Zelenski sülh razılaşmasına qədər atəşkəs şərtinə qayıtdı

Zelenski tramp qalmaqal

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl rəsmi şəkildə təkzib etdiyi ilkin atəşkəs tələbini yenidən gündəmə gətirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb. Nəşr bu nəticəyə Zelenskinin jurnalistlərlə görüşdəki çıxışından sonra gəlib. Görüş zamanı Prezident bildirib ki, mümkün sülh razılaşması çərçivəsində ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putinlə üçtərəfli formatda keçiriləcək görüş bir növ atəşkəs … Read more

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

C91ea955 e944 30a4 9b97 4af73a55d14c 850

Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Quru Qoşunlarının “N” hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Tərəflər, həmçinin ölkəmizin … Read more

Müharibə hərbi yolla bitəcək..

Ukrayna ordusu 1 (2)

Ukraynadakı münaqişənin Kiyevin xeyrinə başa çatmayacağı ehtimal olunur və prosesin diplomatik deyil, məhz hərbi yolla həll olunacağı gözlənilir. Qerbxeber.com xəbər verir ki, bu fikirləri ABŞ-nin Çikaqo Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Con Mearsheimer İsveçrənin “Die Weltwoche” jurnalına verdiyi müsahibədə səsləndirib. “Düşünürəm ki, həm mənəvi, həm də strateji baxımdan Ukrayna üçün ən doğru qərar müharibəni bitirmək olardı”, – deyə Mearsheimer … Read more

Azərbaycan Kubokunun 2025/2026 mövsümünün formatı açıqlanıb

6ba9d168 15d9 35a5 8791 962de60a3f65 850

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün formatı açıqlanıb. Bu barədə  Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. PFL rəsmisi turnirdəki əsas dəyişikliyin final matçı ilə bağlı olduğunu xatırladıb: “PFL olaraq digər ölkələrin də təcrübəsini nəzərə alaraq final qarşılaşmasının daha tez tarixdə – mayın 13-də keçirilməsinə qərar verdik. Bütün liqalarda iştirak edən … Read more

“Barselona” Jül Kunde ilə müqavilə müddətini uzadıb

Images (1)

İspaniya təmsilçisi “Barselona” futbolçusu Jül Kunde ilə müqavilə müddətini uzadıb. Qerbxeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı müdafiəçi yeni sözləşməyə əsasən 2030-cu ilə qədər kataloniyalıların formasını geyinəcək. Qeyd edək ki, J.Kundenin əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə başa çatırdı.

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

Elektron təhlükəsizlik xidmətinin loqosu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəis təyin edilib. Qerbxeber.com xəbər verir ki, bu, Fərid Zeynalovdur. O, Xidmətin rəhbərliyində Samir Rəsulovu əvəz edib. ETX ölkə Prezidentinin “Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında 12 yanvar 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində … Read more

Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailə köçürüləcək

46157aa7 3839 337e bc91 aeb2e8916408 850

Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib. Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində … Read more

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər və İstisu yolunda

Ilham mehri

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Qerbxeber.com xəbər verir ki, dövlət başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

Keşiş Baqratın həbs müddəti 3 ay uzadıldı

Baqrat

Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbsi müddətini daha 3 ay uzadıb. Bu haqda məlumatı Ermənistan mətbuatı yayıb. Qeyd edək ki, Qalstanyan “terror aktına hazırlıq və hakimiyyətin qəsb edilməsi” ittihamı ilə günahlandırılır. Baş nazir Paşinyan cari ilin may ayınan etibarən kilsəyə qarşı hücumlarını kəskin şəkildə gücləndirmiş, sosial şəbəkələrdə kilsə rəhbərləri haqda tənqidi paylaşımlar etmiş və katolikos … Read more

Ukrayna Rusların Krımda yanacaq və yağ daşıyan qatarına hücum edib

Download (4)

Ukrayna Krımda yanacaq və yağ daşıyan yük qatarına hücum edib. “UNİAN“  xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. “Müvəqqəti işğal altında olan Krımdakı logistikası dayandırılıb. Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri bu hücumu Cankoy dəmiryolu stansiyaı yaxınlığında həyata keçirib”- məlumatda qeyd olunub. Bildirilib ki, Ukrayna ordusunun xüsusi əməliyyatları Rusiya qoşunlarının cənub … Read more

Lavrov: Ukrayna ərazisində xarici qoşunların mövcudluğu Rusiya üçün qəbuledilməzdir

Lavrovdan sert aciklama abdye sirtini dayayan ulkelerin kaderi ermeni liderler icin ders olmali wqie

