Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin namizədliyi təsdiqlənib

32cb429a 5c37 3154 9876 ae79816c47b4

Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi təşkilatın Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsinin namizədliyini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu vəzifədə Toivo Klaarı əvəz edəcək şəxs Maqdalena Qrono olacaq. Yaxın vaxtlarda onun namizədliyinin Avropa İttifaqı Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.

YAP-ın deputatlığa namizədlərinin SİYAHISI

Yap bina

Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib. Qerbxeber.com YAP-ın deputatlığa namizədlərinin siyahısını təqdim edir: Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlər 1 saylı Şərur – … Read more

Aİ Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına razılaşıb

4d66f852 40b5 3dd7 999a 5220ddcdb57c

Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə təşkilatın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib. “Aİ səfirləri təşkilatın Rusiyaya qarşı iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması ilə bağlı … Read more

ABŞ Konqresində Gürcüstan və Moldovadakı seçkilərlə bağlı dinləmələr keçiriləcək

66977d700016066977d7000161172120408066977d700015e66977d700015f

İyulun 23-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Gürcüstan və Moldovada keçiriləcək seçkilərlə bağlı dinləmələr keçirəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi məlumat yayıb. Bildirilib ki, Avropa üzrə altkomitənin çağırdığı dinləmədə Gürcüstan və Moldovada 2024-cü il seçkiləri öncəsi ABŞ bu ölkələrlə bağlı siyasəti müzakirə ediləcək. Dinləmələrdə çıxış edənlər … Read more

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib – CƏDVƏL

Qatarr

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən Qerbxeber.com  verilən məlumata görə, bundan əlavə, Bakı-Ağstafa-Bakı qatarları ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir. Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) … Read more

YAP: Namizədlərini irəli sürüldü

Yap bina

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib. Qerbxeber.com bildirir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri müəyyənləşib. Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.

Məktəbəhazırlıq qruplarına 17 mindən çox uşaq qeydiyyatdan keçib

669773a8a509c669773a8a509d1721201576669773a8a509a669773a8a509b

İyulun 17-si saat 11:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 264 uşaq elektron qeydiyyatdan keçib. Bu barədə Qerbxeber.com Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Azərbaycan bölməsi … Read more

Rusiya XİN: NATO ilə yaxınlaşmanın Moldova üçün mənfi nəticələri olacaq

66974a5b12f6766974a5b12f68172119100366974a5b12f6466974a5b12f66

Moldova Prezidenti Maya Sandunun NATO ilə yaxınlaşma xətti respublikanın suverenliyi və təhlükəsizliyi üçün ən mənfi nəticələrə səbəb olacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə “TASS”a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk bildirib. Onun sözlərinə görə, Moldova Respublikası vətəndaşları bunu başa düşür.

Şarl Mişel: Ukrayna ilə bağlı müzakirələr Kiyevin iştirakı olmadan aparıla bilməz

6696fd4a95bae6696fd4a95baf17211712746696fd4a95bac6696fd4a95bad

Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı heç bir müzakirə aparıla bilməz. Qerbxeber.com “Reuters“-ə istinadən xəbər verir ki, Mişel bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın məktubuna cavab olaraq bildirib. “Ukraynasız Ukrayna ilə bağlı heç bir müzakirə aparıla bilməz”, – Avropa Şurasının rəhbəri qeyd edib.

“Linkoln” – “Qarabağ” görüşünün vaxtı müəyyənləşib

6697135841a8b6697135841a8c17211769206697135841a896697135841a8a

Çempiolar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qarabağ”ın ilk oyununun vaxtı müəyyənləşib. Qerbxeber.com xəbər verir ki, Azərbaycan çempionu iyulun 23-də “Linkoln”un qonağı olacaq. Cəbəllütariqin “Europe Point” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qeyd edək ki, cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Boris Conson Trampla Ukrayna münaqişəsini müzakirə edib

6696de5af06196696de5af061a17211633546696de5af06166696de5af0618

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ABŞ-nin sabiq Prezidenti Donald Trampla görüşdüyünü bildirib. Qerbxeber.com xəbər verir ki, Conson bu barədə “X” hesabında yazıb. “Biabırçı sui-qəsd cəhdindən sonra əla vəziyyətdə olan Prezident Trampla görüşməkdən şadam”, – sabiq hökümət başçısı vurğulayıb. Conson Trampla Ukraynanı müzakirə etdiyini vurğulayıb.  

Pentaqon Gürcüstanla əməkdaşlığı davam etdirmək niyyətindədir

6696c82bb426d6696c82bb426e17211576756696c82bb426b6696c82bb426c

Pentaqon birgə təlimlərin ləğv edilməsinə baxmayaraq, Gürcüstanla əməkdaşlığı davam etdirmək niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qafqaz respublikasının “suverenliyini və ərazi bütövlüyünü gücləndirmək” yollarını axtaracaq.

