Ukrayna Novorossiysk şəhərinə PUA hücumu etdi-Ölən və Yaralananlar var

PUA

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Novorossiysk şəhərinin mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb, 2 nəfər isə ölüb. Qerbxeber.comxəbər verir ki, bu barədə şəhərin meri Andrey Kravçenko Telegram kanalında məlumat verib. O bildirib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır, dördü orta, beşi isə yüngül xəsarət alıb.

Zelenski Ukrayna-Rusiya danışıqları üçün Qazaxıstanı təklif edib

Zelenski unufirmda

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqları Qazaxıstanda keçirməyi təklif edib. Qerbxeber.comxəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiya ilə dövlət başçıları səviyyəsində görüş üçün bir neçə məkan təklif edib. Siyahıya Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, habelə Avropadakı neytral ölkələr (Avstriya və İsveçrə) daxil … Read more

Şahin Şıxlınskinin həbs müddəti uzadıldı

Sahin sixlinski

Azərbaycanın Yekaterinburqdakı diaspor rəhbəri, “Azərbaycan-Ural” təşkilatının sədri Şahin Mütvalı oğlu Şıxlinskinin həbs müddəti uzadılıb. Qerbxeber.com bildirir ki, Yekaterinburqun Verx-İsetski rayon məhkəməsinin qərarına əsasən Ş.Şıxlinski bu il dekabrın 30-dək həbsdə qalacaq.

Ağstafa və Mingəçevir arasında yeni qatar reysi açılır

Qatar3

Mingəçevirdən Ağstafaya yeni sərnişin qatarı marşurutu açılıb. Qerbxeber.com bildirir ki, bu barədə Mingəçevir Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, həftənin beşinci günü Ağstafadan çıxan ilk sərnişin qatarı Mingəçevir dəmiryolu vağzalına yetişəcək. Növbəti mərhələdə uzun illlər öncə dayandırılmış Mingəçevir-Bakı reysinin də işə salınması nəzərdə tutulur.

Avropa ölkələrinin Gürcüstan səfirlikləri etiraz bəyanatı yaydı

Gürcüs avr

Biz Gürcüstandakı bəzi diplomatik nümayəndəliklərin rolu və fəaliyyəti ilə bağlı əsassız və zərərli ittihamları qətiyyətlə rədd edirik. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı və 26 Avropa ölkəsinin Gürcüstandakı səfirliklərinin yaydığı birgə bəyanatda bildirilib. Qeyd olunub ki, bu cür dezinformasiya ictimaiyyəti çaşdırır və diplomatik nümayəndəliklərin üzərinə düşən vəzifələri yerinə yetirməsi imkanlarını sarsıdır. … Read more

Ter-Petrosyan Paşinyanın Qarabağla bağlı debat çağırışından imtina etdi

Paşinyan petrosyan

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Qarabağla bağlı Baş nazir Nikol Paşinyanla debata çıxmaqdan imtina edib. Qerbxeber.com Teleqraf-a istinadla  xəbər verir ki, bu, onun bu gün İrəvanda jurnalistlərə açıqlamasından məlum olub. Ter-Petrosyan Paşinyanı Qarabağla əlaqədar sənədləri dərc etməyə çağırıb: “Ona yüz dəfə demişəm ki, bunları dərc elə”. “Əgər dərc eləsə, onunla debata gedəcəksinizmi” sualına sabiq prezident … Read more

Medvedyev : Tramp “tam başqa reallıq”da yaşayır

Dmitri medvedev

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına sərt cavab verib. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, Medvedev Trampın Rusiyanın zəiflədiyi və Ukraynanın qələbə qazana biləcəyi ilə bağlı fikirlərinə cavabında Amerika liderinin “tam başqa reallıq”da yaşadığını bildirib. “Tramp növbəti dəfə alternativ reallıqda peyda olub və Rusiyanın nə qədər zəif olmasından … Read more

MSK-da Məzahir Pənahovu o əvəzləyəcək

Mezahir penahov

Məlum olduğu kimi, Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır. Hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb. MSK-nın səlahiyyət müddəti 5 il olduğundan gələn ilin aprelində qurumun hazırkı tərkibinin işinə son veriləcək. 25 ildir MSK-ya rəhbərlik edən Məzahir Pənahovun yeni tərkibdə olmayacağı ehtimalı böyükdür. Qerbxeber.com Bakıvaxtı.az-a istinadla xəbər verir ki, … Read more

Peskov: Biz müharibəni udmalıyıq

Oleq peskov

Rusiya müharibəni udmalıdır. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “İndi müharibənin ən kritik mərhələsidir və olduqca taleyüklüdür. Biz bunu övladlarımız, nəvələrimiz və onların gələcəyi naminə udmalıyıq”, – Peskov bildirib.

