Son Xəbərlər

Azərbaycan Xarici investisyalar Üçün Çox Əlaqəli Ölkədir

F9ba3mfWwAA5pjm

“Qərb Xəbər”in məlumatına görə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev @presidentaz “X” hesabında paylaşım edib. Prezident : Son otuz ildə Azətbaycanın investisiya portfeli milyard dollar miqyasına çatmışdır.  Azərbaycana qoyula investisyaların ümümi həcmi 300 milyard dollardan çox olub ki, bunuda təxmini 200 milyar dollarını qeyri- neft sektoruna  qoyulan investisiyalar təşkil edib.  Deyə cıxışında bildirib.   Mələk.M

Şəmkirdə arvadını güllələyən şəxsin məhkəməsi başlayır

Indir 2023 10 27T125313.751

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb. Şəmkir rayon prokurorluğundan “Qərb Xəbər”ə verilən məlumata görə, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla, aralarında yaranmış mübahisə səbəbindən 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun arvadı … Read more

Rusiya XİN: Həmas nümayəndələri Moskvadadır

7defa9e0 68d7 11ee a8c3 25d17afe5a0b

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 26-da Fələstinin HƏMAS radikal islamçı qruplaşması nümayəndə heyətinin Moskvaya səfər etdiyini təsdiqləyib. Bu barədə “Qərb Xəbər” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bundan əvvəl bu barədə məlumatı nümayəndə heyətindəki mənbəyə istinadla RIA Novosti agentliyi vermişdi. Bu da xəbər verilir ki, nümayəndə heyətinə HƏMAS “siyasi bürosunun” üzvü Əbu Marzuk … Read more

Qaribaşvili: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

Indir 2023 10 27T113156.720

Gürcüstan qərəzsiz və neytral vasitəçi olaraq Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır. “Qərb Xəbər” bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Heydər Əliyev Adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının təməlqoyma mərasimində çıxışı zamanı bildirib. “Mənim hökumətim regionda uzunmüddətli sülhün bərqərar olunmasında iştirak etməyə hazırdır”,- hökumət başçısı əlavə edib. Baş nazir teatr binasının Azərbaycanın … Read more

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub-FOTO

4c114f9cd0226e31c526b6653787bc5a

Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilir. “Qərb Xəbər” bildirir ki, mərasimdə Baş nazir Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş … Read more

Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

1691664033130820567264d4bea1c454f

2022-ci ildə 8 305 nəfər onkoloji xəstəlikdən vəfat edib. “Qərb Xəbər” bildirir ki, bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 1121 nəfəri süd vəzi xərçənginin bədxassəli törəmələri səbəbindən ölüb. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva isə bildirib … Read more

İran Silahlı Qüvvələri hərbi təlim keçirir

3baa5f7c 895d 3207 bd71 e9b1700f4718

İran Silahlı Qüvvələri “İqtidar 1402” (“Güc-2023”) devizi altında irimiqyaslı hərbi təlim keçirir. “Qərb Xəbər” bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb. Bildirilib ki, təlim İran Quru Qoşunlarının müxtəlif hissələrinin iştirakı ilə oktyabrın 27-28-də İsfahan əyalətinin Nəsrabad rayonunda keçirilir. Bu hərbi tədbirə artilleriya, tank, hava-desant qüvvələri cəlb olunub. Təlim zamanı Hərbi Hava Qüvvələrinin dəstəyi ilə … Read more

Qəzzaya yardımlar getməyə davam etdir, lakin BMT-nin ehtiyac duyduğundan çox kiçik həcmdə

Без названия (2)

İsrail,  qurudan daha geniş   hücuma hazırlıqların davam etdiyi bir vaxtda Qəzzaya ikinci gecədir ki, məhdud reyd üçün qoşun göndərdiyini bildirib. Bu, barədə “Qərb Xəbər” məlumat verir ki,  ABŞ Suriyanın şərqində İran və onun müttəfiq qrupları tərəfindən istifadə edildiyinə inandığı obyektlərə zərbələr endirib. “Özünümüdafiə zərbələri” oktyabrın 7-də İsrail-Həmas müharibəsi başlayandan bəri ABŞ-ın bölgədəki bazalarına təkrar … Read more

