Gədəbəy İcra Hakimiyyətinin binasında yanğın olub

Fhn car

Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın olub. “Qərb Xəbər”in məlumatına görə, yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb, digər otaqlar yanğından mühafizə olunub. Yanğın zamanı 1 kompüter masası, 1 kompüter və zalın 2 kvadratmetr tavan hissəsi yanıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Vağzala gec çatan qatarın sərnişinləri üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib

1442984d 58d7 372e a102 7120dd7de273

Elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə Bakı Dəmiryolu Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhərdaxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bildirilib ki, dünən Ağstafadan Bakıya saat 16:30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə … Read more

Peskov: “Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar”

B8dd8169 89a2 3ee4 a131 abe8d9450012

“Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar”. “Qərb Xəbər” məlumat verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Haradasa, yəqin ki, 3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Doğrudan da … Read more

“Qarabağ” Xankəndiyə səfər edəcək, şəhər stadionunda Azərbaycan kubokunun 1/8 final görüşü keçiriləcək

65631ddcc8ca265631ddcc8ca3170099452465631ddcc8ca065631ddcc8ca1

“Qarabağ” gələn ay Xankəndiyə səfər edəcək. Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu ölkə kubokunun 1/8 final görüşünün oyununu məhz işğaldan azad edilmiş şəhərdə keçirəcək. Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. “Qarabağ”ın səfər planı artıq tutulub. 1/8 final görüşləri dekabrın 19-21-i arasında keçiriləcək. Belə ki, Ağdam klubu matçdan bir gün əvvəl səhər … Read more

Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib – VİDEO

65634a57bdcfc65634a57bdcfd170100591165634a57bdcfa65634a57bdcfb

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək. Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.  

Umayra Tağıyeva: “Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır”

Umayra tagiyeva

“Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır”. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə müşayiət olunub. U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yalnız 2006-cı il noyabrın 4-də Bakıda havanın maksimal temperaturu 24.7 dərəcə isti olub. … Read more

Türkiyədə sel və qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb

F22e49bb ac93 35d3 9b11 d67ab557b74f

Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb. Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub. On yaralı isə paytaxt Ankara, Konya və Giresun şəhərlərindəndirlər. Eyni zamanda, diqqətə çatdırılıb … Read more

Türkiyənin XİN başçısı Barselonaya səfər edəcək

Indir 2023 11 26T220257.622

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabın 26-27 noyabr tarixlərində Aralıq dənizi üçün Birlik VIII Regional Forumuna qatılmaq üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək. “Qərb Xəbər” “TRT Haber”ə istinadən xəbər verir ki, tədbirin gündəmində Qəzzadakı humanitar böhran və regiondakı vəziyyətdir. Səfər çərçivəsində Fidan ərəb ölkələrindən olan həmkarları, habelə qəbul edən ölkənin XİN başçısı Manuel Albares … Read more

İsrail ordusu: Qəzzada saxlanılan 17 girov Qırmızı Xaça təhvil verilib

Israil guytyt

İsrail ordusu Beynəlxalq Qızıl Xaç Komitəsindən əməkdaşların Qəzza zolağında saxlanılan 17 nəfərlik girovları qəbul etdiyinə dair təsdiq alıb. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata əsasən, 14 israilli girov və 3 əcnəbi girov Qırmızı Xaça təhvil verilib”, – məlumatda deyilib.

Rusiyanın Ermənistandakı iqtisadi rıçaqları: İrəvan elə bir tələdədir ki…

Rusiya

Ermənistan hökuməti son dövrlər Rusiya ilə ipləri tam qoparmaq niyyətini açıq-aşkar dilə gətirir. Müxalif düşərgə iddia edir ki, Rusiya ilə münasibətlərdən qopmaq Ermənistan iqtisadiyyatının çöküşü deməkdir. Çünki Ermənistan iqtisadiyyatının şah damarları və əsas qolları Rusiyanın əlindədir. Rusiya isə bu rıçaqlardan istədiyi vaxt Ermənistan əleyhinə istifadə edə bilər. Bəs reallıq necədir? Faktlara diqqət yetirək. Elektrik enerjisi … Read more