Rusiya xarici işlər naziri Lavrov Ukrayna rəhbərliyinin atdığı addımların onların münaqişənin davamlı və uzunmüddətli həllində maraqlı olmadıqlarını göstərdiyini bildirib. Qerbxeber.com bildirir ki, Rusiyanın TASS agentliyi bu haqda məlumat yayıb. Rusiyanın 2022-ci ildə İstanbulda razılaşdırılmış Ukrayna üçün təhlükəsizlik təminatları prinsiplərini dəstəklədiyini qeyd edən Lavrov bu sahədə digər cəhdlərin prespektivsiz olduğunu bildirib. “Əslində Avropa Ukrayna ərazisinin bir … Read more

Paşinyan: Azərbaycanla torpaq mübadiləsi mümkündür,bunun üçün…

Paşinyan teze

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla torpaq mübadiləsinin ancaq xalqın razılığı ilə baş tuta biləcəyini qeyd edib. Bunu Ermənistanın rəhbəri bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, həm Ermənistanın, həm də Azərbaycanın keçmiş Sovet respublikalarının sərhədlərini göstərən xəritələri var. Baş nazir əlavə edib ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi məhz bu xəritələr əsasında … Read more

Şəmkirdə 24 nəfər dönərdən zəhərləndi

Almalı kafe

Avqustun 20-də saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Qerbxeber.com bildirir ki,bu barədə APA– TƏBİB-dən verilən məlumata əsasən xəbər yayıb. Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır: “Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə … Read more

Trampdan İsrail və İranla bağlı açıqlama

Tramp yeni1

Əgər Amerika ordusu İranın nüvə obyektlərinə zərbələr endirməsəydi, Tehran dörd həftə ərzində nüvə silahı istehsal edə bilərdi. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib. “İran hakimiyyəti belə bir silahı əldə etsəydi, ondan istifadə etməyə tərəddüd etməzdi”, – Tramp bildirib. ABŞ prezidenti özünü və İsrail Baş naziri Benyamin … Read more

Rusiya daha 3 kəndi işğal etdi

Rusiya ukrayna

Rusiya ordusu Dnepropetrovsk vilayətinin Novogeorgiyevka, Donetsk vilayətinin isə Suxetskoye və Pankovka yaşayış məntəqələrini ələ keçirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Paşinyan Overçukla görüşdü

Overchuk pashinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuku İrəvanda qəbul edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb. Danışıqlar zamanı tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri, Aİİ çərçivəsində əməkdaşlıqla bağlı cari mövzuları müzakirə ediblər. Paşinyan və Overçuk həmçinin ikitərəfli ticarət dövriyyəsinin dinamikası, birgə proqramların həyata keçirilməsinin gedişatı ilə … Read more

İxtisas seçimi başa çatdı

Dİm

Ali məktəblərə qəbul üçün elektron ixtisas seçimi yekunlaşdı. Yaxın günlərdə nəticələr elan olunacaq. Qerbxeber.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. “Bu il ən şanslı qrup I ixtisas qrupu oldu. 200 balı keçən hər bir abituriyent tələbə olacaq. Hətta böyük sayda plan yerləri boş qalacaq. Ən çətin vəziyyət isə III ixtisas … Read more

Türkiyədən Zəngəzurla bağlı açıqlama…

Laçın yol qarabağ zəngəzur

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli avqustun 22-də atılacaq. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib. Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin mühüm bir hissəsi olduğunu vurğulayan Uraloğlu bildirib ki, dəhlizin fəaliyyətə başlaması ilə Pekindən Londona Şərq-Qərb xətti daha səmərəli işləyəcək: “Bu xətt həm Türkiyənin logistika imkanlarını artıracaq, həm də … Read more

NATO Baş Qərargah Rəisləri Ukrayna ilə bağlı qərar verməyiblər

Nato ukr

Ukrayna ilə bağlı prioritet ədalətli, davamlı sülhün bərqərarı olmalıdır. Qerbxeber.com xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone bildirib. Onun sözlərinə görə, NATO Baş Qərargah Rəisləri Ukraynaya dəstəyi məsələsini təsdiqləsələr də, təhlükəsizlik zəmanətləri və ya blokun qüvvələrinin yerləşdirilməsi ilə bağlı konkret qərarlar açıqlamayıblar. “Müzakirələrdə Ukrayna ilə bağlı dəstəyimizi bir daha təsdiqlədik. … Read more

Qazaxda cinayətin üstü açıldı…

Qazax prokurorluq e1622722707906

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub. Belə ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci … Read more