Macarıstan XİN: Sanksiyalar Rusiya iqtisadiyyatından çox Avropaya ziyan vurur

6696ad54247e46696ad54247e517211508046696ad54247e26696ad54247e3

Uğursuz sanksiya siyasəti Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vurur. Qerbxeber.com xəbər verir ki, Bu barədə jurnalistlərə Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib. “Hamımız başa düşdük ki, son iki il yarımda amerikalıların hərəkətlərini təktarlayan Avropanın strategiyası uğursuz olub. Sanksiyalar Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vurdu”, – nazir vurğulayıb.

KİV: Ukrayna münaqişənin danışıqlar yolu ilə başa çatdırılması planı üzərində işləyir

6696a1d5ba70f6696a1d5ba71017211478616696a1d5ba70c6696a1d5ba70e

Kiyev hərbi əməliyyatların danışıqlar yolu ilə başa çatdırılması planı üzərində işləyir. Qerbxeber.com xəbər verir ki, bu barədə informasiya “The New York Times” qəzetində dərc olunub. Yazıda bildirilib ki, söhbət Ukrayna üzrə bu il keçirilməsi planlaşdırılan növbəti Sülh Konfrasından gedir. Nəşr həmçinin yazıda Rusiyanın cəbhə xəttindəki taktiki uğurlarına və bir neçə qəsəbənin adı çəkilən ölkənin ordusunun nəzarətinə … Read more

İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həlak olub

Indir 2024 07 17T110455.671

İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həyatını itirib. Qerbxeber.com TRT Haber-ə istinadən xəbər verir ki, hökumətin Qəzzadakı media ofisi bununla bağlı məlumat yayıb. Bildirilib ki, Səvt əl-Əqsa radiosunun proqram rəhbəri, jurnalist Məhəmməd Abdullah Mişmiş həlak olub. Açıqlamada Qəzzaya hücumların başladığı gündən həyatını itirən jurnalistlərin sayının 160-a çatdığı bildirilib. Lakin Məhəmməd Abdullah Mişmişin hansı hücumda … Read more

Rusiyanın Ukrayna ilə sərhəddə 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb

6696898c6a8836696898c6a88417211416446696898c6a8816696898c6a882

Rusiyanın Belqorod vilayətində Ukrayna ilə həmsərhəd 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib. O qeyd edib ki, yalnız kişilər zirehli maşınlarda və gülləkeçirməz jiletlərdə müşayiətçi ilə birlikdə buraxılacaq. Qubernator Qladkovun sözlərinə görə, məhdudiyyət “çətin əməliyyat vəziyyəti” ilə əlaqədardır. Bu qəsəbələrə ictimai nəqliyyatın girişi qadağan olunacaq. Tərk … Read more

Lavrov: Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya təhdidlər aradan qaldırılmalıdır

Lavrov

Ukrayna münaqişəsinin həlli üçün Qərbdən Rusiyaya qarşı yönəlmiş təhdidlər aradan qaldırılmalıdır. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ölkəsi Ukrayna məsələsində tərəflərin maraqları arasında balansın tapılması istiqamətində fəaliyyət göstərməyə hazırdır. Diplomat NATO-nu ölkəsinə qarşı müharibəyə başlamaqda günahlandırıb. Onun qənaətinə görə, alyansın … Read more

Ukrayna müharibəsi başlayandan Rusiyanı tərk edənlərin sayı açıqlanıb

6696798e1e2256696798e1e22617211375506696798e1e2236696798e1e224

Rusiya-Ukrayna müharibəsinin başlandığı 24 fevral 2022-ci il tarixdən ötən dövr ərzində 666 min nəfər Rusiyanın ərazisini tərk edib. Qerbxeber.com xəbər verir ki, bu barədə adı çəkilən ölkənin “The Bell” internet nəşrinin məqaləsində qeyd olunub. Yazıda bildirilib ki, sözügedən informasiya 70 ölkədən əldə edilən statistik məlumatlara əsaslanır. Rusiyadan gedənlərin üz tutduğu ölkələr arasında ilk yerdə Ermənistan … Read more

KİV: Avropa parlamentinin deputatları Macarıstanın səsvermə hüququndan məhrum edilməsini istəyir

66964117e47d866964117e47d9172112309566964117e47d666964117e47d7

Avropa Parlamentinin (AP) üzvləri Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna münaqişəsi ilə bağlı sülh missiyasından sonra Macarıstanın səsvermə hüququndan məhrum edilməsini tələb ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” parlamentarilərin müvafiq məktubuna istinadən yazır. Məktubda 63 deputat Avropa Komissiyasının sədri Ursula Von der Leyen, Avropa Şurasının prezidenti Şarl Mişel və parlamentin rəhbəri Roberta Metsolaya … Read more

Zakir Həsənov Qazaxıstana səfər edib

5b1f3282 2b50 3031 a624 f797be22081a

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib. Bu barədə Qerbxeber.com Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb. Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri … Read more