“Turan Tovuz” bu gün Rumıniya klubu ilə yoxlama görüşü keçirəcək

Indir 2024 01 10T095358.500

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünü keçirəcək. “Qərb Xəbər”in məlumatına görə, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu “Voluntari” ilə matçda sınayacaq. Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma “Topkapı Sport Center”in meydanında təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qeyd … Read more

Fransanın yeni Baş naziri məlum olub

7e9fe9e7 5518 3098 8a4d 14a1ccaab053

Qabriel Attal Fransanın Baş naziri təyin olunub. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Emmanuel Makron qərar imzalayıb. 34 yaşlı Q.Attal Fransa tarixində ən gənc Baş nazirdir. Qeyd edək ki, Q.Attal indiyə qədər təhsil naziri vəzifəsində işləyib. Xatırladaq ki, E.Makron yanvarın 8-də Baş nazir Elizabet Bornu işdən çıxarıb. O, 2022-ci … Read more

AYNA: “Qırmızı Körpü” gömrük postunda yük maşınlarının sayı 180-ə çatıb

Ee7a5ec4 4c5d 3d2a 884d 04c750243108

Hazırda “Xanoba” gömrük postunda yük maşını yoxdur. “Qərb Xəbər” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbərinə görə, hazırda “Samur” gömrük postunda 46, “Mazımqara” gömrük postunda 26, “Qırmızı Körpü” gömrük postunda 180, “Biləsuvar” gömrük postunda 60, “Astara” gömrük postunda 4 yük maşını gözləyir.

Qəzzada ölən İsrail hərbçilərinin sayı 180 nəfərə çatıb

450c4b8c 9316 30d3 a54a 8c39636dec60

Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail hərbçilərinin sayı 180-ə çatıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Bildirilib ki, İsrail Müdafiə Ordusu bu gün həlak olan 4 əsgərin adlarını açıqlayıb. Beləliklə, Qəzza zolağında quru əməliyyatı zamanı ölənlərin sayı 180 nəfərə çatıb. Qeyd edilib ki, azı 7 hərbi qulluqçunun vəziyyəti ağırdır.

Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir

Indir 2024 01 09T140047.767

Yanğınla əlaqəli təxliyə olunan 26 yenidoğulmuşdan 15-i Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə, 11-i isə KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Bunu “Qərb Xəbər”ə KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib. Onun sözlərinə görə, 15 körpədən 8-i reanimasiya şöbəsinə yerləşdirilib, həkim nəzarətindədir. Digər 7 körpənin vəziyyəti stabildir, müalicələri davam edir. Qeyd edək … Read more

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

43754c0c 3a41 3876 b2c7 382e3c48c055

Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub. “Qərb Xəbər”“Report”a  istinadən xəbər verir ki, indiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə … Read more

Elektron satınalmanın keçirilməsi qaydaları təsdiq edilib

659cf63450b83659cf63450b841704785460659cf63450b81659cf63450b82

Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə və elektron satınalmanın keçirilməsi Qaydaları təsdiq edilib. “Qərb Xəbər” məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Portal aşağıdakıları təmin edir: – operator üçün elektron kabinetin yaradılmasını; – satınalan təşkilat … Read more

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə cümə günlərinə axşam reysləri təyin edib

659cfc7b4be65659cfc7b4be661704787067659cfc7b4be63659cfc7b4be64 (1)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günlərinə axşam reysləri təyin edib. QSC-dən “Qərb Xəbər”ə verilən məlumata görə, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı 12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, 14, 21, 28 yanvar və 4 fevral tarixlərində isə … Read more

Anasız yaşamaq: DÜNYA BOYDA TƏNHALIQ-professor Yusif Osmanov

Photo 5204064718849956720 y

   Ola bilsin sağlamsan. Ola bilsin gümrahsan. Ola bilsin ailəndə əmin-amanlıqdır. Ola bilsin ocağının işığına hər axşam əzizlərin yığışır. Ola bilsin həyatında çox məqsədlərə nail olmusan. Amma… Amma içində bir tənhalıq var. Dünya boyda tənhalıq. Anasız yaşamaq çox çətindir, çox. İçin göynəyir, ruhun ağlayır. Sevinclərinlə də təksən, kədərlərinlə də…   Bu foto, funksional Maqnit Rezonans … Read more