Gədəbəydə müəllimləri aparan mikroavtobus aşdı-XƏSARƏT alanlar var

Mikroavobus aşıb

Gədəbəydə baş verən yol qəzasında 13 nəfər xəsarət alıb. Qerbxeber.com-un APA -ya istinadən məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb. Hərəkətdə olan “Mercedes “markalı mikroavtobusla “VAZ” markalı minik maşını toqquşub. Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Xəsarət alanlar – … Read more

Ukrayna Rusiyanın ən böyük neft-kimya kompleksini vurdu

Pua

Rusiyada “Qazprom neft-kimya Salavat” MMC bu səhər yenidən pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalıb. Qerbxeber.com Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Başqırdıstan başçısı Radi Xabirov “Telegram” kanalında məlumat yayıb. “Qazprom neft-kimya Salavat” yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk”, – deyə o yazıb. R.Xabirov qeyd edib ki, hadisə yerində təcili … Read more

İlham Əliyev: Azərbaycan TRİPP marşurutunun yaxın zamanlarda…

Ilham

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu”. Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı … Read more

Tramp Zelenski ilə görüşüb

Zelenski tramp

“Biz Ukraynanın döyüş tərzinə böyük hörmətlə yanaşırıq. Bu, həqiqətən təsir edicidir.” Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Voldimir Zelenski ilə görüşü zamanı deyib. O bildirib ki, hava məkanını pozacaqları təqdirdə NATO ölkələri Rusiya təyyarələrini vurmalıdırlar.

Prezident Yunanıstan baş naziri ilə görüşdü

Prezident yunan bas nazir

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, Yunanıstanın baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırdı, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü … Read more

Tramp: Avropa cəhənnəmə doğru gedir

Tramp yeni

Avropa ölkələri miqrasiya böhranı səbəbindən cəhənnəmə doğru gedir. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, “açıq sərhədlərlə uğursuz sınaq” başa çatmalıdır. “İnanın, mən bu məsələləri çox yaxşı başa düşürəm. ABŞ-də biz nəzarətsiz immiqrasiyaya tez son qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər … Read more

Britaniyadan xəbərdarlıq: NATO hava məkanında icazəsiz uçuşların qarşısı alınacaq

Ivet kuper

London və NATO müttəfiqləri lazım gələrsə, Avropa hava məkanında Rusiya təyyarələrinə qarşı dayanacaqlar. Bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib. “NATO hava məkanında icazəsiz uçuş həyata keçirən təyyarələrə qarşı durmaq lazımdırsa, bunu edəcəyik”, – Kuper deyib. Britaniyanın xarici işlər naziri əlavə edib ki, Rusiyanın son hərəkətləri təhlükəli və ehtiyatsızlıqdır. Onun sözlərinə görə, bu, … Read more

Ağız Dadı, Həvəs və ya Məcburiyyət! Arıqlamanın Fərqli Yolları-Elnur Nemətovun yazısı

Elnur123

Arıqlama yoluna çıxarkən özümüzə iki əsas sualı verməliyik: 1. Mən bunu həvəslə edəcəyəm, yoxsa məcburiyyətlə? 2. Tövsiyə olunan yeməklərə öyrəşə biləcəyəmmi? Bu iki sual bir-biri ilə sıx bağlıdır. Çünki arıqlama yalnız bədəndə deyil, həm də ağız dadında və zehində baş verən dəyişikliklərdən asılıdır. Gəlin bunların hansının bizə daha yaxşı nəticə verəcəyini araşdıraq. Bu məsələdə diyeta … Read more

Paşinyan: Erməni əsgərlərin Qarabağda nə işi var idi?

Pasinyan 4

Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə ittiham edirlər. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin … Read more

Prezident Əliyev və birinci xanım BMT mənzil qərargahına gəlib

Prezident və mehriban

Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahına gəliblər. Qerbxeber.com xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

Avropa ölkələrinə hücum edən Rusiyadır-Baş nazir

Mette frederiksen daniya premier

Rusiya olduğunu istisna etmirəm. Polşada olmamalı olan dronları gördük. Rumıniyada fəaliyyətlər müşahidə olundu. Estoniya hava məkanının pozulduğunu gördük. Həftəsonu Avropa hava limanlarına qarşı haker hücumları oldu. İndi isə Danimarkada dronlar peyda olub. Görünür ki, Norveçdə də bu baş verib. Qerbxeber.com xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen deyib. Frederiksen əlavə edib ki, … Read more