Sınaq imtahanının nəticələri açıqlanıb

Dim

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2025-ci il martın 16-da keçirilən sınaq imtahanının nəticələri elan edilib. Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə … Read more

Dövlət Xidməti: Bəzi çaylarda sululuğ artıb

Indir 2025 04 16t155556.131

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli yağıntılar çaylarda sululuğun artmasına səbəb olub. Bu barədə Qerbxeber.com-a Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 16-da avtomat hidroloji stansiyaların müşahidələrinə əsasən, əksər çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan … Read more

Mirzoyan: Düşünürəm ki, danışıqları davam etdirmək lazımdır

Mirzoyan

“Antalyada Türkiyə və Azərbaycandan olan həmkarlarımızla aparılan danışıqlar tərəflərin mövqeyini bir-biri üçün daha da aydınlaşdırdı”. Qerbxeber.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında deyib. “Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Antaliyadakı görüşdə bir qədər irəli addımlamağa çalışdıq. Düşünürəm ki, danışıqları davam etdirmək lazımdır”, – o əlavə … Read more

AFFA İntizam Komitəsi: “Turan Tovuz”un baş məşqçisinin cəzasını açıqlayıb

Indir 2025 04 16t140951.732

AFFA İntizam Komitəsi “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb. Qerbxeber.com xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXX turunda, “Sabah”la oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. Ona üç aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib. … Read more

İlham Əliyev: “Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”

Emcode 21d9cf9c6667900be5fb47424d3a168f

“Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”. Qerbxeber.com xəbər verir ki, bu sözləri Azərbaycaın Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib. “Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, – deyən İlham … Read more

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar növbəti dəfə müraciət edib

Fhn

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib. Qerbxeber.com xəbər verir ki, müraciətdə deyilir: “Əvvəlcədən xəbərdar edildiyi kimi, ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür. Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət qurumları ilə … Read more

Gürcüstan Prezidenti:Azərbaycanla ümumi maraqların qorunması sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunam

Cfac18f0 0789 3054 9a9c 2c892963a137 850

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələr tərəfindən daxili işlərimizə müdaxilə obyekti olub. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhdidləri qətiyyətlə aradan qaldırır və regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. “Hər hansı üçüncü ölkə və … Read more

Sabahın hava məlumatı

Hava

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Qerbxeber.com–a verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın … Read more

Paşinyan: Ermənistan delimitasiya üçün Azərbaycana yazılı təklif göndərib

67ff66f070de667ff66f070de7174479128067ff66f070de467ff66f070de5

Delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı Azərbaycana yazılı təklif göndərmişik və cavab gözləyirik. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib. “Düşünmürəm ki, çıxılmaz vəziyyət yaranıb və biz bu istiqamətdə ardıcıl olaraq fəaliyyətimizi davam etdirəcəyik”, – Baş nazir qeyd edib.

Aprelin 20-də buraxılış imtahanı keçiriləcək

Images (39)

Aprelin 20-i ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə Qerbxeber.com-a  DİM-dən məlumat verilib. Hansı ərazilərdə yerləşən məktəblərin şagirdləri imtahan verəcəklər? İmtahanda Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, … Read more

Anar Əliyev Ağstafa və Qazax rayonlarının vətəndaşlarını qəbul edəcək

Indir 2025 04 16t105609.833

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aprelin 25-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar aprelin 16-18-də Nazirliyə … Read more

KİV: ABŞ Ukraynanın dövlət borcunu azaltmağa razılaşıb

Indir 2025 04 16t104900.461

Ukrayna və ABŞ arasındakı danışıqlardan sonra rəsmi Vaşinqton Ukraynanın dövlət borcu kimi tanıdığı məbləği 300 milyarddan 100 milyard dollaradək azaltmağa razılaşıb. Qerbxeber.com məlumatına görə, bu barədə “Bloomberg“ nəşri yazıb. Bununla belə, rəsmi Vaşinqton hələ də Ukraynanın malik olduğu aktivlər, habelə faydalı qazıntıların hasilatı və infrastruktur layihələrindən əldə edilən gəlirlə bağlı razılaşmanın imzalanmasında israr edir. ABŞ-ın … Read more

Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul oğurlanıb

Indir 2025 04 14t102746.104

Ötən gün vətəndaşların bank kartlarından 32306 manat oğurlanıb . Bu barədə Qerbxeber.com  DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz … Read more

ÇL: Bu gün 1/4 final mərhələsinə yekun vurulacaq

2075547

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün yekun vurulacaq. Qerbxeber.com məlumatına görə, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşəcək. “Real” doğma meydanda “Arsenal”la üz-üzə gələcək. “Bavariya” klubu isə İtaliyada “İnter”in qonağı olacaq. UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 16 aprel 23:00. “Real” (İspaniya) – “Arsenal” (İngiltərə) İlk oyun – 0:3. 23:00. “İnter” (İtaliya) – … Read more

Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb – FOTO – VİDEO

67ff2ca672e4267ff2ca672e43174477635867ff2ca672e4067ff2ca672e41

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Qerbxeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, … Read more

Britaniya Avropa İttifaqı ilə ticarət sazişi imzalamağa yaxındır

Indir 2025 04 14t105523.882

Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı ilə ərzaq və baytarlıq standartlarına dair saziş imzalamağa yaxındır. Qerbxeber.com Britaniyanın “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu saziş Böyük Britaniyanın ABŞ-la ticarət razılaşmasını təhlükə altına qoya bilər. Sözügedən razılaşma ABŞ Prezidenti Donald Trampın Britaniyada satışa çıxarmaq istədiyi Amerika məhsullarının bu ölkəyə girişini məhdudlaşdıra bilər. Məlumata əsasən, … Read more