“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiqlənib

Fbfd91c7 b14f 320f 91ff 34425232279c

Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni və “Elektron satınalmanın keçirilməsi Qaydaları”nı təsdiq edib. “Qərb Xəbər” məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, bundan sonra Portal şəffaflıq, istifadə asanlığı və rahatlığı, operativlik və fasiləsizlik əsasında fəaliyyət göstərəcək. Portalın infrastrukturu texniki-texnoloji … Read more

İşə düzəlməkdə çətinlik çəkən şəxslər üçün məşğulluq mexanizmi hazırlanıb

DSMF

Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün məşğulluq mexanizmi hazırlanıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, “Məqsədli proqramlar” və “Kvotadan əlavə iş yerləri” aktiv məşğulluq tədbirlərinin mexanizmləri hazırlanıb və qanunvericilik dəyişiklik layihələri … Read more

“Turan Tovuz” bu gün Rumıniya klubu ilə üz-üzə gələcək

5236e044 ce5b 3ec1 8961 64b2f00b4b93

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünə çıxacaq. “Qərb Xəbər”in məlumatına görə, baş məşqçi Ayxan Abbasov Rumıniya klubu “Voluntari” ilə matçda komandasını sınaqdan keçirəcək. “Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Tovuzlular yanvarın 15-də daha iki oyun keçirəcəklər. Komanda həmin gün Macarıstanın “Şiofok” və … Read more

Xankəndi və Xocalıda 67 avtomat, 38 qumbara, pulemyot və snayper silahları tapılıb

9ef8cd89 d6d6 39f1 b382 c109b1d50c16

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi və Xocalıda onlarla silah və sursat tapılıb. Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xankəndi şəhəri ərazisində keçirilən əməliyyat zamanı 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd … Read more

Türkiyə PA: “Ərdoğan və Putinin görüşünə hazırlıq gedir”

A4d6f956 dbd0 385e a0f8 83f3299a5531

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq gedir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından (PA) bildirilib. Qeyd olunub ki, iki ölkə liderinin görüşünün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır. “Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur”, – Türkiyə Prezident Administrasiyasından bildirilib. … Read more

Perinatal Mərkəzdə yanğında 4 körpə öldü-BƏYANAT

Per 12 900x614

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.  Qerbxeber.com  xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında deyilir. Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili … Read more

Bakıda doğum evində (Perinatal Mərkəzdə) yanğın

Perinatal merkez

09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub”. Qerbxeber.com  xəbər verir ki, bu haqda TƏBİB-n rəsmisi Zamira Adilova məlumat yayıb. Məlumatda bildirilir ki, yanğınsöndürmə işləri başa çatıb. “Respublika Təcili və Təxirəsalınmaz … Read more

Rusların İstanbul xəyalı- İbrahim Nəbioğlu

İbrahim nebioglu

1916-cı ilin son günləri… Rusiya qəzetləri 1917-ci il üçün proqnozlar dərc edirlər. İştahları çox böyükdür. “İkicə günə Konstantinopol” yazırlar. Yəni İstanbulu iki günə alacaq, iyul ayında İstanbulun fəthini təntənəli şəkildə qeyd edəcəkdilər. Dekabr ayında da fəthi İstanbulda bayram ediləcək, Konstantinopolu Rusiya dövlətinin 3-cü paytaxtı elan olunacaqdı. Sonuncu rus çarı II Nikolay “Müqəddəs Ayasofya üzərinə xaç!” … Read more

Hakan Fidan Qırğızıstana səfər edəcək

Indir 2024 01 08T163408.476

Türkiyə xarici işlər naziri Hakan Fidan Qırğızıstana səfər edəcək. “Qərb Xəbər” məlumat verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Qırğızıstan XİN rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə 9 yanvar 2024-cü il tarixində baş tutacaq. Görüşlər zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında … Read more