Tovuzda 26 yaşlı oğlan güllələnib
Tovuz sakini güllələnib. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Muncuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmov aldığı güllə yarasından ölüb. İlkin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.