Rubl ucuzlaşdı, avro və lirə bahalaşdı

Xarici valyuta

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub. Qerbxeber.com xəbər verir ki, lirənin dəyəri manat qarşısında 100 lirə 4.12 manata qalxıb. Avronun məzənnəsi 2.0154 manata yüksəlib, 100 rublun məzənnəsi isə 2.0430 manata enib.

Fon der Lyayen Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Tramp lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi istiqamətində birgə səyləri müzakirə edib. Bu barədə o, “X” hesabında paylaşım edib. “Trampla Rusiyaya qarşı əlavə tədbirlər vasitəsilə iqtisadi təzyiqi gücləndirmək üçün birgə səylərimizi möhkəmləndirməyə dair yaxşı bir söhbətimiz oldu”, – deyə paylaşımda bildirilib. Telefon danışığının detalları … Read more

Zelenski: Tramp və Putinlə görüşməyə hazıram

Zelenski unufirmda

Ukraynanın dövlət başçısı Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə heç bir şərt olmadan görüşməyə hazır olduğunu bildirib. Bu barədə Zelenski “Sky News“a müsahibəsində deyib. “Mən Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda heç bir şərt olmadan görüşməyə hazıram”, – deyə Ukrayna Prezidenti vurğulayıb. O, belə bir görüş üçün Moskvaya … Read more

Lyayen : Yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiya paketi qəbul olunacaq

Ursula von der Leyen

Avropa Komissiyası yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edəcək. Qerbxeber.comxəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” səhifəsində yazıb. O qeyd edib ki, yeni sanksiyalar kriptovalyutanı, bankları və enerjini hədəf alacaq. Məumat üçün bildirək ki, bundan əvvəl 19-cu sanksiyalar paketinin təxirə salındığı ilə bağlı iddialar səslənmişdi.

Milli Məclisdə “Böyük Qayıdış”la bağlı dinləmələr keçiriləcək

Milli meclis

Milli Məclisdə “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirə təşkil ediləcək. Qerbxeber.com-un xəbərinə görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyası üçün İş planında əksini tapıb. İş planına sessiya müddətində işğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında … Read more

Ruslar Ukraynanın dəmir yollarına zərbə endirib

Qatar yolu

Sentyabrın 17-nə keçən gecə Rusiya Ukraynanın dəmir yoluna növbəti kütləvi hücum həyata keçirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Ukrzaliznytsia” ASC-nin idarə heyətinin sədri Aleksandr Pertsovski “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, ehtiyat dizel lokomotivləri artıq hazır vəziyyətdədir və “Ukrzaliznytsia” qatarların gecikmələrini minimuma endirməyə çalışacaq.

Tramp Azərbaycanla bağlı paylaşım etdi

Aliyev tramp paşin

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Qerbxeber.com APA-ya istinadla  xəbər verir ki, Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb. “Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir … Read more

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

AFFA

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib. Qerbxeber.com xəbər verir ki, R.Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı … Read more

Qurbanov : “Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi”

Qurban qurbanov yeni

“Qarabağ” futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.  Qerbxeber.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Benfika”ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib. “Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start … Read more

“Qarabağ” dan tarixi qələbə…

U7qqkpxpwjvtwqcjnszjz4jystnpf0ezcq32ov1s 825

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Qerbxeber.com-un məlumatına görə, “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb. Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb. Bundan sonra … Read more

Tramp təsdiqlədi

Tramp zelenski 2

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya avropalı müttəfiqlər tərəfindən maliyyələşdirilən ilk hərbi yardım paketini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Pentaqon prioritet ehtiyaclar çərçivəsində Kiyevə NATO ölkələrinin hesabına hər biri 500 milyon dollar dəyərində iki hərbi yardım paketini təsdiqləyib. Məlumata görə, Pentaqon rəhbərinin müavini Elbric Kolbi hər … Read more

Netanyahu: İsrail müstəqil hərbi sənaye yaradacaq

netenyahu

İsrail heç bir mümkün beynəlxalq məhdudiyyətdən asılı olmayan, özünü təmin edən müdafiə sənayesi yaradacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. O, İsrail iqtisadiyyatına həsr olunmuş mətbuat konfransında deyib: “Biz çox güclü, istənilən növ beynəlxalq siyasi məhdudiyyətlərə tab gətirə biləcək və dövlətin təhlükəsizliyini təmin edəcək müstəqil silah sənayesi quracağıq”. Bir … Read more

