Delimitasiya 1978-ci il xəritəsi əsasında aparılsa… – Foto

Xerite Qazax

Tavuşda delimitasiya 1978-ci il sərhədi boyunca davam edəcək. 1978-ci il xəritəsində 1976-cı illə müqayisədə Ermənistan SSR bir neçə kvadrat kilometr ərazi itirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Ermənistan və Azərbaycan SSR arasında sovet inzibati sərhədinin göstərildiyi 1976-cı il xəritəsində (Gürcüstan SSR-dən Sevkar kəndinə … Read more

Ramazan ayının başlanması ilə bağlı fətva verilib

Indir (70)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Bu barədə Qerbxeber.com QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib. Fətvaya görə, Ramazan ayının ilk günü martın 1-ə təsadüf edəcək. Fətvada deyilir: “Bismillahir-rəhmanir-rahim! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını … Read more

İstanbulda Rusiya-ABŞ görüşü keçirilir – FOTO – VİDEO

67c00d071b7e767c00d071b7e81740639495de5d55c3ddf6785331846df71ed0e89b

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb. Qerbxeber.com APA-a istinadən xəbər verir ki, görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilir. Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək. Onun sözlərinə görə, danışıqlarda … Read more

Kreml “Instagram” , “Facebook” və “YouTube”nin Rusiyada blokdan nə vaxt çıxarılacağına aydınlıq gətirib

Peskov

Kreml “Instagram” , “Facebook” və “YouTube” sosial şəbəkələrinin Rusiyada blokdan nə vaxt çıxarılacağına aydınlıq gətirib. Qerbxeber.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov adı çəkilən sosial şəbəkələrin ölkə ərazisində blokdan çıxarılması üçün onların Rusiya Federasiyası qanunlarına əməl etməsinin lazım olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiyada “Facebook” və “Instagram”a qoyulan qadağa Moskva və Vaşinqton … Read more

Ermənistandakı bu torpaqlarımız geri qaytarıla bilər

Qafar Caxmaqli

ABŞ Prezidenti Donald Trampın Ukraynaya yardım müqabilində Kiyevdən mineral ehtiyatlarını istəməsi dünya siyasi sistemində daşları tərpədib. Hətta bəzi ekspertlər ABŞ-ın Ukraynadan yardım qarşılığında ərazi tələb etməsinin mümkünlüyü haqda fikir yürüdürlər. Analoji versiya Azərbaycan-Ermənistan münasibətlərinə də şamil olunur. Belə ki, rəsmi İrəvanın işğal müddətində vurduğu zərərə görə maddi təzminat ödəməli olduğu bildirilir. Təzminat ödəyə bilməyəcəyi təqdirdə … Read more

Sürücülük vəsiqəsini onlayn yeniləmək mümkün olacaq – VİDEO

Indir (69)

Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib. Bu barədə Qerbxeber.com DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq ”yeni” müraciət … Read more

ABŞ İranın hərbi-sənaye kompleksinə təchizata görə Çinin altı şirkətinə sanksiya tətbiq edib

67bf9b4cc07cc67bf9b4cc07cd174061038067bf9b4cc07ca67bf9b4cc07cb

ABŞ Maliyyə Nazirliyi Çin və Honq-Konqdan olan 6 şirkətə İranın dron və ballistik raket istehsalçılarına komponentlər tədarük etdiyi iddiası ilə sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyi Çin və Honq-Konqdan olan 6 şirkətə İranın dron və ballistik raket istehsalçılarına komponentlər tədarük etdiyi iddiası ilə sanksiya tətbiq edib. Qerbxeber.com xəbər verir ki, bu barədə qurumun bəyanatəna deyilir. Qeyd … Read more

Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir

67bf9a1ca048167bf9a1ca0482174061007667bf9a1ca047f67bf9a1ca0480

Aİ Donald Trampın Avropa mallarına tətbiq edilən 25%-lik gömrük rüsumlarına tezliklə qətiyyətlə cavab verəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) yaydığı bəyanatda deyilir. “Avropa Komissiyası ABŞ gömrük rüsumlarına dərhal və qəti şəkildə cavab verəcək. Tramp daha əvvəl Vaşinqtonda kabinetinin ilk iclasında Aİ-dən gələn mallara gömrük rüsumunun tətbiqi barədə qərarın artıq verildiyini və … Read more

Tramp: Putin Ukraynaya dair razılaşmada güzəştə getməli olacaq

67bf8eeeaee4067bf8eeeaee41174060721467bf8eeeaee3e67bf8eeeaee3f

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya lideri Vladimir Putin Ukraynadakı münaqişənin həlli üçün mümkün razılaşmanın bir hissəsi kimi bəzi güzəştlərə getməli olacaq. Qerbxeber.com xəbər verir ki, Tramp bunu hökümət iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun fikrincə, prezident seçkilərindəki qələbəsi sayəsində Ukraynadakı münaqişəyə son qoymaq mümkün olacaq.

