Aşağı Əksiparada partlayış olacaq

Mina partlayish

Bu gün saat 20:10-da Ermənistan MN Qazax rayonunun Aşağı Əksipara kəndində minatəmizləmə işləri çərçivəsində partlayışlar baş verəcəyi ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki,utilizasiya  işləri zamanı partlayış səsləri Qazax rayonunun kəndlərində də eşidiləcək. Əhalidən panikaya düşməmələri xahiş olunur. “Qərbxəbər.com”

Qırğızıstan Prezidenti aprelin 24-25-də Azərbaycana səfər edəcək

9a4b0655 a370 3f63 a4c6 90f53692fae3

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Qerbxeber.com Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib. “Səfər çərçivəsində Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. … Read more

“Reuters”: Vaşinqton Ukraynaya yeni yardım paketini çox gec təsdiqləyib

Us ukraine flags

Vaşinqton Ukraynaya yeni yardım paketini çox gec təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə müsahibə verən ekspertlər bildiriblər. Bildirilir ki, sursatları tükənən Ukrayna əsgərləri Qərbdən çoxdan kömək gözləyirlər. İndi onlar rus ordusunun hücumu altındadırlar. Ekspertlər əlavə yardımın qanun layihəsinin təsdiqindən sonra olacağına da şübhə edirlər.

Ağstafada avtoqəza hadisəsi baş verib

Indir 2024 04 23T092206.821

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib Qerbxeber.com məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd ərazisində baş verən avtoqəza zamanı 1997-ci il təvəllüldü Ç.İsayev xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

100a8c92 ea9a 3f6c b8ba 639b60338818 850 (1)

Nərimanov Rayon Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul olunub. Bu barədə Qerbxeber.com onun vəkili Bəhruz Bayramov məlumat verib. Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, … Read more

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Indir 2024 04 23T091306.485

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Qerbxeber.com xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 150 nəfər köçürülüb. … Read more

London Kiyevə 617 milyon dollarlıq hərbi yardım paketi ayırmağı planlaşdırır

1101590

Böyük Britaniyanın baş naziri Rişi Sunak Polşaya gözlənilən səfəri zamanı Kiyevə 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketini açıqlayacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük britaniya hökuməti məlumat yayıb. Bura həm mövqelərə zərbələr endirmək, həm də hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 1600-dən çox raket daxil olacaq. Qeyd … Read more

Bayden və Ursula Fon der Lyayen Kiyevə dəstək yollarını müzakirə ediblər

6626d6bdb1ace6626d6bdb1acf17138213736626d6bdb1acc6626d6bdb1acd

ABŞ Prezidenti Co Bayden və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen telefon danışığı aparıblar. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tərəflər Ukraynaya dəstək yollarını müzakirə ediblər. Fon der Lyayen Baydeni ABŞ Nümayəndələr Palatasının aprelin 20-də Vaşinqtona Kiyevə böyük silah satışını bərpa etməyə icazə verən qanun layihəsini təsdiq etməsi … Read more

Baş katib Paşinyanın KTMT sammitində iştirakına münasibət bildirib

662622078845f66262207884601713775111662622078845c662622078845d

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü ildə keçiriləcək sammitində iştirak edib-etməmək qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək. Qerbxeber.com xəbər verir ki, bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. “Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı və ya iştirak etməməsi suveren və müstəqil ölkənin … Read more

Ermənistanda delimitasiya ilə bağlı komissiya yanında Tavuş sakinlərindən ibarət işçi qrup yaradılıb

662619343df85662619343df861713772852662619343df83662619343df84

Ermənistan Respublikası Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyanın qərarı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya” yanında işçi qrupu yaradılıb. Qerbxeber.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, işçi qrupun tərkibinə Voskepar, Kirants, Bağanis və Berkaber kəndlərinin inzibati rəhbərləri və sakinləri də daxil edilib. İşçi qrupuna Tavuş … Read more

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib

5d9fb0f7f0 Prezident ilham eliyevin rusiyanin soci seherine isguzar seferi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. Qerbxeber.com xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Elektrik enerjisindən istifadə qaydaları dəyişib

Indir 2024 04 22T113720.998

Elektrik enerjisindən istifadə qaydaları dəyişib. Qerbxeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və müvafiq sənədlər əsasında keçiriləcək. İndiyə qədər bu hədd 150 kVt nəzərdə tutulmuşdu. Bu qərara uyğunlaşdırmaq … Read more

CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi

Снимок экрана 2024 04 17

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özer Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı Azərbaycanı dəstəkləyib. Qerbxeber.com xəbər verir ki, o, Azərbaycanla AŞPA arasında olan anlaşılmazlığın tezliklə aradan qaldırılmasının vacib olduğunu bildirib. Özerin sözlərinə görə, hər iki tərəf bu müddət ərzində özü üçün lazımi nəticələri çıxarıb. CHP sədri həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini … Read more

Zelenski Nümayəndələr Palatasında Kyivə yardıma dair qanun layihəsinin qəbulunu alqışlayıb

Ukrayna abs

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Nümayəndələr Palatasının Ukraynaya təxminən 60 milyard dollarlıq yardım layihəsini qəbul etməsini alqışlayıb. Zelenski Vaşinqtonu qanun layihəsinin qəbul edilməsi istiqamətində növbəti addımları atmağa və Kyivə silahların verilməsinə başlamağa çağırıb. Ukrayna prezidenti vurğulayıb ki, uzaqmənzilli silahlar və hava hücumundan müdafiə sistemləri əsas prioritetlərdir. NBC telekanalına müsahibəsində Zelenski qeyd edib ki, qanun … Read more

Bakının 2026-cı ildə dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb

Indir 2024 04 22T093525.143

Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb. Qerbxeber.com xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, Milli Gimnastika Arenasında keçirilən tədbirdə Azərbaycana gələn qonaqların Bakını gəzdiklərini və adət-ənənələrimizlə yaxından tanış olduqlarını bildirib: … Read more

SIPRI: Qlobal hərbi xərclər 2,4 trilyon ABŞ dollarına çatıb

Nuvə silahi

2023-cü ildə qlobal hərbi xərclər 2022-ci ilə nisbətən 6,8% artaraq 2,443 trilyon dollara çatıb. Bu, 2009-cu ildən bəri ən böyük artım olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında deyilir. Qeyd olunub ki, müharibə, artan gərginlik və qeyri-müəyyənlik fonunda qlobal hərbi xərclər artır. Belə ki, artım 9-cu ildir ki, … Read more

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz yeddi gündür davam edir

66255cc9b768266255cc9b7683171372461766255cc9b768066255cc9b7681

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə əlaqədar etirazlarını davam etdirir. Qerbxeber.com xəbər verir ki, etirazçılar yeddi gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir. Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ermənistanda delimitasiya Komissiyasının qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

6625542d3fa6e6625542d3fa6f17137224136625542d3fa6c6625542d3fa6d

Ermənistanın Tavuş bölgəsinin sakinləri Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın qərarından narazılıqlarını davam etdirirlər. Qerbxeber.com xəbər verir ki, onlar Voskepar-Kirants avtomobil yolunda tonqallar qalamağa başlayıb. Etirazçılar dağılışmaq fikrində olmadığını bildirirlər. Sakinlər Ermənistan baş nazirinin müavini, delimitasiya komissiyasının rəhbəri Mqer Qriqoryanla görüş istəyir. Qeyd edək ki, aksiya … Read more