MN: Ordumuzun mövqeləri atəşə tutulub

Mn

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazjrliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Salmasda azərbaycanlı fəallar həbs edilib

8ed2990d34954c4af2c5

Salmasdakı Azərbaycan Milli Hərəkatının 4 fəalı siyasi məhbus ailələri ilə görüşdükləri üçün şəhərin kəşfiyyat idarəsinə çağırılaraq hədələnib. Təhlükəsizlik əməkdaşlarının iş yeri və evinə basqın etməsindən sonra daha bir fəal isə həbs edilib. Yerli mənbələrin məlumatına görə, Salmas şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Hərəkatının fəalları Qulam Hududi, Mürtəza Əhmədi, Nasir Aslani və Əli Mirzəli şəhərin kəşfiyyat … Read more

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Ilham sefer

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəlib. Bu barədə Qerbxeber.com xəbər verir. Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Ağstafada mübahisə zəmnində məktəbli bıçaqlanıb

Bıçaqlanma

Ağstafada bıçaqlanma hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirləri arasında mübahisə düşüb. Mübahisə zamanı şagirlərdən biri digərinə bıçaqla xəsarət yetirib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 9-da tənəffüs zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla … Read more

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib

67f78c07d521267f78c07d5213174427648767f78c07d521067f78c07d5211

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib. Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı dünən Azərbaycanda texniki görüş keçirib.

Rusiya və ABŞ BƏƏ-də məhbus mübadiləsi aparıb

67f6efdfdb70167f6efdfdb702174423651167f6efdfdb6ff67f6efdfdb700

Qerbxeber.com-un xəbərinə görə, bu barədə məlumatı “The Wall Street Journal” yayıb. Qəzet onu da yazıb ki, tərəflər bu addımı qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə əsaslandırıb. Rusiya tərəfi bu ölkə ilə bərabər həm də ABŞ vətəndaşlığını daşıyan, dövlətə xəyanətdə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum olunan Kseniya Karelinanı azad edib. Rəsmi Vaşinqton isə 2023-cü ildə həbs olunmuş … Read more

Zelenski: ABŞ-la növbəti görüş bu tarixdə ola bilər

Zelenski unufirmda

Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü gələn həftə baş tuta bilər. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə deyib. “Düşünürük ki, amerikalılarla görüşümüz gələn həftə ola bilər”, – o bildirib.

Aprelin 13-ü 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək

Indir 2025 04 10t115422.011

Aprelin 13-ü 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə Qerbxeber.com  DİM-dən məlumat verilib. Qeyd olunub ki, aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, … Read more

Moskvaya PUA hücumu olub

Moskva pua (1)

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə ölkə üzərində 42 ədəd Ukrayna PUA-sını məhv edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bryanskda 3, Kaluqada 12, Kurskda 7, Belqorod və Krımda 4, Oryol və Moskva vilayəti üzərində isə 1 ədəd PUA vurulub.

Bir gündə kartlardan 40 min oğurlandı

Bankomat pensiya pul maash

Vətəndaşların bank kartlarından 39 min 504 manat və 595 dollar oğurlayıblar. Bu barədə Qerbxeber.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir: Məlumata görə, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. … Read more

Aprelin 20-də buraxılış imtahanında iştirak edəcək şagirdlər imtahan vərəqələrini çap edə bilərlər

Dim

20 aprel 2025-ci il tarixdə Bakı şəhəri Xəzər (I zona), Sabunçu (I zona), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I zona), Gəncə (II zona), Mingəçevir, Lənkəran (II zona) şəhərlərində, Abşeron (I zona), Daşkəsən, Şəmkir (I zona), Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I zona), Masallı (I zona), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz … Read more

İsrailin Qəzzaya hücumu nəticəsində çox sayda ölənlər var

Indir 2025 04 10t095751.963

İsrailin Qəzzanın şərqindəki əl-Şücayyə bölgəsindəki yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 35-ə çatıb, onlarla insan itkin düşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb. Qəzzanın Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını ehtimal edir. Belə ki, mülki müdafiə qüvvələri və yerli sakinlər dağıntıların altında qalanları çıxarmaq üçün axtarış-xilasetmə işlərini davam etdirirlər.