ABŞ və Rusiya Arktikada resurslarının hasilatını müzakirə edirlər

67bf8bf279e0e67bf8bf279e0f174060645067bf8bf279e0c67bf8bf279e0d

ABŞ və Rusiya Arktikaya təbii ehtiyatların birgə hasilatı və ticarət yollarının inkişafı da daxil olmaqla iqtisadi əməkdaşlıq üçün potensial sahə kimi baxırlar. Qerbxeber.com xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb. “Danışıqlar zamanı təbii ehtiyatların kəşfiyyatı və ticarət yolları müzakirə olunub”, – nəşr qeyd edir. Müzakirələrin qapalı və ilkin mərhələdə olduğu bildirilir.

Tramp: Ukrayna NATO-nu unutmalıdır

67bf63cc6388b67bf63cc6388c174059617267bf63cc6388967bf63cc6388a

Ukrayna NATO-ya daxil olmaq perspektivlərini unutmalıdır. Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Deyə bilərəm ki, NATO-nu unuda bilərsiniz. Düşünürəm ki, hər şeyin başlamasının səbəbi çox güman ki, budur”, – ABŞ lideri qeyd edib.

Ərdoğanın Gürcüstana səfəri gözlənilir

67bf52a42ed1e67bf52a42ed1f174059178067bf52a42ed1c67bf52a42ed1d

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Gürcüstana səfər edə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə ilk rəsmi səfərini qiymətləndirərkən deyib. “Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq, mən və türkiyəli həmkarım bunun üzərində işləyəcəyik”, – Boçorişvili deyib. XİN başçısı yaxın gələcəkdə Türkiyə Böyük … Read more

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

67bf4f40d1c6267bf4f40d1c63174059091267bf4f40d1c6067bf4f40d1c61

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə səfərini və həmkarı Hakan Fidanla görüşünü dəyərləndirərkən deyib. O, görüşün yaxın günlərdə Türkiyədə baş tutacağını qeyd edib. “Biz hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatını alqışladıq. Biz həmçinin … Read more

Aşıq Yaşar Gülümcanlının 50 illik yübileyi Qazaxda qeyd edildi

Photo 5330453223980529257 Y

Bu günlərdə 50 yaşı tamam olan, Qərb bölgəsi Aşıq Məktəbinin layiqli yetirməsi Aşıq Yaşar Gülümcanlının Qazaxda yubiley mərasimi keçirildi. Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin təşkilatçılığı, “Vətən Yolu” İcmasının  maddi və “Qərb xəbər”Media qrupunun informasiya dəstəyi ilə reallaşan  Aşıq Yaşar Gülümcanlının 50 illik Yubiley mərasimində Qərb bölgəsinin ziyalıları,  sayılan saz-söz sənətkarları iştirak etdi. Qazax  Regional … Read more

ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

Istanbul

ABŞ və Rusiyanın növbəti görüş yeri kimi İstanbulu seçməsini iki kontekstdə dəyərləndirmək olar. Birincisi, Ukrayna münaqişəsinin həllində, ümumilikdə geosiyasi müstəvidəki razılaşmalarında Türkiyə faktorunun nəzərə alınmasıdır. Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki, Türkiyənin prosesdən kənarda qalması əldə etmək istədikləri perspektivlərdə problemlər yarada bilər. 1. Ukraynanın Türkiyənin dəstəyi ilə ABŞ-Rusiya razılaşmasını qəbul etməmək imkanları genişlənər; 2. Ankaranın danışıqlar platforması … Read more

Avropa İttifaqı martın 6-na fövqəladə sammit çağırıb

E0aff5d2 E1f4 3426 Bf1e 759f93dcc308 850

Fransa prezidenti Emmanuel Makron bu gün videokonfrans vasitəsilə Avropa İttifaqı (Aİ) liderlərini ABŞ Prezidenti Donald Trampla apardığı danışıqların nəticələri barədə məlumatlandırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Həmkarları ilə sıx Avropa koordinasiyasında işləməyə davam edən Prezident Makron ABŞ prezidenti Donald Trampla görüşü barədə … Read more

Rusiya fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb

67befb61c4eb267befb61c4eb3174056944167befb61c4eb067befb61c4eb1

Fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi Fələstin-İsrail probleminin altına bomba qoymaq deməkdir. Qerbxeber.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib. O, fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi ideyasını tənqid edib. Onun sözlərinə görə, Fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi iki dövlətli həll yolunu yerinə yetirmək … Read more