bir şəkildə təsir edə bilməyəcəklər”. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu sözləri Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib. “Əslində, Ukrayna ilə bağlı qərarlar Amerikanın … Read more

Xamaneinin müşaviri müharibə anonsu verdi

Yəhya xamneinin müşaviri

“İranla İsrail arasında müharibə yenidən başlaya bilər, amma bundan sonra daha müharibə olmayacaq”. Qerbxeber.com Teleqraf.az-a istinadən  xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib. Rəhim Səfəvi ölkəsi ilə İsrail arasında 12 günlük müharibədən sonra indiki vəziyyətlə bağlı qeyd edib: “Hazırda atəşkəs şəraitində yox, müharibə mərhələsindəyik. Bizimlə ABŞ və … Read more

Zelenski: Krımdan vaz keçməyə dəyməz,Rusiya özü başladığı müharibəni bitirməlidir

Zelenski unufirmda

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün artıq Vaşinqtona gəlib. Qerbxeber.com xəbər verir ki,  bu barədə  Zelenski rəsmi Telegram kanalında yazıb: “Artıq Vaşinqtona gəlmişəm. Sabah prezident Trampla görüşəcəyik. Sabah Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram”. O qeyd edib ki, hər kəs müharibəni bitirmək istəyir, lakin “sülh uzunmüddətli olmalıdır”: “İllər … Read more

Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum etdi

Socar foto

Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti hücum həyata keçirib. Qerbxeber.com Ukraynanın “Unian” portalına məlumatına əsasən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi “Shahed” tipli PUA ilə vurulub. Hadisənin detalları hələ açıqlanmayıb. Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə də rusiyalı hərbçilər SOCAR şirkətinin Odessa vilayətində … Read more

Tramp sülh şərtini “sadələşdirdi”

Tramp zelenski 2

Ukrayna tərəfi Krıma olan iddialarından və NATO-ya üzv olmaq fikrindən əl çəksə, Ukraynadakı münaqişə demək olar ki, dərhal həll oluna bilər”. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, Ukrayna Prezidenti istəsə müharibəni bitirməyə, ya da döyüşləri davam etdirməyə qadirdir. O xatırladıb ki, münaqişə Krımı və Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq … Read more

Ukrayna Rusiyanın 5 vilayətinə PUA-larla hücum etdi

Pua yeni

Gecə saatlarında Rusiyanın bölgələri üzərində Ukraynanın 23 pilotsuz təyyarəsi zərərsizləşdirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. PUA-lar Tambov, Rostov, Varonej, Kursk, Krasnodar və Krım (Ukraynanın işğal edilmiş bölgəsi – red.) vilayətləri, eləcə də Qara və Azov dənizləri üzərində vurulub.

Aİ liderləri Tramp-Zelenski görüşündə daha bir qalmaqal yaşanacağından narahatdır

Zelenski tramp qalmaqal

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında gözlənilən görüşlə bağlı Avropa İttifaqı (Aİ) liderləri arasında çaxnaşma yaşanır. Qerbxeber.com bildirir ki, bu barədə Teleqraf  “The New York Times” (NYT) məlumatına əsasən xəbər  yayıb. Aİ rəsmisi nəşrə deyib ki, ittifaq liderləri Zelenskinin Trampı qəzəbləndirməsindən qorxurlar. Mənbə qeyd edib ki, İraq müharibəsindən sonra belə bir … Read more

Nikol Paşinyan üzr istədi

Paşinyan teze

Ermənistanın Baş naziri Nikol Paşinyan qalmaqallı sosial şəbəkə paylaşımına görə üzr istəyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Paşinyan özünün sosial media hesabında paylaşım edib. O, mayın 30-da sosial şəbəkə hesabında paylaşım edərək kəskin ifadələrlə arxiyepiskop Baqrat Qalstanyanı tənqid edib. Paşinyan paylaşımında “Müqəddəs ata, get və dayının arvadı ilə məşğul ol” kimi ifadə işlədib. Avqustun … Read more

Makron: Rusiyanın tələbləri kaputulyasiyadır

Emanuel makron

“Bu gün təslimiyyəti sülh adı ilə təklif edən yalnız bir dövlət var – Rusiya”. Qerbxeber.com Teleqraf-a istinadən  xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Könüllülər koalisiyasının videokonfransında belə deyib. Onun sözlərinə görə, Kiyevin legitim, demokratik yolla seçilmiş lideri olmadan Ukrayna ilə bağlı ərazi müzakirəsindən söhbət gedə bilməz: “İstənilən ərazi məsələsi təhlükəsizlik təminatları ilə əlaqələndirilməlidir. Bura Ukrayna ordusunun maliyyələşdirilməsi də daxildir”. Makron bildirib: “Ukrayna ordusunun yoxluğuna, Ukrayna ordusunun ixtisarına əsaslanan … Read more

Ukrayna ordusu Donetskdə bir neçə yaşayış məntəqəsini azad edib

Ukr ordu

Avqustun 4-dən 16-dək Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın tərkibinə daxil olan 1-ci korpusun “Azov” bölmələrinin birgə əməliyyatları nəticəsində Donetsk vilayətində bir sıra yaşayış məntəqələri işğaldan azad edilib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Qruzskoye, Rubejnoye, Novovodyanoye, Petrovka, Veseloye və Zolotoy Kolodez məntəqələri işğaldan azad edilib. Əməliyyat zonasındakı aktiv hərəkətlər nəticəsində düşmən … Read more

Rubio:ABŞ ərazi mübadiləsi üçün Ukraynaya təzyiq göstərmir

Rubio teze

Ukrayna öz ərazilərini verməyə hazır deyil, ABŞ isə Kiyevə Rusiya tərəfindən işğal olunmuş bütün regionları təhvil vermək üçün təzyiq göstərmir. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib. Qeyd edək ki, Tramp administrasiyasının Rusiyanın işğal etdiyi ərazilərin bu ölkəyə verilməsi ilə bağlı fikri dəstəkləməsi barədə Amerika mediasında məlumatlar yayılıb.

NATO Ukraynanın müdafiəsinə cəlb olunur?

Nato ukr

ABŞ NATO-nu Ukraynanın müdafiəsinə cəlb etmək imkanını nəzərdən keçirmir. Qerbxeber.com xəbər verir ki, bunu Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib. O xatırladıb ki, Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp Ankoricdə keçirdikləri görüşdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları ilə bağlı razılığa gəliblər. Uitkoff “Belə bir razılaşmanın şərtlərinə əsasən NATO-nun Ukraynanın … Read more

Sabah Ukrayna öz taleyini həll edəcək

Ursula von der leyen 170723

“Sabah Ukrayna öz taleyini həll edəcək”. Qerbxeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib. O, Avropa liderlərinin Ukrayna prezidenti ilə birgə uçacağı ABŞ-a sabahkı səfərini belə şərh edib. AK sədri həmçinin bu danışıqlarda Avropanın mövqeləri ilə bağlı bir sıra açıqlamalar verib. Fon der Leyenin fikrincə, Ukrayna yaxşı silahlanmalı və “heç bir hücumçunun məğlub edə bilməyəcəyi polad kirpiyə” çevrilməlidir. … Read more

Tramp Zelenski ilə görüşdə ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir

Zelenski tramp

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib. “Əsas məsələ Ukrayna münaqişəsinin həlli üçün ərazilərin mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirik ki, bu məsələdə müəyyən aydınlığa … Read more