Bərdədə erməni terrorunun qurbanları anılıb-FOTO

Trend berde anim 281021

Bərdədə ermənilərin törətdikləri Qarayusifli terrorunda həlak olanların xatirəsi anılıb. “Qərb Xəbər” bildirir ki, 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib. 27 Oktyabr 2020-ci il tarixində Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif … Read more

İsrail ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər edib

Indir 2023 10 27T100637.024

İsrail Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər edib. “Qərb Xəbər” bildirir ki, bu barədə “The Washington Post” İsrail diplomatik dairələrində adı açıqlanmayan mənbəyə istinadən yazır. “ABŞ-da yaşayan 10 minə yaxın insan oktyabrın 7-dəki hücumdan sonra çağırış bildirişi alaraq İsrailə hərbi xidmət gəliblər”, – mənbə qeyd edib. Bu rəqəmə “İsraillə əlaqəsi … Read more

KİV: İsrail ordusu Qəzza zolağına daxil olub

Indir 2023 10 27T100032.186

İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub. “Qərb Xəbər” bildirir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir. Bildirilib ki, onlar bir neçə saatdır … Read more

Bu gündən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Indir 2023 10 27T095551.796

Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Elm və Təhsil Nazirliyindən “Qərb Xəbər” bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək. Qeyd edək ki, müsahibə mərhələsi əyani … Read more

Azərbaycanda zəlzələ olub

Indir 2023 10 27T095010.006

Qusarda zəlzələ olub. “Qərb Xəbər” bildirir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu gün saat 08:50-də Qusar stansiyasından 12 km cənubda Qusar rayonunda ml=3.0 h=7 km olan zəlzələ qeydə alınıb. İ.Babayeva

Ağ ev: Bayden birbaşa İrana şəxsi xəbərdarlıqla müraciət edib

Indir 2023 10 27T093547.748

ABŞ Prezidenti Cozef Bayden İranın ali dini lideri ayətullah Əli Xameneiyə dövlət başçısı üçün nadir olan şəxsi müraciətində Tehranı Yaxın Şərqdə ABŞ əsgərlərinə hücumlara qarşı xəbərdarlıq edib. “Qərb Xəbər” bildirir ki, bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib. “Ona birbaşa müraciət ötürülüb”, – o açıqlayıb. O bu müraciəti dəqiq necə … Read more

Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb

Images 2023 10 27T092855.634

Kanadanın Baş naziri Castin Trüdo İsraili Qəzzanın dinc əhalisini müdafiə etmək üçün bütün səyləri göstərməyə çağırıb. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə bildirib. “Biz qətiyyətlə israr edirik ki, İsrail hətta beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə haqqından istifadə edərək HƏMAS-ı təqib edəndə də Qəzzanın mülki əhalisini qorumaq üçün hər cür səy … Read more

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan üç il ötür

Indir 2023 10 27T092119.164

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. “Qərb Xəbər” xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz … Read more

İsrailin BMT-dəki nümayəndəsi: “HƏMAS yaraqlısının vəhşiliyini təsvir etmək üçün sözlər yetərli deyil”

E97afa99 b9df 346a ae54 397529037cc5

“HƏMAS yaraqlısının vəhşiliyini təsvir etmək üçün sözlər yetərli deyil”. “Qərb Xəbər” “Report”un ABŞ bürosuna istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasının Fələstin-İsrail üzrə fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib. Səfir çıxışında günahsız İsrail vətəndaşlarının HƏMAS tərəfindən vəhşicəsinə öldürülməsindən və terror hücumu zamanı yaralılara kömək etməyə çalışan israilli … Read more

Kabildə partlayış olub, ölənlər və yaralananlar var

Без названия (1)

Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb. “Qərb Xəbər” “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə Kabilin polis idarəsinin sözçüsü Xalid Zadran deyib. Onun məlumatına görə, partlayış bazarda olub. Hadisə yerinə polis cəlb olunub. Partlayışa nəyin səbəb olduğu bəlli deyil. Mələk.M