IFAB futbolda qapıçının topu saxlaması qaydasını dəyişib

Futbol

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçılarla bağlı yeni qərar qəbul edib. Qerbxeber.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qərara əsasən, “səkkiz saniyə qaydası” tətbiq olunur. Qapıçı topu səkkiz saniyədən çox əlində saxlayırsa, rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək. Əvvəllər “altı saniyə qaydası” qüvvədə idi və ona əsasən, rəqibin xeyrinə cərimə zərbəsi … Read more

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

7573022d 4abd 3a78 8021 3ce18187359e 850

“Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!

Zelenski ABŞ-dən Böyük Britaniyaya uçub

Ff8691d5 0ee1 3b89 8f01 7907bcbedece 850

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Böyük Britaniyaya uçub. Qerbxeber.com RBK-ya istinadən verdiyi məlumata görə, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından Londonun Stansted aeroportuna yola düşüb. Ağ Evdə uğursuz danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon danışıqları aparıb. Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçiriləcək. Görüşdə Avropanın … Read more

Tramp Zelenski qarşısında niyə geri çəkildi? – ABŞ-ın Ukrayna planı

Zelenski Tramp

Volodimir Zelenskini “diktator” adlandıran və legitimliyini sual altına qoyan Donald Trampın fikrini dəyişməsi, “Zelenskini diktator adlandımışam? Bunu dediyimə inana bilmirəm” sözləri ilə özünü gülüş hədəfinə çevirməsi onun qeyri-ciddiliyindən yox, məqsədinə nail olmasından qaynaqlanır. Bu gün Ağ Evdə Ukrayna prezidenti ilə görüşəcək ABŞ prezidenti nəhayət mineral ehtiyatlar üzrə sazişi imzalamağa hazırlaşır. Əvvəlcə sazişdən imtina edən Ukrayna … Read more

Azərbaycanda Ramazan ayı başlayıb

36e9bd6e D3c3 3975 B475 Babc5a291134 850

Azərbaycanda Ramazan ayı başlayıb. Qerbxeber.com məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə martın 1-nə təsadüf etdiyi qeyd olunub. Fətvada bildirilib ki, builki Ramazan Novruz günlərinə təsadüf edəcək: “Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl … Read more

PKK atəşkəs elan etdi

67c2a35306e9e67c2a35306e9f174080904367c2a35306e9c67c2a35306e9d

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. Qerbxeber.com Haber Globala istinadən xəbər verir ki, təşkilat həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildirib. Qeyd edək ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb. Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb. Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet … Read more

Ukrayna Prezidenti: Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm

Vladimir zelenski

Ukrayna xalqının sülh arzusu “Müharibənin bitməsini ən çox Ukrayna xalqı istəyir”. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “FOX News” telekanalına müsahibəsində deyib. Atəşkəs yetərlidirmi? Ölkəsinə təhlükəsizlik zəmanəti verilməsindən danışan Zelenski münaqişənin həlli üçün atəşkəsin yetərli olmadığını və müharibənin bitməsini daha çox yalnız Ukrayna xalqının istədiyini vurğulayıb. O, Rusiya ilə sülh imkanlarını da dəyərləndirib: … Read more

Zelenski: Özümü Trampın qarşısında günahkar saymıram

67c2a8ae8db4a67c2a8ae8db4b174081041467c2a8ae8db4867c2a8ae8db49

Zelisnki Trampdan üzr istəməyib “Mən özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram. Hesab edirəm ki, hərdən biz bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. Trampla münasibətlərimiz iki Prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır”. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “FOX News” telekanalına müsahibəsində deyib. O, ABŞ lideri Donald Trampla görüşdən sonra ondan üzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən belə … Read more

ABŞ dövlət katibi: Zelenski Ağ Evdəki fiaskoya görə üzr istəməlidir

67c27ed8bac4d67c27ed8bac4e174079970467c27ed8bac4b67c27ed8bac4c

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Volodimir Zelenski Donald Trampla görüşdə baş verən fiaskoya görə üzr istəməlidir. Qerbxeber.com xəbər verir ki, Rubio buna “CNN“ə müsahibəsində deyib. “Onun ora gəlib düşmənçilik etməsinə ehtiyac yox idi. Elə bir təəssürat yaranır sanki, Zelenski sülh razılaşmasını istəmir. İstədiyini deyir, amma bəlkə də istəmir”, – Rubio qeyd edib.

