Dövlət Departamenti: ABŞ Bakı və İrəvan arasında diplomatik nizamlanma üzərində işləməyə davam edir

668dacb6335a0668dacb6335a11720560822668dacb63359e668dacb63359f

Vaşinqton Bakı və İrəvan arasında diplomatik nizamlanma üzərində işləməyə davam edir. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “Biz diplomatik nizamlanma üzərində işləməyə davam edirik”, – Miller vurğulayıb.

Sallivan: NATO Ukraynaya xüsusi nümayəndə təyin edəcək

668d9f3a07ab6668d9f3a07ab71720557370668d9f3a07ab4668d9f3a07ab5

Şimali Atlantika Alyansı Kiyev və NATO arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri ilə məşğul olmaq üçün Ukraynaya xüsusi nümayəndə təyin edəcək. Qerbxeber.com “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində məlumat verib. Onun sözlərinə görə, alyansın xüsusi nümayəndəsi NATO-nun Kiyev rəsmiləri ilə qarşılıqlı əlaqəsini də … Read more

Zelenski: Ukrayna NATO-dan HHM sistemləri və F-16 almağa çalışacaq

Zelenskiii

Şimali Atlantika Alyansının Vaşinqtonda keçiriləcək sammitində Ukrayna yeni hava hücumundan müdafiə sistemlərinin və F-16 qırıcılarının əldə edilməsində israrlı olacaq. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, hərbi texnika ilə yanaşı, Ukrayna hakimiyyəti müttəfiqlərindən əlavə maliyyə yardımı almağa ümid edir, həmçinin ABŞ və Avropa İttifaqından qətiyyətli addımlar gözləyir.

Şəmkirdə maşın azyaşlını vuraraq öldürüb

668d71a6c46d4668d71a6c46d51720545702668d71a6c46d2668d71a6c46d3

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qerbxeber.com məlumatına görə, hadisə rayonun Daşbulaq kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilli yolu keçmək istəyən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi vurub. Azyaşlı xəstəxanaya aparılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 2 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

AVRO-2024: İspaniya çempionatın ilk finalçısı olub

668da461c4b38668da461c4b391720558689668da461c4b35668da461c4b36

Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya və Fransa milli komandaları üz-üzə gəlib. Qerbxeber.com xəbər verir ki, gərgin keçən qarşılaşmada ispanlar rəqiblərini üstələməyi bacarıb – 2:1. Oyunda hesabı 8-ci dəqiqədə fransalı Kolo Muani açıb. Qarşılaşmanın 21-ci dəqiqəsində Lamin Yamal baxımlı qola imza ataraq tarazlığı bərpa edib. Dörd dəqiqə sonra isə Dani Olmo komandasına qələbə … Read more

Daha 7 partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Msk

Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb. Qerbxeber.com xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılıb və Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələri … Read more

DİN qanunsuz saxlanılan odlu silahlarla bağlı əhaliyə çağırış edib

Indir 2024 07 09T155931.330

Polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2024-cü ilin 6 ayı ərzində 1029 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Bu barədə Qerbxeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, könüllü təhvil verilən odlu silahlardan 40 avtomat, 14 tapança, 975 ov tüfəngi olub. Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan … Read more

Ermənistanla İran arasında müdafiə sahəsi üzrə əməkdaşlıq müzakirə edilib

668d0c69b4a03668d0c69b4a041720519785668d0c69b4a01668d0c69b4a02

Ermənistanın müdafiə naziri İran səfiri Mehdi Sübhani ilə ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. Qerbxeber.com “Armenia Today” saytına istinadən xəbərinə görə, görüşdə regional təhlükəsizliklə bağlı məsələlər də diqqət mərkəzində olub. O da bildirilib ki, danışıqlarda İran Səfirliyinin Ermənistandakı hərbi attaşesi Məhəmməd Nəcəfi də iştirak edib.

