Şəmkirdə odlu silah və narkotikə görə üç nəfər həbs edilib

Indir 2025 02 15t141541.221

Şəmkir rayonunda üç nəfərdən odlu silahlar və narkotik götürülüb. Qerbxeber.com məlumatına görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar. R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, … Read more

Zelenski Avropanın Ordusunu yaratmağı təklif edib

88bafc4c F9d7 3796 86de 832bdc1e9e00 850

Ukrayna Prezidenti Vladimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Avropanın Ordusunu yaratmağı təklif edib. O bildirib ki, Rusiyanı dayandırmaq üçün Avrozona ölkələrinin orduları kifayət etməyəcək. Ukraynanın lideri bu məqsədlə silah-sursat, hərbi təlimlər, sanksiyalar, maliyyə dəstəyi, siyasi təzyiq üsullarından istifadənin zəruri olduğunu deyib. V. Zelenskinin daha bir açıqlaması isə Belarusla bağlı olub. Belə ki, o kəşfiyyat məlumatlarına … Read more

Almaniya kansleri Ukraynada sülhün şərtini açıqlayıb

Indir 2025 02 15t140026.788

Ukraynada sülh yalnız suverenliyi qorunacağı halda mümkündür. Qerbxeber.com “Agence France-Presse”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib. “Diktə olunmuş sülhə heç bir halda dəstək verməyəcəyik” – o deyib. O eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında Avropanı zəiflədəcək hər hansı üsulun qəbul edilməyəcəyini açıqlayıb. “Biz öz maraqlarımızı qoruyacaq və Ukraynaya dəstəyi … Read more

İş və istirahət günlərinin yerləri dəyişdirilib

67b04b55e691967b04b55e691a173960686967b04b55e691767b04b55e6918

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Qerbxeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb

6243f211 1cfb 339f 92e4 27dfe16cf411

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti … Read more

1088-ci gün: Rusiyanın itkiləri

ADDITION APTOPIX Ukraine Invasion

Ukrayna müharibənin 1088-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 856 660 hərbçi, 10 068 ədəd tank, 20 927 ədəd zirehli döyüş maşını, 23 174 ədəd artilleriya sistemi, 1 283 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1067 hava hücumundan … Read more

Gideon Saar Münxen: “Fələstin İsrail torpağıdır” dedi

Img 0542 (1)

İsrailin xarici işlər naziri Gideon Saar Münxen Təhlükəsizlik Konfransında Fələstinə qarşı qalmaqallı açıqlama verib. Qerbxeber.com xəbər verir ki, Saar İsrailin Qəzzada məqsədlərindən birinin bütün məhbusları geri qaytarmaq olduğunu bildirib. “Geri gətirdiyimiz hər bir məhbus bizi bu məqsədə çatmağa daha da yaxınlaşdırır”, – deyə o qeyd edib. Nazir, həmçinin fələstinli müxbirinin sualına qalmaqallı cavab verib: “Bizim … Read more

Rusiya gecə ərzində 40 PUA-nı məhv etdi

Moskva Pua

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində 40 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, PUA-ların 17-si Volqoqrad, 12-si Kaluqa, 9-u Rostov və 2-si Saratov vilayəti üzərində vurulub.

Ukrayna ilə bağlı şok sövdələşmə

Rusiya Ukrayna 1 1068x709 1 1 768x403

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar şok razılaşmaya gətirib çıxaracaq. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens “The Wall Street Journal”a (WSJ) müsahibəsində bildirib. “Düşünürəm ki, bir çox insanı şoka salacaq sövdələşmə olacaq. O, (Tramp) “Hər şey masadadır, gəlin danışıqlar aparaq” deyəcək”, – ABŞ … Read more

Britaniyalı nazirlər Rusiyaya təzyiqi artırmağa çağırır

67b025b100d7d67b025b100d7e173959723367b025b100d7b67b025b100d7c

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi və müdafiə naziri Con Hili Rusiyaya təzyiqi artırmağa çağırıb. Qerbxeber.com xəbər verir ki, nazirlər bu barədə “The Telegraph” jurnalında yazıblar. Bundan əlavə, onlar Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda Volodimir Zelenskiyə qəti dəstək verməyə çağırıblar. Nazirlərin sözlərinə görə, enerji sektorunda Rusiyaya qarşı sanksiyaların tətbiqi bu baxımdan xüsusi əhəmiyyət kəsb … Read more

Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək

Da2c636e 086a 3c3e Bf74 3643cac219db 850

Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək. Bu barədə Qerbxeber.com Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib. Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş … Read more

KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməyib

88bafc4c F9d7 3796 86de 832bdc1e9e00 850

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib. Qerbxeber.com məlumatına görə, bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb. “Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ondan imzalamasını istədikləri sənəd verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral … Read more

Aİ Şurasının Prezidenti: Ukraynanın yanında olacağıq

7b15722e 0c7d 32aa B2e6 Cb3ba62398f5 850

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Qerbxeber.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. A.Koşta bildirib ki, Aİ həmişə rəsmi Kiyevin yanında olacaq. “Biz müharibə başlayandan sizinlə bir yerdəyik. Biz indi və gələcək danışıqlarda, yenidənqurmada, Aİ-yə üzvlük prosesində Ukraynanın yanında olacağıq”, … Read more

Ermənilər 1992-2023-cü illər ərzində Azərbaycana 20 milyard manatdan artıq maddi ziyan vurub

0deebcd9 Cfe7 326c 8c86 F1492b578be3 850

1992-2023-cü illər ərzində ermənilər tərəfindən qanunsuz iqtisadi fəaliyyətlər nəticəsində Azərbaycana 20.9 milyard manatdan artıq maddi ziyan vurulub. Qerbxeber.com xəbər verir ki, bu haqda hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub. Bildirib ki, Azərbaycan Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd … Read more

Azərbaycan və Avropa Şurası arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

67af7e66d12db67af7e66d12dc173955440667af7e66d12d767af7e66d12d9

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Alen Berse ilə görüşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Görüş zamanı Azərbaycan və AŞ arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov, ölkəmizin AŞ-nin üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla AŞ arasında … Read more

Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın görüşü keçirilib

67af4d929c62167af4d929c622173954190667af4d929c61f67af4d929c620

Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb. Bildirilib ki, fevralın 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə … Read more

Türkiyədən Rusiyaya ağır zərbə

Putin erdogan new

Türkiyənin ən böyük neft emalı zavodu “Turkiye Petrol Rafinerileri” (Tupras) qiyməti G7-nin 60 dollar/barrel həddini keçəcəyi təqdirdə Rusiya neftinin alışını dayandıracaq. Qerbxeber.com xəbər verir ki, bu barədə “Blumberq” sənayedəki mənbələrə istinadən məlumat yayıb. “Bayden administrasiyasının yanvarın 10-da ən genişmiqyaslı sanksiyaların tətbiqindən sonra Rusiya neftinin alınmasına icazə verəcəyi son tarix bu ayın sonudur. Fevralın 27-dən etibarən … Read more

MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib

Msk

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib. Qerbxeber.com xəbər verir ki, yekun nəticələrə əsasən 681 bələdiyyənin tam tərkibdə formalaşması, 1 bələdiyyənin isə tam tərkibdə formalaşmadığı qərara alınıb. Qeyd edilib ki, seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə – 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri … Read more

MM 21 yaşına çatan vətəndaşların mülki odlu silah əldə etmək hüququnu ilk oxunuşda qəbul edib

Mm bina

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib. Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Qeyd edək ki, … Read more

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cəzalar sərtləşdirilir

Indir (65)

Çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə cərimə artırılır. Qerbxeber.com xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna … Read more