Zelenski Səudiyyə Ərəbistanına gedib

Zelenski (1)

Volodimir Zelenski Səudiyyə Ərəbistanına getdiyini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb. “Səudiyyə Ərəbistanına çatdım. Vacib görüşlər planlaşdırılır”, – Zelenski qeyd edib. O, kiminlə görüşlərin gözlənildiyini və ya nəyin müzakirə olunacağını dəqiqləşdirməyib. Kiyev daha əvvəl Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də dronlara qarşı müdafiəni gücləndirməkdə əməkdaşlıq etmək istəyini açıqlamışdı.

Stiv Uitkoff: İranla razılaşma mümkündür

Stiven Uitkoff

ABŞ İranla razılaşmanın mümkünlüyünə dair ciddi əlamətlər görür”. Qerbxeber.com  Teleqraf.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib. “Bu gün sizə deyə bilərəm ki, biz İrana mümkün sülh sazişinin əsasını təşkil edən 15 maddəlik fəaliyyət siyahısı təqdim etdik. Bu, vasitəçi kimi çıxış edən Pakistan hökuməti vasitəsilə çatdırılıb. Bu, əhəmiyyətli və … Read more

İran -ABŞ danışıqları Türkiyədə baş tuta bilər

Türkiye

ABŞ-İran danışıqları Türkiyədə keçirilə bilər. Bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb. İran rəsmisi agentliyə deyib ki, ABŞ-nin təklif etdiyi 15 bəndlik planı Pakistan vasitəsilə Tehrana çatdırıb. “Reuters”in həmsöhbəti mümkün danışıqlara həm Pakistan, həm də Türkiyənin ev sahibliyi edə biləcəyini qeyd edib: “Türkiyə müharibənin bitməsinə kömək edir, ona görə də ya Türkiyə, ya da Pakistan … Read more

İran ABŞ-ə rəsmi cavab verdi

ABŞ İran bayr

İran ABŞ-nin təklif etdiyi 15 maddəlik plana rəsmi cavab göndərib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Tehran cavab olaraq əks tələblər irəli sürüb. Bu tələblərə Amerika-İsrail təcavüzünün tamamilə dayandırılması, dəymiş ziyanın ödənilməsi və Hörmüz boğazı üzərində İranın tam nəzarəti daxildir.

SEPAH-ın daha bir generalı öldürüldü

Alirza tanqsiri

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbas şəhərində həyata keçirilən zərbə nəticəsində öldürülüb. Bu barədə “Times of Israel” nəşri rəsmi mənbəyə istinadən məlumat yayıb. İsrailli rəsmi bildirib ki, Tanqsiri Hörmüz boğazının bağlanmasına görə məsuliyyət daşıyıb. Məlumata görə, hələlik nə İran tərəfi, nə də İsrail ordusu hücumla bağlı rəsmi açıqlama … Read more

Ukraynra ordusu Leninqrad limanlarını bombaladı

Ust luqa liman

Ukrayna ordusu Leninqrad vilayətinə zərbələrdə yüngül motorlu A-22 təyyarəsindən istifadə edib. Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Ust-Luqa limanına bu təyyarə vasitəsilə FAB bombaları atıb. Bildirilib ki, bu İkinci Dünya müharibəsindən bəri Leninqrada atılan ilk aviabombadır. Qeyd edək ki, Ukrayna ordusu Ust-Luqa limanındakı nəhəng neft terminalını vurmuşdu. Bu limanda neft, qaz-kondensat ixrac terminalları … Read more

Tramp Çinə səfər edəcək

Abş çin

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 14 və 15 mayda Çinə səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, səfər zamanı Tramp Pekində Çin Prezidenti Si Cinpinlə görüşəcək. Həmçinin qeyd olunub ki, Çin Prezidentinin də bu ilin sonlarında ABŞ-yə səfəri gözlənilir.

İran Küveytə dron atdı

War drone savaş sihası pua

Küveyt hava limanındakı yanacaq çəninə İranın iki dronla hücum etdiyini bildirib. Qerbxeber.com bildirir ki,Teleqraf.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əmirliyin Müdafiə Nazirliyinin sözçüsü Səud Əl-Ətvan bildirib. O qeyd edib ki, son 24 saat ərzində hakimiyyət orqanları 20 ballistik raket və doqquz dron atışını qeydə alıb. Onun sözlərinə görə, Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq … Read more

Lukaşenko Şimali Koreyaya səfər edib

Lukasenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreyada rəsmi səfərdədir. Qerbxeber.comxəbər verir ki, bu barədə BelTA məlumat yayıb. Belarus dövlət başçısının mətbuat xidməti bundan əvvəl bildirmişdi ki, Aleksandr Lukaşenko Şimali Koreya Sədri Kim Çen Inın dəvəti ilə 25-26 mart tarixlərində bu ölkəyə rəsmi səfər edəcək. Mərkəzi tədbir iki ölkə liderləri arasında danışıqlar olacaq. Onlar ikitərəfli münasibətlərin inkişaf … Read more

Trampın”rejim dəyişikliyi”bəyanatı İranı faktiki idarə edənlərə mesajdır-Asif Nərimanlının yazısı

Asif

Tramp İranda “rejimin dəyişdiyi”ni, diplomatik danışıqların aparıldığını və qarşı tərəfin razılığa gəlməyə hazır olduğunu bəyan edib. İranda hərbi-siyasi rəhbərlik böyük ölçüdə aradan götürülsə də, bunu ABŞ prezidentinin dediyi “rejim dəyişikliyi” adlandırmaq çətindir, çünki ölkəyə faktiki olaraq, SEPAH rəhbərlik edir və müharibənin də, danışıqların da gedişinə bu qruplaşma qərar verəcək. Bu baxımdan, Trampın “rejim dəyişikliyi” açıqlaması … Read more

