İraq və İran sərhədində güclü partlayış və yanğın baş verib

66cd40c48da7466cd40c48da75172472749266cd40c48da7266cd40c48da73

İraq və İran arasındakı Pərvizxan sərhəd keçid məntəqəsində baş verən yanğın yaxınlıqda olan yanacaq daşıyan tankerlərə sıçrayıb. Qerbxeber.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yanğın nəticəsində yanacaq tankerləri partlayıb və 11 yanacaq tankeri yararsız hala düşüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğınsöndürmə işləri davam edir və hələlik yanğının … Read more

Məleykə Abbaszadə ali məktəblərə qəbul olmuş şəxslərə çağırış edib

Indir (13)

Ali təhsil müəssisələrinə qəbul olunanlar müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməsə onun əmri ali məktəbə göndərilməyəcək. Qerbxeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib. O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan … Read more

Məleykə Abbaszadə: Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub

Indir (13)

Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub. Qerbxeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib. O xatırladıb ki, Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib: “Müsabiqənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən … Read more

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb

66cbb453b60a866cbb453b60a9172462600366cbb453b60a666cbb453b60a7

İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatının son yarış günündə Azərbaycanın sərbəst güləşçiləri 1 gümüş və 1 bürünc medal qazanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Rəvan Həsənzadə (45 kiloqram) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın … Read more

Rusiya kəşfiyyatı: ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır

66cc2128279aa66cc2128279ab172465386466cc2128279a866cc2128279a9

ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilib ki, amerikalılar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdırlar və ölkədə “rəngli inqilab” hazırlayırlar. “Daxil olan məlumatlara görə, Ağ Ev oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyətin inkişafından son dərəcə narazıdır”, … Read more

Qəzza Səhiyyə Nazirliyi: Son on gündə 400 fələstinli ölüb

66cc09bb55e3c66cc09bb55e3d172464786766cc09bb55e3a66cc09bb55e3b

2023-cü ilin oktyabr ayından Fələstin anklavında hərbi əməliyyatlar aparan İsrail qüvvələrinin Qəzza zolağında son 10 gün ərzində keçirdiyi əməliyyatlar nəticəsində 400 fələstinli ölüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrailin hücumları nəticəsində bu müddət ərzində 1067 fələstinli yaralanıb.

Şəmkirdə 16 yaşlı oğlanı ildırım vuraraq öldürüb

66cc0e6cda3a066cc0e6cda3a1172464906866cc0e6cda39e66cc0e6cda39f

Şəmkirdə 16 yaşlı oğlanı ildırım vuraraq öldürüb. Qerbxeber.com xəbər verir ki, hadisə rayonun otlaq sahəsində qeydə alınıb. 2008-ci il təvəllüdlü Şəmkir rayon sakini Qarayev İlham Elmar oğlunu heyvanlarını otararkən onun ildırım vurub. Hadisə nəticəsində E.Qarayev ölüb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib

66cc146d9034a66cc146d9034b172465060566cc146d9034866cc146d90349

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Sakinlər Kiyev, Xarkov, Krivoy Roq, Dnepr, Kremençuq və digər şəhərlərdə çoxsaylı partlayışların baş verdiyini bildirir. Poltava vilayətinin qubernatoru artıq hücum nəticəsində sənaye obyektinin zədələndiyini qeyd edilib. Xmelnitski rayonunda da infrastruktur obyektinə ziyan dəyib. Ukrayna hakimiyyəti ölkə ərazisi … Read more

Professor Nəsiman Yaqublu düşdüyü avtomobil qəzasında həlak olub

Indir (12)

Tarixçi alim, professor Nəsiman Yaqublunun düşdüyü avtomobil qəzası ilə bağlı cinayət işi başlanıb. Qerbxeber.com xəbərinə görə, faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir. Qeyd edək ki, Nəsiman Yaqubıu ötən gün Cəbrayıl rayonunun Quycaq kəndi ərazisində yol qəzasında ölüb. Onun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb. Nəsiman Yaqublu … Read more

Parlament seçkilərində 991 namizəd iştirak edəcək

MSK muavin

Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib. Qerbxeber.com  Report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: “Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. … Read more

Prezident: Ərazi bütövlüyü və suverenlik məsələlərində Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər

Ilham əli

Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Qərbxəbər.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Volodimir Zelenskiyə təbrik məktubunda yer alıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə … Read more