ABŞ bir sıra ölkələrə yardımı kəsəcək

67f7278b5db6767f7278b5db68174425076367f7278b5db6567f7278b5db66

ABŞ prezidenti Donald Trampın administrasiyası əvvəlcə dəstəyi davam etdirəcəyinə söz verdiyi bir neçə ölkə üçün yardım proqramlarını kəsib. Qerbxeber.com xəbər verir ki, bu barədə “The New York Times“ (NYT) qəzeti rəsmilərə istinadən məlumat yayıb. Bu siyahılara əsasən, ABŞ Əfqanıstan, İordaniya, Yəmən, İraq, Konqo Demokratik Respublikası, Livan, Madaqaskar, Mali, Niger, Nigeriya, Suriya, Somali, Çad və Ekvadorda proqramların … Read more

Rusiya və ABŞ diplomatları İstanbulda görüşəcək

67f6efdfdb70167f6efdfdb702174423651167f6efdfdb6ff67f6efdfdb700

Rusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci mərhələsini keçirəcəklər. Qerbxeber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, görüşdə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edəcək. Qeyd edək ki, ilk belə görüş fevralın 27-də baş tutub və … Read more

Zelenski ABŞ-dan böyük silah paketi almağa hazır olduğunu bildirib

Zelenski Yeni

Ukrayna bunda maraqlıdır və artıq ABŞ-a 30-50 milyard dollar dəyərində böyük silah paketi almaq təklifini təqdim edib. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib. “Əlavə paketə gəlincə, biz ABŞ tərəfinə almaq istədiyimiz böyük paketi təqdim etmişik. Bəli biz bunu istəyirik və biz buna hazırıq. Bu və ya digər formada biz … Read more

ABŞ-ın Çinə tətbiq etdiyi rüsumlar 125%-ə çatdırılıb

Trump Tramp

ABŞ-ın Çinə tətbiq etdiyi rüsumlar 125%-ə çatdırılıb. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb. “Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-ın Çinə tətbiq etdiyi rüsumları 125%-ə qaldırıram və bu qərar dərhal qüvvəyə minir”, – bildirib. Qeyd edək ki, Trampın bu qərarı Çinin ABŞ mallarına qarşı 84% rüsum … Read more

Aİ ilin sonuna qədər Ukraynaya əlavə 9 milyard avro verəcək

67f691fcaf4a967f691fcaf4aa174421247667f691fcaf4a767f691fcaf4a8

Avropa Komissiyası 2025-ci ilin sonuna qədər Ukraynanın bərpası və modernləşdirilməsi üçün Kiyevə 9 milyard avro vəd edib. Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Aİ-Ukrayna Assosiasiya Şurasının planlaşdırılan iclasının yekunlarına dair mətbuat konfransında bildirib. “Ukrayna əsaslı islahatlar həyata keçirdiyi üçün biz bu ilin sonuna qədər əlavə 9 milyard avro verməyə … Read more

ABŞ İranın nüvə proqramına sanksiya tətbiq edib

Indir 2025 04 10t091422.111

ABŞ İranın nüvə proqramına sanksiyalar tətbiq edib. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb. Nazirlik İslam Respublikasının nüvə proqramını dəstəklədiyi üçün İranın 5 qurumuna və bir fiziki şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb. Bildirilib ki, sanksiyaların məqsədi İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Sanksiya tətbiq edilən qruplara İranın Atom Enerjisi … Read more

Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək

Indir 2025 04 10t091124.696

Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 9-10 aprel tarixlərində Ermənistan Respublikası silahlı qüvvələri və İran İslam Respublikası silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri birgə təlimlər keçirəcək. Ermənistan ordusunun bölmələri Ermənistan ərazisində, İran ordusunun bölmələri isə İran ərazisində təlimlər keçirəcək. Məlumatda qeyd olunub … Read more