Son Xəbərlər
Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı

Azərbaycanda prezidentliyə namizədlərin sayı 7-ə çatıb

Secki

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasnın sədri Fuad Əliyev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. “Qərb Xəbər”in məlumatına görə, bu barədə partiyaların bu gün keçirilən iclaslarında qərar qəbul edilib. Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 7-ə … Read more

Azərbaycanda avtobuslarda gedişhaqqı bank kartları ilə ödəniləcək

F6f98dac 8be5 3e6c a889 ab0a3c4dbf64

Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. “Qərb Xəbər” məlumat verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə … Read more

İsrail ordusunun daha 4 hərbçisi döyüşlərdə ölüb

Indir 2023 12 18T101341.839

İsrail Müdafiə Qüvvələrinin daha 4 hərbçisi Qəzza zolağında döyüşlərdə ölüb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Bildirilib ki, HƏMAS-la döyüşlərdə İsrail Müdafiə Ordusunun 4 baş çavuşu həlak olub. Vurğulanıb ki, İsrail ordusunun bununla da oktyabrın 27-dən bəri Qəzza zolağında apardığı döyüşlərdə itkilərinin sayı 126-ya çatıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə … Read more

Ərdoğan bu gün Macarıstana gedir

657fd91833a6c657fd91833a6d1702877464657fd91833a6a657fd91833a6b

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana səfər edəcək. “Qərb Xəbər” “TRT Haber“ə istinadən xəbər verir ki, bir günlük səfər zamanı Budapeştdə Macarıstan Prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanla görüşəcək. Görüşlərdə Qəzza zolağındakı son vəziyyət və iki ölkə arasındakı siyasi, diplomatik və iqtisadi münasibətlər müzakirə ediləcək.

Patruşev:Azərbaycan Rusiyaya yumurta göndərəcək

Images 2023 12 18T090517.528

Yaxın günlərdə, artıq bu həftə Azərbaycandan ölkəmizə toyuq yumurtası tədarük olunacaq. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib. Nazir bildirib ki, təxminən 2-3 həftədən sonra da müvafiq rüsum olmadan Türkiyədən Rusiyaya yumurta idxal olunacaq. Patruşev əlavə edib ki, yumurtanın qiymətinin qalxması mövsümi xarakter daşıyır. Qeyd edək ki, Rusiyada … Read more

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq

Qarabag

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq. “Qərb Xəbər” məlumat verir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək. Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, … Read more

Gəncədə daha 26 nəfər qanunsuz saxlanılan silahları polisə təhvil verib – FOTO

657fb5ee49562657fb5ee495631702868461657fb5ee4955e657fb5ee49560

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. DİN-dən “Qərb Xəbər”ə verilən məlumata görə, əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması … Read more

Naməlum şəxs avtomobilini Co Baydenin kortejinə çırpıb – VİDEO

Bayden

Amerikanın Delaver şəhərində avtomobil Co Baydenin kortejinə çırpılıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Həmin vaxt kortejdə ABŞ prezidentinin özü olmayıb. Baydenin qarşıdan gələn seçki kampaniyası ilə bağlı tədbirdə olduğu deyilir. Fakt araşdırılır.   Video

Qazax-İcevan dəmir yolu açıla bilər

Qatarlar

İrəvanın Azərbaycan və Ermənistan arasında dəmiryolu əlaqəsini bərpa etməyə hazır olduğu bildirilir. Bu barədə dekabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə danışıb. Paşinyan qeyd edib ki, bu xətt üzrə iki marşrut var: Azərbaycanın Qazax rayonunu Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi də Azərbaycanın qərb … Read more

Qazaxda yol qəzası: Piyadanı maşın vurub öldürdü

Images 2023 12 14T094916.209

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qerbxeber.com -a bildirilib ki, 16 dekabr 2023 cü il saat 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəymiş, daha sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölüb. Faktla … Read more

Azərbaycan xalçalarını toxumağı Gürcüstanda yaşayan xaricilər də öyrənir

Xalça toxunuşu

Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər. Bu barədə “Report”a Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib. O, qeyd edib ki, Mədəniyyət Muzeyində əl ilə toxunan milli xalçalarımızın yekunu ilə bağlı sərgi təşkil edilib. Layihə Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. L.Əliyevanın sözlərinə görə, bir aylıq müddətdə Gürcüstanda … Read more

Mask: “Əgər uşaq dünyaya gətirməsək, mədəniyyətlərimiz yox olacaq”

Ilon maks

Amerikalı milyarder İlon Mask demoqrafik problemlər səbəbindən xalqların və ümumilikdə bəşəriyyətin yox olmaq təhlükəsi barədə xəbərdarlıq edib. O bu barədə İtaliyanın baş naziri Giorgia Meloninin də iştirak etdiyi, “İtaliyanın Qardaşları” partiyasının təşkil etdiyi yığıncaqda verdiyi müsahibədə deyib. “Biz uşaq dünyaya gətirməliyik, əks halda İtaliya, Yaponiya və Fransa mədəniyyəti yox olacaq. Bu ölkələrin artıq mövcud olmama riski … Read more

Hikmət Carçıyev(Orhun)-Əsəri oxunan yazıçı pul qazana bilirmi?

Hikmet

Azərbaycanda hələ də ədəbiyyatla məşğul olub xoşbəxt olan adamlara çox gülürəm. Deməli, bu gün “Baba Sahne”nin qurucusu, aktyor Şevket Çoruhun bir müsahibəsini gördüm. Sual belədir: “Para kazana bilirim diye düşünüyor musun?” Cavab: “Tiyatrodan mı? Tiyatrodan öğle bir şey yok! Ya tiyatro para kazanılır bir iş olsaydı, zaten bize yaptırmazlardı…” Şahanədir! Azərbaycanda bu fikir bütün incəsənət … Read more

Peskov: Ukrayna və Moldova Aİ-yə üzvlük meyarlarına cavab vermir

Peskov

Ukrayna və Moldova Avropa İttifaqına (Aİ) üzvlük meyarlarına cavab vermir. “Qərb Xəbər” məlumat verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Peskovun sözlərinə görə, Ukrayna və Moldovanın Aİ-yə üzv olması ilə bağlı danışıqlar illərlə davam edə bilər: “Ukrayna və Moldovanın Aİ-yə qoşulması üçün yaşıl işığın yandırılması qərarının arxasında praqmatizm deyil, siyasi iradə … Read more

Rusiya Bankı uçot dərəcəsini artırıb

86a5c7b6 2b6b 35ad bf3f f579da045b9f

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin 1 faiz bəndi artırılaraq 15 %-dən 16 %-ə qaldırılması barədə qərar qəbul edib. “Qərb Xəbər” bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Xatırladaq ki, sonuncu dəfə Rusiya Bankı oktyabrın 27-də uçot dərəcəsini 2 faiz bəndi artıraraq 13 %-dən 15 %-ə çatdırmışdı.

Bu ilin 10 ayında boşanmaların sayı artıb

657c1bc726809657c1bc72680a1702632391657c1bc726807657c1bc726808

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən “Qərb Xəbər”ə verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Yanvar-oktyabrda 123 üçəm, 4 dördəm doğulub

657c1b6992a4f657c1b6992a501702632297657c1b6992a4d657c1b6992a4e

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb. Dövlət Statistika Komitəsindən “Qərb Xəbər”ə verilən xəbərə görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi … Read more

Azərbaycan əhalisinin sayı açıqlanıb

657c1ac082665657c1ac0826661702632128657c1ac082663657c1ac082664

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən “Qərb Xəbər”ə verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.