Dünya liderləri Oval ofisdəki mübahisəyə münasibət bildirirlər

67c23712055f467c23712055f5174078133067c23712055f267c23712055f3

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən mübahisəyə müxtəlif ölkələrin rəhbərləri münasibət bildiriblər. Makron: Hücuma məruz qalan xalq var, o da Ukraynadır “Təcavüzkar olan Rusiya və hücuma məruz qalan xalq var, o da Ukraynadır. Biz üç il əvvəl Ukraynaya kömək etməkdə, həmçinin, Rusiyaya sanksiya qoymaqda və bunu davam etdirməkdə … Read more

Tramp və Zelenski arasında gərgin dialoqun tam mətni

67c1fa648e4f267c1fa648e4f3174076579667c1fa648e4f067c1fa648e4f1

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə mətbuat konfransından öncə mübahisə yaşanıb. Qerbxeber.com mübahisənin tam mətnini təqdim edir: Tramp: Əgər özümü onlarla (Putin və Zelenskiyə) uzlaşdırmasam, razılaşma (atəşkəs) əldə edə bilmərəm. Siz istəyirsiniz, mən Putinlə bağlı çox dəhşətli şeylər deyim, sonra da “salam Vladimir, razılaşma ilə bağlı neynəyirik” … Read more

Tramp və Zelenski arasında Ağ Evdə keçirilən görüşdə mübahisə yaranıb

Indir (72)

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə ABŞ-ın Ukraynanın nadir minerallarına çıxışını təmin edəcək razılaşma əldə etdmək məqsədi daşıyan görüş iki lider arasında mübahisə ilə nəticələnib və Tramp Zelenskini “Ya sövdələşməyə gedəcəksiniz, ya da biz yoxuq” sözləri ilə hədələyib. Prezident Tramp görüşdən sonra sosial mediada verdiyi açıqlamada təklif olunan razılaşmanın … Read more

Pakistan Azərbaycana təşəkkür etdi

Ishaq Dar

Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Qerbxeber.com xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb. Qeyd edilib ki, İshaq Dar Pakistanın Baş nazirinin Azərbaycana son səfəri zamanı göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. XİN başçıları həmin … Read more

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib

28036866 A1be 326a Ab6e D9d5572c0065

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolun qarlı və buzlu olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. Qerbxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yaıb. Hazırda yollardakı vəziyyət: 1. Əbdülvahab Salamzadə küçəsi, “Xutor” dairəsi, “3-cü mirkorayon dairəsi” istiqamətində; 2. Ziya Bünyadov prospekti, “Koroğlu” metro stansiyasının qarşısı, Qara Qarayev prospekti … Read more

Zelenski Trampla danışıqları erkən tərk edib

8b2d9184 Fcc8 34d9 8205 23965a6628df 850

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa … Read more

Kaya Kallas: Trampın Rusiyanın tərəfini tutmasını eşitmək narahatedicidir

67c1ab68a7c4c67c1ab68a7c4d174074557667c1ab68a7c4a67c1ab68a7c4b

Trampın Rusiyanın tərəfini tutmasını eşitmək narahatedicidir. Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Axios-a müsahibədə bildirib. Aİ diplomatiyasının rəhbəri bildirib ki, ABŞ Prezidenti Donald Tramp və digər yüksək rütbəli ABŞ rəsmilərinin son həftələrdə Ukrayna müharibəsi ilə bağlı Rusiyanın tərəfini tutmasını eşitmək narahatedicidir: “Tramp Rusiyanın danışıq məqamlarını təkrarlayır … Read more

İran parlamentinin ana dili qərarına daha bir etiraz

Iran Parlament

Müxtəlif xalqlardan olan iranlı müəllimlər İran parlamentinin qeyri-fars dillərin məhdud tədrisini nəzərdə tutan qanun layihəsini təsdiq etməməsinə etiraz ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında bildirilib. Bəyanat müəllifləri İran parlamentinin bu hərəkətini ölkədə başqa dillərə olan ögey münasibətin nümunəsi adlandırıb, bunu sistemli şəkildə tətbiq edilən dil ayrı-seçkiliyi … Read more

Zelenski və Avropa liderləri növbəti addımları planlaşdırmaq üçün Londonda görüşəcək

67c18fa55b38d67c18fa55b38e174073846967c18fa55b38b67c18fa55b38c

Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski və 10-dan çox Avropa liderini martın 2-də Londonda qəbul edəcək. Qerbxeber.com xəbər verir ki bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, onlar Rusiya ilə atəşkəs olacağı təqdirdə Avropanın Kiyevə təklif edə biləcəyi təhlükəsizlik təminatlarını müzakirə edəcəklər. Starmerin ofisi Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, İspaniya, Türkiyə, Finlandiya, İsveç, Çexiya … Read more