640-cı gün: Rusiyanın itkiləri açıqlandı

Sum kolon2

Ukrayna müharibənin 640-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 323 760 hərbçi, 5502 ədəd tank, 10263 ədəd zirehli döyüş maşını, 7851 ədəd artilleriya sistemi, 905 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 596 hava hücumundan müdafiə sistemi, … Read more

Polislər tərəfindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

65618e9432c9665618e9432c97170089230865618e9432c9465618e9432c95

Noyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 tapança, 1 ədəd qumbara, 1 patron darağı, 9 ədəd patron və 12 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. DİN-in mətbuat Xidmətindən “Qərb Xəbər” verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı, 5 ədəd patron və 3 … Read more

Rusiyada hərbi xidmətə çağırış yaşı artırıldı – QƏRAR

7452011

Rusiyada hərbi xidmətə çağırış yaşı 18 yaşdan 30 yaşa qədər olacaq. “Qərb Xəbər” “TASS”a istinadən xəbər verir ki, bu barədə qanunu ölkənin Nazirlər Kabineti təsdiqləyib. Nazirlər Kabinetinin indi imzaladığı qərarla Rusiya Federasiyası vətəndaşlarının hərbi xidmətə çağırılması haqqında Əsasnaməyə, hərbi qeydiyyat haqqında Əsasnaməyə və hərbi-tibbi ekspertiza haqqında Əsasnaməyə bu qanuna uyğun dəyişikliklər edilir. Dəyişiklik 2024-cü il yanvarın … Read more

Azərbaycan Ukraynaya minatəmizləmə maşını verdi

65617438417f865617438417f9170088556065617438417f465617438417f6

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib. “Qərb Xəbər” məlumat verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb. “Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, – məlumatda bildirilib. Bundan başqa, məlumatda avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də … Read more

Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb

6560c57d824966560c57d8249717008408296560c57d824936560c57d82495

Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik “TŞK” markalı pulemyot, 5 ədəd 12.7 mm-lik “PK” markalı pulemyot, 42 ədəd müxtəlif çaplı “AK” markalı avtomat, 1 ədəd 30 mm-lik “AQS-17” markalı qumbaraatan, 4 ədəd … Read more

İsrail 39, HAMAS 24 nəfəri azad edib

Images 2023 11 25T092120.268

İsrail həbsxanalarında olan 39 qadın və uşaq sərbəst buraxılıb. “Qərb Xəbər” məlumat verir ki, Qətər XİN faktı təsdiq edib. Bundan başqa, HAMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində Qəzza zolağında saxlanılan 24 girov Qırmızı Xaç təşkilatına təhvil verilib.

KİV: ABŞ və Almaniya Ukraynanı danışıqlara məcbur etmək istəyir

6560eccde63696560eccde636a17008508936560eccde63676560eccde6368

ABŞ və Almaniya Vladimir Zelenskini Rusiya ilə danışıqlara təşviq etmək üçün plan hazırlayıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. İdeya Kiyevi Ukrayna Silahlı Qüvvələrinə hazırkı cəbhəni saxlamağa imkan verəcək, lakin işğal olunmuş əraziləri geri almağa imkan verməyən silahlarla təmin etməkdir. Almaniyanın hökumət dairələrindəki mənbə nəşrə bildirib ki, Zelenski özü belə … Read more

Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür

65605e1a4a07765605e1a4a078170081436265605e1a4a07565605e1a4a076

Kəlbəcərin işğaldan azad edilməsindən 3 il ötür. “Qərb Xəbər”ın məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də … Read more

Stano: Gürcüstan bu ərazilər olmadan qəbul ediləcək

Peter stano

Avropa Birliyi Moldova və Gürcüstanın Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan quruma qismən qəbulu imkanlarını nəzərdən keçirə bilər. “Qərb Xəbər” məlumat verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib. “Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovuna çevrilə bilməz. Bu, AB-nin ən yüksək səviyyəsində … Read more

8 kəndimizlə bağlı Paşinyandan açıqlama

Pasinyan

Ermənistanın 29,8 min kv.km ərazisindən danışanda bura Sovet dövründən Azərbaycana məxsus anklavlar daxil deyil. “Qərb Xəbər” məlumat verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı canlı yayımda Tavuşdan olan vətəndaşın sualına cavabında deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: “Anklavların danışıqlar … Read more