Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri saxlanılıb

Indir 2025 03 28t092531.198

Ötən gün Bakının Yasamal rayonunda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Qerbxeber.com xəbər verir ki, Q.Məmmədov ötən gün faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə … Read more

Tramp administrasiyası qurumların işçilərini 50% ixtisar edə bilər

67e5fdf529d6a67e5fdf529d6b174312600567e5fdf529d6867e5fdf529d69

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın bir sıra federal qurumlarının işçilərini əhəmiyyətli dərəcədə ixtisar etmək niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu barədə “Washington Post“ məlumat yayıb. Nəşrin məlumatına görə, qurumların bəzilərində işçilərin sayı 50% azaldıla bilər. Trump bundan öncə hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər elan edib. Bu məqsədlə … Read more

Vaşinqton-Kiyev razılaşması Ukraynanın Aİ-yə daxil olmasına mane ola bilər

67e5f8eb4f60367e5f8eb4f604174312471567e5f8eb4f60167e5f8eb4f602

ABŞ-ın Ukrayna ilə uğursuz faydalı qazıntı sazişini əvəz etmək üçün nəzərdə tutulmuş yeni əməkdaşlıq təklifləri Kiyevin Avropa İttifaqına daxil olmaq cəhdini sarsıtmaq təhlükəsi yaradır. Qerbxeber.com xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb. “Razılaşma Ukraynanın Avropa İttifaqına üzvlük cəhdini sarsıda bilər və ABŞ-a Ukrayna iqtisadiyyatının böyük sahələrini əhatə edən investisiya qərarları üzərində faktiki nəzarət … Read more

Qəzzada 7 nəfər həlak olub

Israil partlayis

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 7 fələstinli həlak olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı məlumat yayıb. Telekanalın bildirdiyinə görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

KİV: Kiyevin gələn həftə faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur

67e5bade340a267e5bade340a3174310883067e5bade340a067e5bade340a1

Ukraynanın gələn həftə ABŞ-la faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur. Qerbxeber.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, hazırda Ukrayna hökumətinin hüquq məsləhətçiləri Vaşinqton tərəfindən hazırlanmış və martın 23-də Kiyevə tərəfinə təhvil verilmiş sənəd layihəsini öyrənirlər. Eyni zamanda, Kiyev Amerikanın təklifini “quldurluq” adlandırır. Ukrayna rəsmiləri … Read more

ABŞ və Rusiya arasında məsləhətləşmələrin ikinci raundu gələnay baş tuta bilər

67e5a9203f2e267e5a9203f2e3174310428867e5a9203f2e067e5a9203f2e1

Ukraynadakı münaqişənin həlli ilə bağlı Ər-Riyadda Rusiya və ABŞ arasında məsləhətləşmələrin ikinci raundu aprelin ortalarında keçirilə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə “TASS” mənbəsinə istinadən məlumat yayıb. Agentliyin həmsöhbəti qeyd edib ki, ölkələr arasında texniki məsləhətləşmələr davam etdiriləcək.

İran Trampın məktubuna cavab göndərib

67e59e9dc8b3267e59e9dc8b33174310159767e59e9dc8b3067e59e9dc8b31

Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik. Qerbxeber.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi “IRNA“ya müsahibəsində bildirib. Nazir ABŞ Prezidentinin məktubuna İranın rəsmi cavabının Oman vasitəsilə lazımi qaydada göndərildiyini açıqlayıb. “Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib”, – İran XİN rəhbəri … Read more

Zelenski Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib

67e59904d35b267e59904d35b3174310016467e59904d35b067e59904d35b1

Prezident Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb. Zelenskinin sözlərinə görə, o, istənilən formatda danışıqlar aparmağa hazırdır. “İstənilən formatda danışıqlara hazıram”, – Prezident qeyd edib.

Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq

67e587ee7e40367e587ee7e404174309579067e587ee7e40167e587ee7e402

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib. “Kollektiv Milli Hərəkat bu ölkədə nəinki yerli hakimiyyət seçkilərində, hər hansı başqa seçkidə … Read more

Zelenski: Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək

67e5855551b5d67e5855551b5e174309512567e5855551b5b67e5855551b5c

Ukraynanın mövqeyi aydındır və bu mövqe müharibəni dayandırmaq üçün danışıqlar masasında Avropanın olmasını nəzərdə tutur. Qerbxeber.com “Unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra mətbuat konfransı zamanı deyib. “Biz alternativləri nəzərdən keçirmirik, bu, bizim aydın mövqeyimizdir. Avropa çox böyükdür və onun bu danışıqlar masasında aydın təmsilçiliyi olmalıdır. … Read more

Ursula fon der Leyen: Paris sammiti Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını göstərir