“Benfika” və “Qarabağ” bu heyətlə qarşılaşacaq

Qarabag 2024

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyunu üçün heyətlər müəyyənləşib. Qerbxeber.com xəbər verir ki, komandalar paytaxt Lissabondakı “Da Luj” stadionunda təşkil olunacaq görüşə aşağıdakı tərkibdə çıxacaq: “Benfika”: 1. A.Trubin, 17. A.Dediç, 4. A.Silva, 30. N.Otamendi, 26. S.Dal, 8. F.Eursnes, 5. E. Barreneçea, 20. R. Rios, 21. A. Şyelderup, 14. V.Pavlidis, 10. … Read more

Xankəndidə terora cəhd Sülh prosesini pozmağa yönəlib-Asif Nərimanlının təhlili

Asif nerimanlı

Xankəndidə erməni əsilli sakin Karen Avanesyanın terror aktı törətmək cəhdi və polis əməkdaşlarına silahlı müqavimət göstərməsinin lokal xarakter daşımadığı ehtimalı yüksəkdir. Hər şey istintaqın yekununda bəlli olacaq, lakin açıq qalan suallar ictimaiyyətin diqqət mərkəzindədir. – Karen Avanesyan əslində kimdir? – Terror aktı planının arxasında hansı qüvvələr dayana bilər? – Planın icrasına niyə indi cəhd edildi? … Read more

Tramp: Deyəsən bunu etməyə məcbur olacam

Tramp zel putin

“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə eyni otaqda olmalı olacağam”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “Deyəsən, onlarla eyni otaqda oturmaq məcburiyyətində qalacağam, çünki onlar təklikdə bir otaqda birlikdə otura bilməzlər”, – Amerika lideri qeyd edib. Tramp bununla Rusiya və Ukrayna liderləri arasında gözlənilən görüşün onun da iştirakı ilə üçtərəfli … Read more

Azərbaycan-BƏƏ Birgə Biznes Şurası yaradılır

BƏƏ az bayraq

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, anlaşma memorandumu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində imzalanıb.

Britaniyadan xəbərdarlıq: Rusiya bir daha hücumu təkrarlasa, güclə cavab veriləcək

Britaniya ordu

NATO-nun hava məkanı Rusiya pilotsuz uçan aparatları (PUA) tərəfindən pozularsa, Böyük Britaniya güc tətbiq edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Rusiya başa düşməlidir ki, davam edən təcavüz yalnız NATO müttəfiqlərinin həmrəyliyini və Ukraynanı dəstəkləmək əzmini gücləndirir və bundan sonrakı hər hansı təcavüzə güclə cavab veriləcək”, – bəyanatda … Read more

Havalar bu tarixdən isinməyə başlayacaq-Açıqlama

Hava bulud gunes azeuro

Yay fəsli hələ başa çatmasa da, bir neçə gündür ölkə ərazisində hava şəraiti qəfil dəyişib. Temperatur enib, bəzi bölgələrdə yağış, dolu, hətta qar yağıb. İnsanları maraqlandıran əsas sual isə müşahidə olunan qeyri-sabit havanın nə vaxtadək davam edəcəyi və istilərin nə zaman qayıdacağıdır. Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  yağıntıların bir neçə gün davam edəcəyini … Read more

Rusiyanın neft emalı zavodlarına zərbələr Putini dayandıra bilərmi?-Kamran Cəfərovun təhlili

Putin yanğin

Avqust ayından etibarən USQ Rusiyanın neft emalı zavodlarına davamlı zərbələri müşahidə olunur. Ümumi hesabla 13 NEZ hədəfə alınıb və bu, artıq Ukraynanın müharibə strategiyasının fundamental hissəsinə çevrilib. Buna baxmayaraq, sosial şəbəkələrdə tez-tez “Rusiyanın vecinə deyil” kimi fikirlərə rast gəlinir. Əslində isə bu, reallıqdan çox uzaq fikirdir, çünki rəqəmlər tam əksini göstərir. Müxtəlif hesablamalara görə, USQ-nin … Read more

Azərbaycanda avronun məzənnəsi 2manatı keçdi

Manat dollar euro 130219 (2)

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, sentyabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0411 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0531 manata kimi, avro isə 2,0021 manatadək bahalaşıb.