Donald Tusk: Polşada Rusiyaya simpatiya, Ukraynaya antipatiya artır

Tusk

Polşada rusiyapərəst əhval-ruhiyyə artıb, ağır dövrlərini yaşayan Ukraynaya qarşı isə antipatiya var. Qerbxeber.com xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsindəki səhifəsində qeyd edib. O, iddia edir ki, bu dalğa Kreml tərəfindən alovlanır, qorxu və emosiyalardan qaynaqlanır. Tusk əlavə edib ki, siyasətçilərin vəzifəsi dalğanın axını ilə getmək deyil, onu saxlamaqdır. “Bu, bütün … Read more

Türkiyə Baş Qərargah rəisi Azərbaycana gələcək

Türkiye qerergah reisi

Türkiyənin Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək. Qerbxeber.com xəbər verir ki, Səlçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını bolşeviklərdən azad etməsinin 107-ci ildönümü münasibəti ilə sentyabrın 15-də Türk və Azərbaycan şəhidliklərində keçiriləcək anım mərasimində iştirak edəcək.

Zelenski Rusiyaya təsir edə biləcək effektiv sanksiyaları açıqladı

Zelenski

Ukraynanın Rusiyanın neft emalı zavodları, terminalları və bazalarına zərbələri Rusiyanın neft sənayesini, eyni zamanda müharibəni də məhdudlaşdırır. Qerbxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində deyib. “Ən effektiv, ən sürətli təsir göstərən sanksiyalar – Rusiyanın neft emalı, onların terminalları, bazalarına endirilən zərbələrdir. Bu zərbələr Rusiyanın neft sənayesi və müharibəsini məhdudlaşdırır. Rusiyanın … Read more

“Fənərbaxça” İstanbulda “Trabzonspora” qalib gəldi

Fənər trabz

Türkiyə Super Liqasında beşinci turun oyunları keçirilir. Qerbxeber.com xəbər verir ki, bu gün İstanbulda Türkiyə derbisi baş tutub. “Fənərbaxça” “Trabzonspor”u qəbul edib. Qonaqlar 20-ci dəqiqədə azlıqda qalıb. Okay Yokuşlu qırmızı vərəqə ilə cəzalandırılıb. İlk hissənin sonların Yussuf En-Nesiri komandasına qələbə qazandıran qolu vurub – 1:0. Qeyd edək ki, “Fənərbaxça” 10 xalla turnir cədvəlində ikinci pillədə … Read more

Noyabr ayından etibarən Ermənistanın viza möhürlərindən Ağrı dağın təsviri yığışdırılır

Ermeni viza mphür

Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarır. Qerbxeber.com APA-nın məlumatına  görə xəbər verir ki, bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib. Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Polşa NATO qüvvələrinin ölkə ərazisində yerləşdirilməsinə icazə verdi

Polşa prezidenyi

Polşa Prezidenti Karol Navrotski ölkə ərazisində NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinə razılıq verən qətnaməni imzalayıb. Qerbxeber.com APA x-ya istinadən əbər verir ki, bu barədə məlumatı Polşanın Milli Təhlükəsizlik Bürosu yayıb. Qeyd olunur ki, sözügedən qərar “Şərq keşikçisi” əməliyyatı çərçivəsində Polşanın müdafiəsini gücləndirmək məqsədi daşıyır.

İlham Əliyev: Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç yerində yoxdur

Aliyev i

Biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq”. Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bildirib. “Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, … Read more

Xankəndidə polisə atəş açan erməni əsilli sakin saxlanıldı

Polis

Sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl … Read more

Netenyahu : ABŞ-la müttəfiqlik heç vaxt bu qədər güclü olmayıb

netenyahu

İsrail və ABŞ arasında müttəfiqlik heç vaxt indiki qədər güclü olmayıb. Qerbxeber.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə deyib. “Düşünürəm ki, Marko Rubionun buraya səfəri İsrail-Amerika ittifaqının gücünə və qüdrətinə sübutdur. Rubio və onun bütün komandası sayəsində bu ittifaq heç vaxt bu qədər güclü olmayıb. … Read more

Prezident Şuşakənddə olub

Gugjuzcllh26hfwipdwkefalwi7jyq6d3ceiderc 825

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub. Qerbxeber.com-un xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, bu kənd də Silahlı Qüvvələrimizin iki il əvvəl həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. İndiyədək kəndin sosial … Read more

ABŞ Koreyadan üzr istədi

Abs dovlət departamenti

ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau Corciya ştatında cənubi koreyalı tikinti işçilərinin saxlanılması ilə bağlı yaranmış vəziyyətə görə rəsmi Seuldan üzr istəyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Landau bu məsələni ölkənin xarici işlər nazirinin birinci müavini Pak Yun Cu ilə müzakirə edib. Seul tərəfi … Read more