Sabah bölgələrdə 39 dərəcə isti olacaq

Hava

İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qerbxeber.com  verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında havanın … Read more

Rusiya kəşfiyyatı: Vaşinqton Gürcüstanda hakimiyyət dəyişikliyində qərarlıdır

668cf23f771be668cf23f771bf1720513087668cf23f771bc668cf23f771bd

Vaşinqton ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsaslanaraq Gürcüstanda hakimiyyət dəyişikliyində qərarlıdır. Qerbxeber.com RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə məlumat Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib. Vurğulanıb ki, bu məqsədlə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ölkə daxilində nüfuzdan salınması, daxildə baş verən bütün uğursuzluqlarda məhz Rusiyanın günahlandırılması istiqamətində plan hazırlanıb: “Seçilmiş taktikaya əsasən … Read more

Ceyhun Bayramov: Ermənistan üçün regional əməkdaşlığı seçmək vaxtı gəlib çatıb

668cf9dd78c67668cf9dd78c681720515037668cf9dd78c65668cf9dd78c66

Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanlar yaranıb. Qerbxeber.com xəbər verir ki, bunu iyulun 8-də Gülüstan sarayında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib. Yaranmış bu tarixi şəraitdə ölkəmizin hər zaman olduğu kimi … Read more

Türkiyə ilk milli rabitə peykini orbitə buraxıb

668ceab56d3e4668ceab56d3e51720511157668ceab56d3e2668ceab56d3e3

Türkiyə “Turksat 6A” ilk milli rabitə peykini orbitə buraxıb. Qerbxeber.com “Anadolu” agentliyinə istinadən xəbərinə görə, proses ABŞ-nin Florida ştatı ərazisindən “Falcon” raketi vasitəsilə həyata keçirilib. Yeni rabitə peyki Avropa və Cənubi Asiya ölkələrini əhatə etməklə, Türkiyəyə məxsus peyklərin auditoriyasını 5 milyard nəfərədək artırmağa imkan verəcək. Qeyd edək ki, 2000-ci ildən kosmik proqramını aktiv şəkildə genişləndirən … Read more

Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın vaxtı açıqlanıb

668cee4317da8668cee4317da91720512067765fc67f260ea57ca26eb193a2c88fc7

Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına 16 iyul 2024-cü ildə start veriləcək. Qerbxeber.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib. O bildirib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı … Read more

KİV: Ermənistanın peyklərinin fəzadan geri çağırılması tələb olunub

668ce370ba875668ce370ba8761720509296668ce370ba873668ce370ba874

Bir sıra ölkələr onlara aid peyklərin işinə mane olduğu üçün Ermənistanın “Ayasat-1” və “Armsat-1” peyklərinin fəzadan geri çağırılmasını tələb edib. Qerbxeber.com “Johovurd” qəzetinə istinadən xəbərinə görə, buna səbəb onların buraxılış prosesinə hazırlığının qeyri-peşəkar səviyyədə həyata keçirilməsidir. Peyklərin orbitə buraxılması ilə bağlı işlərə təyinatından əvvəl ABŞ-də taksi sürücüsü işləmiş Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet … Read more

Səfir: Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb

668cdf89d26b1668cdf89d26b21720508297668cdf89d26af668cdf89d26b0

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb. Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfrans zamanı deyib. O həmçinin bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğindəki vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb. Diplomat onu da bəyan edib ki, bu, … Read more

MN: “Birləşdik – 2024” təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır

35d8875b 4e39 39c4 97a6 666607ad9414

Qazaxıstanda “Birləşdik – 2024” təlimində iştirak edəcək Azərbaycan hərbçiləri artıq bu ölkədədir. Müdafiə Nazirliyindən (MN) “Report”a daxil olan məlumata görə, təlimdə Azərbaycanı təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstana çatıblar. Qeyd edilib ki, Azərbaycan, … Read more

Duma miqrantların ölkədən çıxarılması ilə bağlı qanunu qəbul edəcək

668cd2f898538668cd2f8985391720505080668cd2f898536668cd2f898537

Rusiya Dövlət Duması miqrantlar haqqında yeni qanunu dəstəkləyəcək. Qerbxeber.com Rusya mətbuatına istinadən xəbərinə görə, bu barədə Dumanın mətbuat xidmətindən məlumat verilib. Qəbul ediləcək sənəddə göstərilib ki, müxtəlif ölkələrin vətəndaşları aşağıdakı hallarda ölkənin ərazisindən çıxarılacaq: ictimai qaydanın pozulması; müxtəlif xarakterli inzibati xətaların törədilməsi; müvafiq icazə olmadan əmək fəaliyyəti ilə məşğul olmaq; miqrantların qeydiyyatı üçün müəyyən edilən müddətin … Read more

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

96f43a00 346b 3d46 a738 10bb3cd62f73

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək. Qerbxeber.com xəbər verir ki, günün yeganə matçı Münhendəki “Alyans Arena”da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək. Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar. Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək. Qeyd edək ki, yarımfinal mərhələsinin … Read more