KİV: Pentaqon Ukraynaya fosfor sursatlarının tədarükünə başlamağa çağırıb

66f470ed6aaf266f470ed6aaf3172729572566f470ed6aaf066f470ed6aaf1

ABŞ Müdafiə Nazirliyi Kiyevə fosfor sursatların tədarükünə başlamağa çağırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrinə istinadən məlumat yayıb. “Pentaqonun yüksək vəzifəli rəsmiləri cəbhədə istifadə üçün Ukraynaya ağ fosforlu sursat verməyi tövsiyə edib. Amma Ağ Ev bir neçə dəfə bu təklifi rədd edib”, – telekanal qeyd edib.  

PA Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların QƏBULU CƏDVƏLİ

66f41e39c3eda66f41e39c3edb172727455366f41e39c3ed866f41e39c3ed9

Azərbaycan Respublikası Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Qəbulu aparan şəxs Qəbul günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu 1 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fərəh Şirməmməd … Read more

Avropa Liqası: “Qalatasaray” “PAOK”a qalib gəlib

66f47c3210a4266f47c3210a43172729861066f47c3210a4066f47c3210a41

25 Sentyabrda UEFA Avropa Liqasında Liqa mərhələsinə start verilib. Qerbxeber.com xəbər verir ki, birinci oyun günündə 9 görüş baş tutub. Türkiyənin “Qalatasaray” klubu Yunanıstan PAOK-unu qəbul edib. Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə nəticələnib – 3:1.

Azad olunan ərazilərə avtobus reyslərinə oktyabr ayı üçün biletlər satışa çıxarılacaq

14259ec8 239b 3abd b6e3 a43463b969a1

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayı üçün biletlər sentyabrın 27-si 11:00-da satışa çıxarılacaq. Qərbxəbər.com xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Qeyd olunub ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az … Read more

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

54420d05 4262 39a0 a78a 00fb0122b14b

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərbxəbər.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.

Şəmkirdə üç nəfəri eyni anda elektrik cərayanı vurub öldürdü

1880ab4d 086c 3bb3 8b5e 51137f7c9b38

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb. Qerbxeber.com  Report-a istinadən xəbər verir ki, hadisə Şəmkir rayon Könüllü kənd ərazisində qeydə alınıb. Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində Əkbər Bağırov, İsmət Məmmədov və Adil Böyükkişiyev elektrik cərəyanı vurub. Faktla bağlı araşdırma aparılır.

Sahibə Qafaraova yenidən MM sədri seçildi

Sahibe qafarova

Sahibə Qafarovanın Milli Məclisin sədrin postuna namizədliyi irəli sürülüb. Qerbxeber.com  xəbərinə görə, Sahibə Qafarovanın namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasda irəli sürülüb. Sahibə Qafarova VII Milli Məclisin sədri seçilib. Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub. Eyni zamanda VII çağırış MM-in bu gün ki, ilk iclasında Əli Əhmədov … Read more

Prezident Əliyev:-Quru sərhədlərin bağlı olması bizi böyük fəlakətlərdən azad etdi

Prezident milli meclis

Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Qerbxeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib. Sərhədlərimizin qorunmasının bizi xarici … Read more

Ərdoğan:-Güney Qafqazda sülh üçün böyük bir fürsət yaranıb

ərdoğan erdoğan erdogan

Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk evini ziyarət edərkən deyib. O bildirib ki, Azərbaycan və Ermənistanla birlikdə regionda daimi sülh və sabitlik yarana bilər. Ərdoğan söyləyib ki, Türkiyə Balkanlardakı konstruktiv mövqeyi və Yaxın Şərqdəki diplomatik həmlələri ilə fərqli bölgələrdəki təsir … Read more

Sialhla ehtiyatsız davranan zabit öldü

Gun safety2 1024x683

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Tovuzda 35 yaşlı kişi bıçaqlandı

Bıçaqlanma

Tovuz rayon Xatınlı kənd sakini, 35 yaşlı Şahməddin Cəfərov həmkəndlisi tərəfindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Elman Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qərb bölgəsində sabahdan partlayış səsləri eşidiləcək-MÜDAFİƏ NAZİRLİYİNİN MƏLUMATI

48d0285b614cd5de924b4258f74a68e1

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 23.09.2024-cü il tarixdən 27.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, … Read more

Rusiyanın böyük ölçüdə sursat ehtiyatı məhv edildi

Atacms raket

Tver vilayətinin Toropets şəhərindəki silah anbarında Rusiyanın 2-3 aylıq sursat ehtiyatı məhv edilib. Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya kəşfiyyatı məlumat yayıb. “Zərbələr nəticəsində təxminən 750 min mərmiyə bərabər olan 30 min ton sursat məhv edilib”, – məlumatda qeyd olunub.

Qalatasaray derbinin qalibi oldu

Galatasaray

Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi oyunu keçirilib. Qerbxeber.com  xəbər verir ki, prinsipial görüşdə “Fənərbaxça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Cim-bom”un heyətində qolları 21-ci dəqiqədə Lukas Torreira, 28-ci dəqiqə Dries Mertens, 59-cu dəqiqədə Qabriel Sara vurublar. “Sarı-lacivərdlər”də isə Edin Dzeko 63-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə … Read more

Ceyhun Bayramov ABŞ-a getdi

Ceyhunn

22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Qerbxeber.com-a Xarci İşlər Nazirliyindən xəbər verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış … Read more

Ukraynaya icazə veriləcək- Gizli Qərar

Britaniya ukr

Böyük Britaniya və ABŞ yaxın həftələrdə Ukraynaya “Storm Shadow” raketləri ilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbə vurmağa icazə vermək barədə gizli qərar qəbul edə bilərlər. Qerbxeber.com  Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti diplomatik mənbələrə istinadən bildirib. Qeyd olunub ki, bu faktı ilk zərbələr həyata keçirilənədək gizli saxlamağa çalışacaqlar. Mənbələr bildiriblər ki, Kiyevin … Read more

Ağsu Rayon İH-də əməliyyat-Həbs olunanlar kimlərdir?

Agsu

Ağsu Rayonu İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sənan Nadir oğlu Feyzullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı … Read more

Ukrayna müharibədə 80 min əsgər itirib?-VOLODİMİR ZELENSKİ

Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin müharibədə 80 min əsgər itirdiyi barədə yayılan məlumatları təkzib edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Ukrayna ordusunun 80 min itki verməsi xəbəri yalandır. Real rəqəm xeyli aşağıdır”, – deyə Zelenski vurğulayıb. “Voll Strit Jurnal” ABŞ hökumətindəki mənbəyə istinadla Ukrayna ordusunun 80 əsgər, Rusiya … Read more