Azadlıq prospektindən Neftçilər prospektinə çıxışda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

85 yuzye2djzt

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq. Qərbxəbər.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilib ki, məhdudiyyət “Formula 1” Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır. Qeyd edək ki, 13-15 sentyabr tarixlərində Bakıda “Formula … Read more

Qəzzada silah istehsalına görə məsul olan HƏMAS üzvü öldürülüb

1c661f10 8917 3c23 912a ddb5c9e96d31

Qəzza zolağında silah istehsalına görə məsul olan yüksək rütbəli HƏMAS üzvü İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi dəqiq zərbə ilə öldürülüb. Qərbxəbər.com TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Bu terror təşkilatı üçün silah, hərbi texnika və əlavə avadanlıqların istehsalına görə cavabdeh olan HƏMAS terrorçusu Taha Əbu Nada öldürülüb”, – məlumatda … Read more

Ukrayna Volqoqradı da vurdu: Rusiya Müdafiə Nazirliyinin obyekti yanır

Herbi

Avqustun 22-də səhər tezdən Ukrayna Silahlı Qüvvələri (AFU) Volqoqrad vilayətinə hücum edib. Qerbxeber.com xəbər verir ki, Kalaç-on-Don şəhərinin sakinləri təxminən saat 3:30 radələrində partlayış səslərini eşidiblər. Bundan əvvəl isə pilotsuz uçuş aparatlarının (PUA) səsi eşidilib. Ümumilikdə, şəhər sakinləri saat 6-dan 10-a qədər güclü partlayışların olduğunu bildirib. Vilayətin qubernatoru Andrey Boçarov Rusiya mətbuatına bildirib ki, hücum … Read more

Nazirlik: Azərbaycanda bu günədək meymunçiçəyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb

Indir (10)

Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur. Qeyd edilib ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, … Read more

Konfrans Liqası: “Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq

6d65f09d 427d 3568 94f7 cff14e5d6ada

“Zirə” bu gün UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq. Qerbxeber.com məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk matçında Kiprdə “Omoniya”nın qonağı olacaq. GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü estoniyalı hakim Yuri Frişer idarə edəcək. UEFA Konfrans Liqası Pley-off mərhələsi, ilk oyun 22 avqust 21:00. … Read more

KİV: Kiyev payızda Rusiya ilə danışıqlar üçün zəmin hazırlamaq niyyətindədir

66c68c73546ee66c68c73546ef172428811566c68c73546ec66c68c73546ed

Ukrayna hakimiyyəti payızda Rusiya ilə mümkün danışıqlar üçün zəmin hazırlamaq niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu barədə “Kyiv Independent” yazıb. Nəşrin yazdığına görə, Ukrayna Rusiya ilə həmçinin məhbusların mübadiləsini müzakirə etmək niyyətindədir. Bundan əlavə, Ukraynada ərzaq və nüvə təhlükəsizliyi ilə bağlı danışıqların aparılmasının planlaşdırıldığı qeyd edilir.

ABŞ Yəməndə husilərin raket və radarını məhv edib

66c686fc3095c66c686fc3095d172428671666c686fc3095a66c686fc3095b

ABŞ ordusu Yəmənin “Ənsar-Allah” hərəkatının yer-hava raketini və radiolokasiya stansiyasını məhv edib. Qerbxeber.com xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının X sosial şəbəkəsində yayılıb. “Son 24 saat ərzində CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə yer-hava tipli raket və radar stansiyasını məhv edib”, – məlumatda deyilir.

Azərbaycanın iki güləşçisi dünya çempionu olub

66c61fd884e1866c61fd884e19172426031266c61fd884e1666c61fd884e17

Azərbaycanın iki güləşçisi İordaniyanın Amman şəhərində 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 51 kq çəki dərəcəsində çıxış edən Turan Daşdəmirov finalda qırğızıstanlı rəqibi Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə … Read more

Kür çayının Ağstafadan keçən hissəsində bir nəfər batıb

66c6178415b1b66c6178415b1c172425818066c6178415b1966c6178415b1a

Kür çayının Ağstafadan keçən hissəsində batma hadisəsi baş verib. Qerbxeber.com  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, çayda batan şəxs rayonun Saloğlu qəsəbə sakini 1981-ci il təvəllüldü Qasımov Yavər Yaqub oğludur. Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.