Prezident ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib

653228663ca51653228663ca521697785958653228663ca4f653228663ca50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib. “Qərb Xəbər” bildirir ki, görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə … Read more

Noyabr ayında ardıcıl 5 gün iş olmayacaq

B69bf7ae 17be 4734 93d2 4fd3e043b1de

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. “Qərb Xəbər” məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və … Read more

“Artsaxın operativ qərargahı” da ləğv edildi

Ermenistan (1)

İrəvanda fəaliyyət göstərən “artsaxın operativ qərargahı” fəaliyyətini dayandırıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, bundan sonra Qarabağdan köçən ermənilərlə bağlı səhiyyə, təhsil, sosial yardım və digər bu kimi məsələlər daxil olmaqla, dəstək işini Ermənistan Respublikası Hökumətinin Humanitar Mərkəzi həyata keçirəcək.

Şəmkirdə Dini radikalizim və ekstremizin durdurulmasına dair sesiya keçirilib

Indir 2023 10 20T104845.848

“Qərb Xəbər”ə verilən məlumata görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Rgional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 17 oktyabr 2023-cü ildə Şəmkir rayon Heydər Əliyev Mərkəzində “Radikal dini cərəyanların və ekstremizmin durdurulmasında mübarizə tədbirlərinin təşkili” mövzusunda məlumatlandırma sessiyaları təşkil edilmişdir. Radikal qruplara qarşı mübarizə bütün İslam dünyasının vəzifələrindən … Read more

Politoloq:Ermənilərin yeni planı

Asif

Avropa Şurası Nazirlər Kabineti Azərbaycana ermənilərin Qarabağa “təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına şəraitin yaradılması” çağırışını edib. Və bu, Avropa strukturları tərəfindən edilən neçənci çağırışdır. Lakin burada bir neçə ziddiyyətli məqam xüsusilə diqqət çəkir. Birincisi, Azərbaycan ermənilərin Qarabağı tərk etməsini istəmədiyi halda “deportasiya” ittihamı ilə üzləşir; İkincisi, Azərbaycan ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıdışına şəraitin yaradıldığını … Read more

Müdafiə Nazirliyi: “Qarabağda partlayıcı qurğularla dolu anbarlar aşkarlanıb” – FOTO

Ec420a7a 161d 37d7 a242 67d41c087a95

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla … Read more

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

A3bfb5e3 e96c 345a 98fc 655b44b4735b

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 21-22 oktyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:00-da yola düşəcək. Bununla yanaşı Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar … Read more

Tbilisidə Azərbaycan Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib

C25dd377b4b539deb1cd3383769a03ea

Tbilisi Dövlət Konservatoriyasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 32-ci ildönümünə həsr olunmuş “Klassik Musiqi Gecəsi” adlı konsert proqramı təşkil edilib. “Qərb Xəbər” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, konsert Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Xan Şuşinski Fondu və Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlılarla … Read more

Bayden İsrail və Ukraynadakı müharibə ilə bağlı xalqa müraciət edib

Bayden

Birləşmiş Ştatlar Ukrayna və İsraili dəstəkləmək üçün vəsait ayırmalıdır ki, bu da amerikalıların gələcək nəsilləri üçün dividendlər gətirəcək. “Qərb Xəbər”in məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden xalqa videomüraciətində bildirib. “Biz İsrail və Ukrayna da daxil olmaqla tərəfdaşlarımızı dəstəkləmək üçün vəsait təmin etməliyik. Bu, amerikalıların gələcək nəsilləri üçün investisiyadır”, – Bayden deyib. Onun sözlərinə görə, … Read more

Bu gün Zəngilan Şəhəri Günüdür

Indir 2023 10 20T084211.341

Zəngilan şəhərinin işğaldan azad edilməsinin 3 ili tamam olur. “Qərb Xəbər” məlumat verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham … Read more

Gürcüstan Prezidentinə cinayət işi açıla bilər

6e7f7fbc 3b69 3b74 8dc5 47e3f9c65038

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiyanı pozub və onun sonrakı hərəkətlərində cinayət əlamətləri aşkarlanarsa, istintaq başlayacaq. “Qərb Xəbər” məlumat verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqvadze jurnalistin prezidentə qarşı cinayət işinin başlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib. “Ümumiyyətlə, cinayət törədilibsə, təbii ki, istintaq başlaya bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı qərar … Read more

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu seçiminə başlanılıb

Indir 2023 10 19T170413.902

İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb. “Qərb Xəbər” bildirir ki, vakansiya seçimində iştirak etmək istəyən şəxslər bu linkə daxil olaraq müraciət edə bilərlər: Vakansiya seçimi 23 oktyabr saat 17:00-dək davam edəcək.

Xudayara həsr edilən filmin təqdimatı olacaq

Indir 2023 10 19T165250.381

Oktyabrın 21-i “Alov qüllələri”ndə şəhid Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş “Dastana döndü” adlı tammetrajlı bədii filmin təqdimatı keçiriləcək. “Qərb Xəbər” bildirir ki, film oktyabrın 22-dən kinoteatrlarda yayımlanacaq. Filmin rejissoru Turqut Ali Ardabil, baş prodüseri Namiq Qafarovdur.

AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıb

Affa

AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıb. “Qərb Xəbər” məlumat verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə I turun cütləri müəyyənləşib. Komandalar 4 zona üzrə iki dövrədən ibarət liqada mübarizə aparacaqlar. Hər qrupda ilk 2 yeri tutanlar pley-offa vəsiqə qazanacaqlar. Yarışın qalibi UEFA Region Kubokunda iştirak hüququna yiyələnəcək. I tur Paytaxt və Şimal zonası A … Read more

Ağdamda dəmir yolu nə vaxt istifadəyə veriləcək?

Demir yolu

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinin 2024-cü ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub. “Qərb Xəbər” məlumat verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu” … Read more

Fransa aeroportları bomba təhlükəsinə görə boşaldılıb

6531176ed4d886531176ed4d8916977160786531176ed4d866531176ed4d87

Fransada bəzi hava limanlarında sərnişinlər bomba təhlükəsi səbəbindən təxliyə edilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə yerli “Le Figaro” nəşri yazıb. Nəşrin məlumatına görə, Bordo, Nant, Lill və Monpelye hava limanlarında uçuşlar ləğv edilib. Hadisə yerinə polis və minaaxtaran əməkdaşlar cəlb olunub. Hava limanlarında hələlik heç bir partlayıcı qurğu aşkar edilməyib. Qeyd edək ki, … Read more

Moskvada polis gücləndirilmiş iş rejiminə keçir

Moskva

Dünyada müsəlmanlarının kütləvi etirazları ilə əlaqədar Moskva və Moskva vilayətində polis gücləndirilmiş iş rejiminə keçir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Bildirilib ki, gücləndirilmiş iş rejimi bu gündən növbəti xəbərdarlığa, xüsusi sərəncama qədər tətbiq edilib. Daxili İşlər Nazirliyinin əməkdaşlarının regionu tərk etməsi qadağan edilib, növbələrin davam müddəti 12 saata … Read more

Qarabağdan gedən ermənilər Ermənistandan da köçür

Indir 2023 10 19T155410.198

Qarabağdakı separatçı-terrorçu rejimin ləğvindən sonra Xankəndi və ətrafından könüllü olaraq gedən ermənilər Ermənistanda da qalmır. “Qərb Xəbər” bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, 20 gün ərzində Qarabağdan köçən ermənilər arasında minlərlə şəxs xarici ölkələrə üz tutub. Bu barədə danışan Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağdan gələn ermənilər arasında xaricə … Read more