ABŞ İranla danışıqlar aparan zaman əməliyyatları azaltmayacaq

Kerolayn Levitt

“ABŞ İranla təmaslar müddətində hərbi əməliyyatların miqyasını azaltmağı planlaşdırmır”. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “The New York Times”a bildirib. “Prezident Donald Tramp və onun danışıqlar aparan nümayəndələri İranla diplomatiya üçün yeni imkanları araşdırdıqları müddətdə, “Epik Qəzəb” əməliyyatı Ali Baş Komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə çatmaq üçün intensivliyi azaldılmadan davam … Read more

Xamneyi ABŞ ilə danışıqlara razılaşdı

Müctəba xamneyi

İran Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə danışıqlara razılıq verib. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadla “Ynet” məlumat yayıb. Mənbə qeyd edib ki, İran xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa gizli şəkildə Müctəba Xameneinin danışıqlara razılıq verdiyini bildirib.

“5 günlük müddətdə” müharibənin taleyi müəyyənləşəcək-Asif Nərimanlının yazısı

Asif nerimanlı

Trampın Tehranın israrla təkzib etdiyi “münaqişəyə son qoymaqla bağlı məhsuldar danışıqlar aparılıb” açıqlaması və İranın enerji resursları və elektrik stansiyalarına zərbələri “5 günlük təxirə salması” bir-biri ilə əlaqəli olan birdən çox məqsədə hesablanmış diplomatik manevr kimi qiymətləndirilə bilər. Birincisi, enerji bazarındakı böhranlı vəziyyətə təsir etmək: Trampın açıqlamasından sonra neft qiymətlərində müşahidə edilən enmə də bunu … Read more

Müctəba Xamneyinin son durumu açıqlandı

Müctəba xamneyi

İranın yeni Ali rəhbəri Müctəba Xamneyi yaralı və təcrid olunmuş vəziyyətdədir. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu barədə İsrail və ABŞ-nin təhlükəsizlik mənbələri “The Washington Post”a məlumat veriblər. Mənbələr Müctəba Xamneyinin ona göndərilən mesajlara cavab vermək iqtidarında olmadığını bildiriblər. Nəşr hazırda İranda vəziyyətə İnqilab Keşikçilərinin (SEPAH) nəzarət etdidiyini də yazıb.

Mirzoyan: Azərbaycanın bununla bağlı xəbərdarlığı var

Mirzoyan

Azərbaycan danışıqlar zamanı Ermənistan Konstitusiyasında dəyişiklik tələb etmir, amma mövcud müddəalar qalacağı təqdirdə sülh müqaviləsi imzalamayacağı barədə xəbərdarlıq edib. Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur. Amma başqa məsələlər var, bu barədə tərəflər açıq şəkildə danışırlar. Ermənistan Azərbaycanla … Read more

Von der Leyen: Aİ münaqişədən sonra Hörmüz boğazına gəmi göndərə bilər

Ursula von der leyen 170723

Avropa İttifaqı Hörmüz boğazına gəmilərini yalnız münaqişədən sonra göndərə bilər. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu açıqlamanı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avstraliya Baş naziri Entoni Albaneze ilə görüşdən sonra verib. Avropa ölkələrinin Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdəki roluna dair sualı cavablandıran Von der Leyen, gələcəkdə belə bir imkanın istisna edilmədiyini … Read more

Azərbaycan nefti ucuzlaşdı

Neft (1)

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Qerbxeber.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 5,9% azalaraq 116,05 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 122,9 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin … Read more

Sergey Markov: İrana ölülər rəhbərlik edir?

Markov

ABŞ-İran danışıqları davam edir, ya yox? Bu aydın deyil. Aydın olmayan və daha vacib bir məqam da var: İrana kim rəhbərlik edir? Bu barədə rusiyalı politoloq Sergey Markov danışıb. “1. Rəhbər Müctəba Xamenei televiziyada görünmür, çoxları onun ciddi şəkildə yaralandığına və vəzifəsini icra etmədiyinə inanır. 2.Onun yoxluğunda Laricani faktiki olaraq lider idi, amma o da … Read more

Tramp: İranda rejim dəyişikliyi baş verir

Tramp barmaq

İranda baş verənlər rejim dəyişikliyidir, çünki indi tamamilə fərqli insanlar var. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib. Qeyd edək ki, Tramp İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hər hansı hərbi zərbələri 5 günlük müddətə təxirə salıb.

