Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısı alındı – Video

Qanunsuz tikili

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısını alıb. Bu barədə “Qərb Xəbər” ə FHN-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müvafiq yerli icra … Read more

Zərərçəkmiş: Vaqifin dəstəsi gecə hamımızı gülləbaran etdi

Xacatryan mehkeme

Onların məqsədi bizim kəndi məhv etmək idi və başda duran da Vaqif Xaçatryanın rəhbərlik etdiyi dəstə idi. “Qərb Xəbər” bildirir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov deyib. O vurğulayıb ki, erməni silahlıları gecə vaxtı, insanlar … Read more

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

C6af0f5a8f84407f0a26816a892327b8

“Qərb Xəbər”  prezident.az   istinadə xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinə təbrik məktubu yollayıb. Məktubda: Hörmətli cənab Prezident, Əziz Qardaşım, 1 Noyabr – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Əlcəzair xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı … Read more

İran yeni raket sistemini təqdim edəcək

6541fa287b9ea6541fa287b9eb16988226966541fa287b9e86541fa287b9e9

İranın yeni “Şəhid Əli Vərdi” raket sistemi tezliklə təqdim olunacaq. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İran müdafiə naziri Məhəmməd Rza Aştiani bildirib. General qeyd edib ki, uzunmənzilli müdafiə sistemi iki həftə sonra təqdim olunacaq. R.Carçılı

İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib

C844a12538ed6b26c80cdcd0ce2e08dd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. “Qərb Xəbər”  məlumat verir ki, Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək … Read more

Makron Qazaxıstana gedib, Tokayevlə görüşüb

6541ef84595e56541ef84595e616988199726541ef84595e36541ef84595e4

Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. “Qərb Xəbər” “Kazİnform” agentliyinə istinadən xəbər verir ki, görüş Qazaxıstan Prezidentinin iqamətgahında baş tutub. Görüş bağlı qapılar arxasında keçirilib. Xatırladaq ki, 2022-ci ilin noyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarının dəvəti ilə Fransaya rəsmi səfər edib. Səfər zamanı Qazaxıstan və Fransa liderləri ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə dair … Read more

Bu ay ABŞ və Çin liderləri arasında görüş olacaq

7505850b 710d 3fa0 bf0f ccf3b5ed6722

ABŞ Prezidenti Cozef Bayden noyabrın ortalarında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək. “Qərb Xəbər” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, liderlərin San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində konstruktiv müzakirə aparacaqlarına dair prinsipial razılıq var. Forumun dəqiq tarixi və görüşün gündəliyi açıqlanmayıb. İ.Babayeva

Fransa Prezidenti Qazaxıstana rəsmi səfər edib

Makron

Noyabrın 1-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş olub. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb. E.Makronun Qazaxıstana səfərinin bir gün davam edəcəyi bildirilib. O, daha sonra Özbəkistana yollanacaq. Qazaxıstan KİV-ləri qeyd edib ki, bu ilin 8 ayı ərzində Qazaxıstan və Fransa arasında ticarət … Read more

Tələbələr Cəbrayıl və Zəngilanda aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

Bf4be626 d6ab 3916 a1b8 2c8e2cbdc53c

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. “Qərb Xəbər” bildirir ki, səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və ali məktəb arasında imzalanmış memorandumda nəzərdə tutulan fəaliyyətlər çərçivəsində təşkil edilib. Səfərin əsas məqsədi universitetin Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri … Read more

KİV: İsrail ordusu Qəzza zolağına beş istiqamətdən hücuma keçib

Israil ordu

İsrail ordusu Fələstinin Qəzza zolağına beş istiqamətdən hücum edir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Kanal bildirir ki, Qəzza zolağının şimalında İsrail hərbçiləri ilə fələstinli qruplar arasında şiddətli toqquşmalar gedir. Döyüş Beyt Hanun keçid məntəqəsi ərazisində qeydə alınıb. Hələlik tərəflərin itkiləri barədə məlumat verilmir. “Al Arabiya”nın qeyd etdiyi kimi, … Read more