Türkiyədə silah zavodu yanır

Vxrkjmri7gnbq6k7rteegic9sx2bi4kn7xkxvqvo 825

Türkiyənin Konya şəhərindəki silah zavodunda yanğın başlayıb. Qerbxeber.com “Haber Global”a istinadən xəbər verir ki, hadisə Beyşehir rayonundakı Üzümlü məhəlləsində qeydə alınıb. Yanğın anbar olaraq istifadə edilən yerdən başlayıb. Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub. Yanğının səbəbi bəlli deyil. Hadisə nəticəsində ölən və yaralanan olması barədə məlumat yoxdur.

Çempionlar Liqası: “Qarabağ”-ın oyununun hakimləri açıqlanıb

Qarabag

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununun hakimkəri müəyyənləşib. Qerbxeber.com xəbər verir ki, qarşılaşmanı belçikalı FIFA Referisi Erik Lambrexts idarə edəcək. Co De Veird və Kevin Monteni köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Natan Verbumen isə dördüncü hakim kimi fəaliyyət göstərəcək. Qeyd edək ki,  “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da, Bakı … Read more

Ukranyadan Rusiyaya ağır zərbə

Ukrayna ordusu 1 (2)

Ukrayna Silahlı Qüvvələri Sumi istiqamətində sərhəd kəndləri olan Konstantinovka və Novokonstantinovka yaxınlığında Rusiya qoşunlarını geri çəkilməyə məcbur edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb. Bildirilib ki, eyni zamanda, rus qüvvələrinin Zaporojye vilayətinin Qulyaypoli şəhər icmasının Temyrovka kəndini ələ keçirdiyi bildirilib. Düşmənin həmçinin Xarkov vilayətinin Kupyansk bölgəsində və Novoivanovka yaxınlığında irəliləyiş əldə etdiyi … Read more

KİV: Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək

Donald Trump official portrait

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir. Buna səbəb bəzi Avropa ölkələrinin onun əsas tələblərini yerinə yetirməyəcəyi ilə bağlıdır. Qerbxeber.com xəbər verir ki, bu barədə “The New York Times” yazır. Nəşrin məlumatına görə, Tramp daha əvvəl bəyan etmişdi ki, yalnız bütün NATO üzvləri eyni addımı atacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar … Read more

İlham Əliyev Hadrutda məscidin açılışında iştirak etdi

Eliyev mescid quran

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib. Qerbxeber.com xəbər verir ki, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşov əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verdi. Bildirildi ki, hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 … Read more

Rusiya Xəzərdə təlimlərə başladı

Rusiya desant gemisi

Rusiyanın Xəzər donanmasının gəmiləri dəniz təsərrüfat fəaliyyətinin və gəmiçilik vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə təlimə çıxıblar. Qerbxeber.com xəbər verir ki, bu barədə Xəzər donanmasından məlumat verilib. “Xəzər donanmasının gəmiləri kontr-admiral Oleq Zverevin rəhbərliyi ilə keçirilən komanda-qərargah təliminin praktiki hissəsində iştirak etmək üçün dənizə çıxıb. Təlim zamanı Xəzər dənizində dəniz təsərrüfat fəaliyyətinin və gəmiçilik obyektlərinin təhlükəsizliyinin … Read more

ABŞ dövlət katibi İsrailə getdi

250513 marco rubio ac 956p 007aa1

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 14-də İsrailə rəsmi səfər edib. Qerbxeber.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Məlumata görə, Rubio bazar günü və bazar ertəsi İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Güləşçimiz finala yüksəldi

Trend yunan roma guleshi 170516 (64)

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib. Qerbxeber.com xəbər verir ki, idmançı yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib. Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb. Medal qarşılaşmaları sabah baş tutacaq. Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) əvvəlki raundlarda məğlub olublar. Qeyd … Read more

Rubiodan Rusiyayla bağlı açıqlama

00dc rubio mktz mediumsquareat3x

Şübhə yoxdur ki, Polşaya PUA-lar qəsdən buraxılıblar. Pilotsuz təyyarələr Polşaya uçmaq məqsədi daşıyırdı. Əgər mövcud məlumatlar bizi bu qənaətə gətirirsə, o zaman aydındır ki, bu, eskalasiya xarakterli addımdır. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib. Rubio qeyd edib ki, rus PUA-larının Polşanın hava məkanına daxil olması qəbuledilməzdir.