67e57c05c878c67e57c05c878d174309274167e57c05c878a67e57c05c878b

“AB-nin Ukrayna üzrə Parisdə baş tutan sammiti göstərir ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.” Qerbxeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen iclasın yekunlarına dair açıqlaması zamanı bildirib. “İkinci mövzu Rusiyaya təzyiqləri davam etdirməkdir. Sanksiyaların qüvvədə qaldığı aydın idi. Biz ədalətli və davamlı sülh sazişi istəyirik. Məqsəd budur”, – o … Read more

Fransa və Britaniya Ukraynaya hərbi heyət göndərəcək

67e56e82c332667e56e82c3327174308928267e56e82c332467e56e82c3325

Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək. Qerbxeber.com verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron liderlərin Ukraynaya dəstək üçün Parisdə keçirilən görüşündən sonra bildirib. Makron qeyd edib ki, bu gün xarici işlər nazirlərinə atəşkəs rejiminə necə nəzarət etmək barədə təkliflər hazırlamaq tapşırığı verilməsi qərara alınıb. Nazirlərin təkliflərlə çıxış etmək … Read more

Tovuzda ananın evdə günlərlə tək qoyduğu körpənin son durumu açıqlanıb

A0c7c361 D280 364f B73c F2e770b9fc5a 850

Bir neçə gün əvvəl Tovuzda valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir, vəziyyəti ağırdır. Bu barədə Qerbxeber.com sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub. Məlumata görə, hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti … Read more

Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib

67e5496e505ca67e5496e505cb17430797906d421a9d66e5a7fc04d75a32587adc72

Ermənistan Parlamenti səs çoxluğu ilə baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edərək müstəqil deputat Ovik Ağazaryan və müxalifətin “Mənim şərəfim var” fraksiyasından olan deputat Taron Marqaryana qarşı cinayət işinin başlanmasına icazə verib. Qerbxeber.com xəbər verir ki, müvafiq qərar parlamentdə keçirilən gizli səsvermə nəticəsində qəbul edilib. Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinin lehinə 65 deputat, əleyhinə … Read more

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

67e5411673e5467e5411673e55174307765467e5411673e5267e5411673e53

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var. Qerbxeber.com məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Belə ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla “Toyota” markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Zelenski: Rusiya Sumı və Xarkov üzərinə yeni hücuma hazırlaşır

67e52bbd7a5fe67e52bbd7a5ff174307218967e52bbd7a5fc67e52bbd7a5fd

Rusiya bu yaz Sumı və Xarkov üzərinə yeni hücuma hazırlaşır. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Le Figaro”ya müsahibəsində deyib. “Vladimir Putin vaxt qazanmağa çalışır və xüsusilə Sumı və Xarkov bölgələrinə yeni hücum üçün hazırlıq aparır. Biz qarşıdan gələn bu əməliyyata hazırlıq görürük” – deyə Zelenski bildirib. O, həmçinin qeyd edib … Read more

Sosial45 yaşına çatmamış şəxslər gənc hesab olunacaq

Indir 2025 03 27t144522.181

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gənclik yaşını 45 yaşa qaldırıb. Qerbxeber.com ucnoqta.az-a istinadən xəbər verir ki, rəsmi təsnifata görə, gənclər 45 yaşına çatmamış şəxslər hesab olunur. Orta yaş həddi 60, qocalar isə 75 yaşa qədər davam edir, bundan sonra qocalıq dövrü başlayır. Əvvəllər bu əhali qruplarının yaşı bir il cavan idi: müvafiq olaraq 44, 59 və … Read more

Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib

67e5174449a5567e5174449a56174306694867e5174449a5367e5174449a54

Şimali Koreya (KXDR) yanvar-fevral aylarında Rusiyaya əlavə 3000 əsgər göndərib. Qerbxeber.com “Associated Press“ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birgə Qərargah Rəisləri (JCS) bildirib. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Rusiyaya raket və artilleriya sistemlərinin tədarükünü artırdığını və müharibənin gedişatına əsasən, silah təchizatını daha da artıra biləcəyini qeyd edib. Bildirilib ki, Pxenyan ilkin … Read more

Rusiya XİN: Moskva Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir

Rusya xin

Moskva Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir. Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsi Rusiya ilə NATO arasında birbaşa toqquşmaya gətirib çıxara bilər. “London və Paris Ukraynaya hərbi müdaxilə planlarını həyata keçirməyə davam edirlər. Bütün bunlar bir … Read more

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 27 nəfərə çatıb

67e50a812cf6567e50a812cf66174306368167e50a812cf6367e50a812cf64

Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Qeyd edilib ki, yanğın zamanı 32 nəfər xəsarət alıb. Ölkənin cənub-şərqində meşə yanğınları martın 21-də başlayıb, təxminən 36,000 hektar meşə sahəsi yanıb.