Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı 37-yə çatıb
İsrailin Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan İsrail əsgərlərinin sayı 37-yə çatıb. “Qərb Xəbər” “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, noyabrın 8-də Qəzza zolağının mərkəzində döyüşlər zamanı ağır yaralanan baş çavuş rütbəli 21 yaşlı Yehonatan Yitzhak Semo bu gün həyatını itirib.