Azərbaycanın Ermənistandan geri istədiyi 4 kənd barədə nə bilirik?

4 kənd

  Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başa çatandan sonra məlum oldu ki, iki ölkə arasında həll olunmayan çox məsələlər qalıb. Sərhədlər müəyyənləşmədiyinə görə, hər iki ölkə bir-birini digərinin ərazisini işğalda saxlamaqda ittiham edir. Azərbaycan-Ermənistan sərhədində son həftələrdə yenidən gərginlik müşahidə olunur. Bu gərginlik Azərbaycanın Ermənistandan Birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi 4 kəndi … Read more

Azərbaycanın müdafiə naziri İordaniya Haşimilər Krallığının Kralı ilə görüşüb

Kral və zakir

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb. Bu barədə Qerbxeber.com -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və Kral Əlahəzrət II Abdullah ibn Al Hüseynə ünvanlanmış ölkəmizin ev sahibliyi … Read more

Azərbaycan və İordaniya mudafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

661baaae533b9661baaae533ba1713089198661baaae533b7661baaae533b8

Aprelin 14-də Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb. Saziş Azərbaycan müdafiə naziri Zakir Həsənovun İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində imzalanıb. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Yusif Əhməd Al-Hnaiti ilə görüşüb. “Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki … Read more

İsrail zamanı gələndə İranın cavabını verəcək-QANTZ

1713105203 unnamed

İsrail İranın ötən axşamkı hücumunu dəfə etməyə imkan verən strateji alyansı və regional əməkdaşlığı möhkəmləndirməlidir. İsrailin “The Times of Israel” nəşrinin  verdiyi xəbərə görə, bunu İsrail hərbi kabinetinin üzvü Benni Qantz bildirib. Benni Qantz deyib ki, bu məsələ başa çatmayıb: “İsrail ötən axşam sübut etdi ki, hərbi və texnoloji gücdür, Yaxın Şərqdə təhlükəsizlik limanıdır. İsrail … Read more

İranın hücumu uğursuz oldu,İsrail qalib gəldi-BAYDEN

Bayden

ABŞ Prezidenti Co Bayden hesab edir ki, İranın hücumu uğursuz olub, İsrail qələbə qazanıb. Bu barədə CNN telekanalı məlumat yayıb. Qeyd edilib ki, Co Bayden İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında deyib ki, bu gün İsraili qalib saymaq olar, çünki İranın hücumları uğursuz olub. ABŞ Prezidenti qeyd edib ki, İsrail üstün hərbi potensialını nümayiş … Read more

Azərbaycan boksçusu Avropa çempionu oldu

Boksyor

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb. Azərbaycan Boks Federasiyasından Qerbxeber.com-a verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb. O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı … Read more

SEPAH İsrailə hücuma başladığını bəyan etdi

Sepah

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürüldüyü Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə cavabdır. SEPAH İsraildəki xüsusi hədəfləri onlarla pilotsuz uçuş aparatı, raketlərlə və qanadlı raketlərlə vuracağını bəyan edib.

İran Bazar günü səhər saatlarında İsrailə hücüm edə bilər

Iran ordu2

ABŞ hesab edir ki, İran aprelin 14-də səhər saatlarında Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi “Əl-Cəzirə” telekanalına məlumat verib. “İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq. İranın sabah, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir”, – nümayəndə bildirib.

İsrail HHQ döyüş hazırlığına keçdi

Israil military

İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir, onlarla təyyarə səmadadır və ABŞ ilə sıx koordinasiyadayıq. Qerbxeber.com xəbər verir ki, bunu jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib. O bildirib ki, İsrail ordusu bu həftə vəziyyəti qiymətləndirib və İrandan hücuma hazırlaşmaq planlarını təsdiqləyib: “İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır … Read more

Almanya səfirliyinin əməkdaşları və ailə üzvləri İranı tərk edir

1713015150 443b98c4 12ec 31fe aa08 89dc238c9c73

İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər. Bu barədə “Bild” qəzeti məlumat yayıb. İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil. Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür. Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk … Read more

İrana görə məktəblər bağlandı-Müharibə təhlükəsi

Israel iran

İsraildə bütün məktəblərdə tədris dayandırılıb. Qerbxeber.comxəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələri məlumat yayıb. Buna səbəb İrandan gözlənilən hücumdur. Müdafiə naziri Yoav Qallant bildirib ki, İsrail İran təhlükəsinə qarşı havada, quruda və dənizdə yeni imkanlar tətbiq edir və təhlükəsizliyi gücləndirir. Qeyd edək ki, Qərb mətbuatı İranın tezliklə İsrailə hücum edəcəyini bildirib.

Ukraynanın şərq cəbhəsində son durum…-Baş komandan

Ukr.army

“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. İşğalçılar hücumlarını gücləndirib və hücumlar üçün texnikadan istifadə edirlər”. Qerbxeber.com xəbər verir ki, bu barədə cəbhə bölgəsinə növbəti səfərindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram kanalında yazıb. Baş komandan qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra qarşı tərəfin hücum hərəkətləri daha da güclənib. … Read more

Sülh sazişinin imzalanmasında maraqlıyıq-TOKAYEV

Tokayev

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Qerbxeber.com Modern.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir. “Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi … Read more

Kəlbəcərdə sel aparan sürücünün nəşi tapılıb

KƏLBƏCƏR SEL

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində sürücünü sel aparıb. Qerbxeber.com  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, sel aparan şəxs Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur, onun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. _____________________________________________________________________________ Qeyd edək ki, ötən gecə rayonun … Read more

Arıçılar və heyvandarlar təsərrüfatlarını azad olunmuş yaylaqlara necə apara bilər-Nazirliyin məlumatı

Təsərrufatlar

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, … Read more

İki boksçumuz Avropa Çempionatının FİNALİNDA

Boks

Azərbaycanın iki boksçusu Xsorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində finala yüksəlib. Qerbxeber.com xəbər verir ki, hər iki milli üzvü yarımfinal görüşlərini qələbə ilə başa vurublar. 48 kq-da Bilalhəbaşi Nəzərov Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib və rəqibini 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aleksandr Zveryevlə (Ukrayna) … Read more

Bakı İrəvandan təzminat tələb edir

Tezminat ermenistan

Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli … Read more

Qazaxın 4 kəndi və Ermənistanın “sürüşkən” mövqeyi-Asif Nərimanlı

Asif nerimanlı

Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsində “sürüşkən” mövqeyinə qayıdıb. Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və “delimitasiyanı Tavuşdan başlaya bilərik” desə də, onun müavini delimitasiya üzrə komissiyanın sədri Mher Qriqoryan dünən parlamentin qapalı iclasında bundan imtina edib. … Read more

Emomali Rəhmon Azərbaycana gəlir

Imamoli

Tacikistan Prezidenti Emoməli Rəhmon gələn ay Azərbaycana səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin Minskdə Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun görüşünə dair məlumatında qeyd edilib. Bildirilib ki, XİN rəhbərləri Tacikistan Prezidenti Emoməli Rəhmonun 2024-cü il may ayının üçüncü ongünlüyünə planlaşdırılan Azərbaycan Respublikasına … Read more