Stoltenberq: Ukraynaya keyfiyyətli silah lazımdır

6541ba33bd14d6541ba33bd14e16988063236541ba33bd14b6541ba33bd14c

İsrail və HƏMAS arasındakı müharibə müttəfiqlərin Ukraynaya dəstəyini zəiflətməməlidir. Dövlətin silahlara ehtiyacı var – “yüksək keyfiyyətli və böyük miqdarda”. “Qərb Xəbər” “Amerikanın Səsi”nə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bu daha çox silah deməkdir. Mən bunu ona görə deyirəm ki, mən Ukraynada sülh istəyirəm. Prezident … Read more

Erməni cəmiyyəti hələ də tarixi həqiqətləri qəbul etmir

Resize

Ermənistanda orta məktəblərin tarix kitablarında Qarabağ Azərbaycan ərazisi kimi göstərilib.“Ermənistan tarixi”  kitabının 7-ci sinif dərsliyində Qarabağ Azərbaycan ərazisi kimi göstərlib. Erməni cəmiyyəti isə bunu birmənalı qarşılamayıb. “Qərb Xəbər” bildirir ki, bu barədə Ermənistanın “Armenia Today” nəşri məlumat yayıb. Bu nəşrin apardığı sorğuda vətəndaşlar yeni məktəb dərsliklərinin məzmununu, xüsusən də 7-ci sinif dərsliyinə ( “Artsaxın”) Qarabağın … Read more

Azərbaycan XİN başçısı BƏƏ Prezidenti ilə görüşüb

48776643 c402 3663 891a 51fab0f9c4d8

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb. Bu barədə “Qərb Xəbər”ə  Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Görüş zamanı, Azərbaycan və BƏƏ … Read more

Bu ölkələr İsraildən səfirlərini geri çağırdı

Resize (9)

Kolumbiya və Çili İsraildəki səfirlərini geri çağırıb.  “Qərb Xəbər” məlumat verir ki, ölkə prezidentləri bu qərarı Qəzzadakı hadisələrə görə verdiklərini bildiriblər. Xatırladaq ki, oktyabrın 7-dən başlayan hərbi əməliyyat çərçivəsində Qəzza zolağında ölənlərin sayı 9 min nəfərə çatır. R.Carçılı

Mahaçqala hava limanında iğtişaşlardan sonra həbs olunanların sayı 15-ə çatıb

6541913da8ec06541913da8ec116987958376541913da8ebe6541913da8ebf

Dağıstanın Mahaçqala hava limanında iğtişaşlara görə həbs olunanların sayı 15-ə çatıb, daha iki nəfər isə 60 saatlıq icbari əmək cəzasına məhkum edilib. “Qərb Xəbər”in məlumatına görə, bu barədə vilayətin Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva bildirib. Daha əvvəl iğtişaşların yeddi iştirakçısının həbs edildiyi bildirilmişdi. R.Carçılı

Sabah Blinken İsrailə səfər edəcək

Ad9a64d5 32b4 3922 8d5a 6f639edd5c39

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər edəcək. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Belə ki, Blinken hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə gəlmək niyyətindədir. Bundan sonra ABŞ dövlət katibi regionun bəzi ölkələrinə səfər etməyi planlaşdırır. Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda … Read more

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək

Indir 2023 11 01T091028.921

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək. “Qərb Xəbər” məlumat verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər. Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə … Read more

Tovuzda maşın aşıb, xəsarət alan var

Images 2023 10 31T172108.264

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi yaxınlığında qeydə alınıb. “VAZ 21011” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. R.Carçılı

Separatçıların həbsi ilə bağlı yeni təfərrüat

Dtx araik

Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb. “Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, keçmiş separatçı “rəhbərlər” Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın helikopterlə Ermənistana aparılması üçün Bakı ilə danışıqlar aparılıb. “Hraparak” nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: “Laçın sərhəd-keçid məntəqəsindən keçmək … Read more