“Qarabağ”dan səfərdə qələbə…

Qarabag

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”a (Macarıstan) 3:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq

Makron Ukraynanın təhlükəsizliyi ilə bağlı bəyanat verdi

Emanuel makron

Fransa prezidenti Emmanuel Makron braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə Ukrayna nizamlamasının formatını və Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Makron “X” platformasında məlumat yayıb. “Bazar ertəsi Vaşinqtonda baş tutan görüş kontekstində çoxtərəfli formatı, onun Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsində əsas rolunu müdafiə etməyin zəruriliyini … Read more

Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Şevkat mirziyayev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Qerbxeber.com xəbər verir ki, məktubda deyilir: “Sizin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım. Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz … Read more

Böyük Britanıyalı nazir Azərbaycana gələcək

Stevin dauti

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycana səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld APA-ya müsahibəsində deyib. Səfir bildirib ki, ilin sonuna yaxın Böyük Britaniyanın … Read more

Ağstafada Yol Nişanlama işləri aparılır

Ağstafa

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ağstafa şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri həyata keçirilir. Qurumdan  verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Mehdi Hüseyn, Ü.Hacıbəyli, H.Arif, M.Ə.Rəsulzadə, R.Alcanov, A.Ələsgər küçələri və Poylu kəndi ərazisində yol nişanlanma xətləri yenilənib. Ümumilikdə 37 km-dən çox ərazidə xətləmə işləri aparılıb. … Read more

Ukrayna F-16 ları Kursku bombaladı

F 16 lar

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Kursk vilayətini F-16 qırıcıları ilə bombardman edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumatda deyilir ki, iki F-16 sərhəddəki Tetkino kəndi yaxınlığına idarəolunan bombalar atıb. KİV Ukrayna hərbi aviasiyasının sərhəd bölgələrində fəallaşdığını bildirib. Qeyd edilib ki, bundan əvvəl ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinin ərazisinə daxil olublar.

yalı nazır: BritaniUkrayna və Rusiya arasında sülh heçvaxt olmadığı qədər yaxındır

Jarvis arrives

“Ukrayna və Rusiya arasında sülh genişmiqyaslı müharibənin başlanmasından bəri heç vaxt olmadığı qədər yaxındır”. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis deyib. “Düşünürəm ki, Alyaska sammiti (ABŞ və Rusiya prezidentlərinin görüşü – red.) hadisələri irəli aparmaq üçün çox faydalı oldu. Məncə, bu, mühüm məqamdır. Biz sülhə uzun müddət ərzində … Read more

Putin Ərdoğana zəng etdi

Putin erdoğan

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı telefon danışığı zamanı Ankoricdə (Alyaska) ABŞ Prezidenti Donald Trampla görüşü barədə məlumatlandırıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya prezidenti İstanbulda Ukrayna nümayəndələri ilə danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardıma diqqət çəkib. Liderlər ticarət və investisiyaların inkişafını da müzakirə ediblər. “Həmçinin ikitərəfli gündəlikdəki bəzi cari məsələlərə, … Read more

Prezident İlham Əliyev və birinci xanım Gəncə şəhərinə səfər edib

Əliyev gəncədə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar. Qerbxeber.com  xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, … Read more

Görkəmli şair və ictimai xadim Məmməd İsmayıl Tovuzda dəfn olundu

Məmməd İsmayıl dəfn

Görkəmli şair, ictimai xadim, pedaqoq Məmməd İsmayıl bu gün Tovuz rayonunda dəfn edilib. Qerbxeber.com-un Əsrik-Cırdaxana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, 19 avqustda vəfat edən şairin nəşi Əsrik-Cırdaxandakı evinə gətirildi. Burada şair Məmməd İsmayılla vida mərasimi keçirildi. Mərasimin sonunda Aşıq Şəhriyarın ifasında “Ruhani”havasının sədaları altında Məmməd İsmayıl-sevənlərinin Məmməd əmisi son mənzilinə uğurlandı. Daha sonra, … Read more

Tramp Azərbaycandan danışdı…

Tramp eliyev ilham yeni

ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub. Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb. Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində … Read more

ABŞ-ın Avropaya satdığı silahlar Ukraynaya 10 faiz baha satılır

Roket s

ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha satılır. Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində danışıb. “Düşünürəm ki, prezident Donald Tramp hazırda çox ayıqdır. Biz silahları avropalılara satırıq, onlar da onları ukraynalılara satırlar və prezident Tramp silahlara 10% əlavə edir, ona görə də ola bilsin ki, 10% hava mühafizəsi xərclərini … Read more

Gəncədə yeniyetmənin qətlə yetirilməsinin təfərrüatları məlum olub

Bıçaq

Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. Qerbxeber.com APA-nın məlumatına istinadən xəbər verir ki , hadisə 10 manat borc üstündə baş verib. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən 2010-cu il təvəllüdlü Tunar Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl Arif Hətəmov borcunu Tunar Məmmədova qaytarıb. Sonrandan … Read more

Ağ Evdən açıqlama…

Ağ ev

ABŞ təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya qoşun yeritməyəcək. Qerbxeber.com xəbər evrir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

İran və Ermənistan prezidentlərinin görüşündə nələr müzakirə edildi?

Pezeshkian xacaturya

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və iranlı həmkarı Məsud Pezeşkian regional gündəmdəki məsələləri, o cümlədən kommunikasiyaların açılmasını müzakirə ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Xaçaturyan bildirib ki, İran liderinin səfəri Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənməsi üçün stimul olacaq Tərəflər siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini … Read more

Gəncədə 15 yaşlı oğlan qətlə yetirilib

Bıçaqqqqqqqqqq

Gəncədə 15 yaşlı oğlan qətlə yetirilib. Qerbxeber.com “Report” a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmiryol Vağzalı yaxınlığında qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un … Read more

Millimiz güləş üzrə DÇ-də bürünc medal qazandı

Gulesh

Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb. Qerbxeber.com xəbər verir ki, üçüncü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

Putin Zelenski ilə Moskvada görüşməyi təklif etdi

Trump putin zelenskyy

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib. Qerbxeber.com xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Putin müvafiq təkliflə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı çıxış edib.

KİV: ABŞ, Avropa və Ukrayna təhlükəsizlik zəmanətləri üzrə komissiya yaradır

Ae592ee5 2aa4 3ab0 945d c02872a8363a 850

ABŞ, Avropa və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanəti təklifi hazırlayacaq komissiya yaradıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yaxın günlərdə Kiyev üçün ABŞ, Ukrayna və bir sıra Avropa ölkələrinin yüksək rütbəli rəsmilərinin təhlükəsizlik zəmanətləri ilə bağlı ətraflı təklif üzərində işləməsi gözlənilir. Portalın mənbələri qeyd edib ki, komissiyanın … Read more

Məmməd İsmayıl vəfat etdi

Memmed

Şair Məmməd İsmayıl vəfat edib. Qerbxeber.com xəbər verir ki, bu barədə şair Ehtiram İlham məlumat yayıb. Qeyd edək ki, 85 yaşlı Məmməd İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkirdi. Şair “Ana əlləri”, “Dünyaya baxıram”, “Söz vaxtına çəkər” kimi şeirləri, “Xalq nəğmələri”, “Sazın söz karvanı”, “Yoxun Varlığı” kimi kitabları ilə tanınıb. Allah rəhmət eləsin!