Kim Çen İn Cənubi Koreyanı düşmən dövlət elan etdi

Kim 1

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı düşmən dövlət elan etdiyini bildirib. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Telegraf Agentliyi məlumat yayıb. Bildirilir ki, Kim Çen In Cənubi Koreyanı “ən düşmən dövlət” kimi qiymətləndirdiklərini açıqlayıb. Onun sözlərinə görə, rəsmi Pxenyan bundan sonra Seulu açıq şəkildə düşmən ölkə kimi qəbul edəcək. Qeyd … Read more

İran müharibənin dayandırılması üçün əsas şərtləri açıqladı

Rzayi

İranda münaqişənin dayandırılması üçün əsas şərtlərdən biri kimi bütün sanksiyaların ləğvi göstərilib. Qerbxeber.com xəbər verir ki, bu barədə İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi bildirib. Onun sözlərinə görə, islam respublikasına qarşı tətbiq olunan bütün sanksiyaların aradan qaldırılması döyüş əməliyyatlarının dayandırılması üçün … Read more

Orban: Ukrayna kəşfiyyatı Peter Siyatronun telefonunu dinləyib

Orban

Ukrayna kəşfiyyatı Macarıstan xarici işlər naziri Peter Siyartonun mobil telefonunu dinləyib”. Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, bu iddia ilə Macarıstan Baş naziri Viktor Orban çıxış edib. Baş nazir Ukrayna kəşfiyyatının xarici işlər nazirinin nömrəsini macar jurnalistdən aldığını bildirib. “Hökumət üzvünün telefon danışıqlarının dinlənilməsi Macarıstana qarşı ciddi hücumdur. Ədliyyə nazirinə Peter Siyartonun telefon danışıqlarının dinlənilməsi ilə bağlı … Read more

II Qaragin II İlya ilə vidalaşa bilmədi-SƏBƏB

Qaragin (1)

Bütün ermənilərin katolikosu II Qareginin gürcü həmkarı II İlyanın dəfnində iştirakı üçün Gürcüstana səfəri qadağan edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə erməni kilsəsinin bəyanatında bildirilib. Bəyanatda baş verənlərə görə Ermənistan hökuməti ittiham edilib və bu, “Konstitusiyaya zidd” adlandırılıb. Xatırladaq ki, bütün gürcülərin katolikosu II İlya martın 22-də dəfn edilib.

SEPAH generalı Azərbaycanla sərhədə baxış keçirdi

G n heyderi

“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı komandirinin müavini Keyumərs Heydəri İranın qərb və şimal-qərb sərhədlərinə yoxlama səfəri edib. Qerbxeber.com Unikal-a istinadən xəbər verir ki, səfər zamanı o, bölmələrin hazırlıq səviyyəsini və sərhəd bölgələrindəki vəziyyəti qiymətləndirib. Onun sözlərinə görə, quru qoşunları bölmələri maksimum döyüş və mənəvi-psixoloji hazırlıq vəziyyətindədir və istənilən təhlükəyə dərhal reaksiya verməyə qadirdir. Heydəri sərhəd pozucularının … Read more

Paşinyan İrəvan metrosunda qadınla mübahisə etdi

Paşinyan n

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan metrosunda olarkən, Qarabağdan köçdüyünü iddia edən bir qadınla mübahisə edib. Qerbxeber.com xəbər verir ki, qadın onu ermənilərin Qarabağdan köçməsinin qarşısını almamaqda ittiham edib. Paşinyan isə qadına belə cavab verib: “Biz sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə məni insanların Qarabağdan Ermənistana getməməsi üçün sərhədləri … Read more

Sahibə Qafarova II İlyanın dəfn mərasimində iştirak üçün Tbilisiyə səfər edib

Sahibə tiflis

Milli Məclisin sədri Sahibə Qafarova bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb. Tbilisi Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Sahibə Qafarova rəhbərlik etdiyi … Read more

Tbilisidə II İlya ilə vida mərasimi keçirilir

II İlya

Tbilisidəki Müqəddəs Üçlük (Sameba) kafedral kilsəsində Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Sxum-Abxaziya mitropoliti II İliya ilə vida və dəfn mərasimi keçirilir. Qerbxeber.com  Teleqraf.az-a istinadən xəbər verir ki, kilsədə dini ayinlər və xüsusi liturgiya səhər saat 09:00-dan etibarən başlayıb. Vida mərasimində Gürcüstanın Baş naziri, Prezidenti, Tbilisi şəhərinin meri, hökumət üzvləri və parlament nümayəndələri iştirak … Read more

İran Hörmüz boğazından keçidlə bağlı mövqeyini bildirdi

Straße von hormuz

İran Beynəlxalq Dəniz Təşkilatına bəyanat ünvanlayıb. Bu barədə Mehr agentliyi məlumat yayıb. Bəyanatda bildirilir ki, düşmən dövlətlərə məxsus gəmilər istisna olmaqla, bütün gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.

Tramp: İran Hörmüz boğazını 48 saata açmazsa,ABŞ elektrik stansiyalarına zərbələr endirəcək

Tramp barmaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək. Qerbxeber.com xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb: “Əgər İran Hörmüz boğazını 48 saat ərzində tam və təhlükəsiz şəkildə açmasa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları … Read more