KİV: İran ABŞ-nin 15 bəndlik təklifini alıb

ABŞ İran

 İran ABŞ-nin atəşkəs razılaşması ilə bağlı 15 bəndlik planını alıb. Bu barədə “Associated Press” Pakistan rəsmilərinə istinadla məlumat yayıb. “The New York Times” bundan öncə rəsmi mənbələrə istinadla ABŞ-nin Pakistan vasitəsilə İrana müharibəni bitirmək üçün 15 bəndlik plan təqdim etdiyi barədə məlumat yaymışdı. Tehranın bu təklifləri danışıqların əsası kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin … Read more

Ağdamda şəkil çəkdirməyim səhv idi-Simonyan

Alen simonyan ağdam

 O zaman (işğal dövründə)  Ağdamda şəkil çəkdirməyim səhv idi”. Qerbxeber.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “O zaman şəkil çəkdirdim, çünki sizin məntiqinizlə fikirləşirdim. Mənə də təlqin edilmişdi ki, sən bununla (Ermənistanın indiki əraziləri ilə – red.) kifayətlənməməlisən, Araz çayının o tayında oturub arzular qurmalısan ki, Azərbaycan zəifləsin, bir gün … Read more

İsrail İranın raket müəsisələrini vurdu

Bombardman

İsrail Hərbi Dəniz Qüvvələri İranın paytaxtı Tehrana zərbələr endirib. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Hücum zamanı şəhərin mərkəzində iki dəniz kruiz raketi istehsal edən müəssisə bombardman edilib. Müəssisələrin İran Müdafiə Nazirliyinə məxsus olduğu bildirilib.

İran ABŞ-nin 15 bəndlik planını inkar etdi

Beqayi

İran ABŞ ilə danışıqlar aparmır. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. “İranla ABŞ arasında danışıqlar aparılmayıb. İrana qarşı qanunsuz müharibənin başlamasından bəri – son 25 gün ərzində heç bir danışıq olmayıb”, – o deyib. İsmayıl Bəqayi qeyd edib ki, indiyədək ABŞ ilə danışıqlar təcrübəsi İran üçün fəlakətli olub. “New York Times” … Read more

ABŞ İrana 15 bəndlik təklif göndərdi

ABŞ İran bayr

ABŞ Pakistan vasitəsilə İrana Yaxın Şərqdə müharibənin dayandırılması üzrə 15 bənddən ibarət plan təqdim edib. Tehranın bu planı danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi hələlik məlum deyil. Qerbxeber.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən yazır. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqtonun planı İranın ballistik raket və nüvə proqramına, dəniz gəmiçiliyi məsələlərinə … Read more

Simonyan: Qarabağ Azərbaycan,Cavaxetiya Gürcüstan ərazisidir

Alen simonyan

“Niyə Qarabağa “Artsax” deyirsiniz, başa düşmək istəyirəm, bəs niyə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları veriləndə özünüzü pis hiss edirsiniz?” Qerbxeber.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistə müraciətində bildirib. Simonyanın özünün də vaxtilə “Artsax” dediyi xatırladıldıqda, “səhv etmişəm” cavabını verib. “Qarabağ Azərbaycan ərazisidir”, – o əlavə edib. Simonyan üzərində Ermənistanın xəritəsi olan nişanını … Read more

 Ramazandan sonra niyə çəki tez artır?-Elnur Nemətovun yazısı

Elnur nemətov 4

 Ramazandan sonra qidalanmaya qayıdış və yemək istəklərini idarə etmək olduqca mühüm məsələdir. Bir çox insanda Ramazan ayı boyunca bədən və beyin yemək ritmini dəyişdi. Bu dəyişiklik metabolizmimizə, hormonlarımıza və yemək vərdişlərimizə də təsirsiz ötüşmədi. Aramızda gün ərzində aclıq hissi yaşayıb, axşam isə daha çox yeməyə meyilli olan da az olmadı. Ramazandan sonra, xüsusilə bayram günlərində … Read more

YENİLƏNİR “Brent” markalı neftin qiyməti 95 dollara endi

Londonun ICE birjasında “Brent” markalı neftin may üzrə fyuçerslərinin qiyməti 4%-dən çox ucuzlaşıb. http://Qerbxeber.com xəbər verir ki, sözügedən neftin qiyməti bir barel üçün 95,60 ABŞ dollarına düşüb. WTI xam neftinin fyuçerslərinin qiyməti isə 4.58% azalaraq barel üçün 88.12 dollara düşüb.   ***** Londonun ICE birjasında mayda çatdırılmaq şərtilə “Brent” markalı xam neftin fyuçersləri 99.22 dollara enib. … Read more

ABŞ İranla danışıqlar aparan zaman əməliyyatları azaltmayacaq

Kerolayn Levitt

“ABŞ İranla təmaslar müddətində hərbi əməliyyatların miqyasını azaltmağı planlaşdırmır”. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “The New York Times”a bildirib. “Prezident Donald Tramp və onun danışıqlar aparan nümayəndələri İranla diplomatiya üçün yeni imkanları araşdırdıqları müddətdə, “Epik Qəzəb” əməliyyatı Ali Baş Komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə çatmaq üçün intensivliyi azaldılmadan davam … Read more